Bas Qervend - Wikipedia
Baş Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[2]
Baş Qərvənd | |
---|---|
40°08′32″ şm. e. 47°00′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 219 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0214[1] |
Toponimika
redaktəKəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınmışdır. Burada baş komponenti "böyük" mənasını ifadə edir. Qərvənd etnotoponimdir. Kəbirli tayfasının bir qolunun adıdır.[3]
Tarixi
redaktəKənddə İlanlıtəpə adlanan eneolit dövrünə aid qədim yaşayış məskəninin izləri tapılıb[4].
Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəri olan "Xortdanın cəhənnəm məktubları" povestində Kəkilbəylilərlə bağlı hissədə bu kənd barədə məlumat verilib.
Kənd Kəkilbəylilər (Ruisyada: Kəkilbəyov) sulalərisinin mülki olub. Sonuncu hakimi Bərham bəy Kəkilbəyli olub.
1994-cü il İşğal tarixinə qədər kənddə yerləşən bina Bəylik binası idi. 2020-ci ildə kənd işğaldan azad olunandan sonra həmin binanın qalıqları Müdafiə Nazirliyinin saytında nümayiş etdirilib (1:50 dəqiqə)[5].
Kənd Kəkilbəyli, İbadullu, Yeni Qərvənd nahiyələrindən ibarət idi.
1994-cü il işğal tarixinə qədər Azərbaycan Dəmil Yollarının "Çinar" stansiyası Baş qərvənd yaxınlığında yerləşir, dəmoiryolları isə kəndin içindən keçirdi.
1994-cü ilin aprel ayının 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
2020-ci il 20 noyabr tarixində Baş qərvənd kəndi işğaldan azad olunmuşdur[6].
2023-cü ildə inşa edilmiş Yeni Ağdam Yolu Baş Qərvənddən keçir.
27.12.2023-cü il tarixində verilən məlumata görə Ağdamın Baş Qərvənd kəndində birinci mərhələdə 851 ev tikiləcək[7].
Coğrafiyası
redaktəBaş Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sağ sahilində, Qarabağ düzündədir.
İqtisadiyyatı
redaktəSovetlər dönəmində Ağdam rayonu ərazisində ən böyük Kolxoz olan "Lenin" adına kolxoz Baş Qərvənddə yerləşib[8].
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ İlanlıtəpə yaşayış yeri
- ↑ "Baş qərvənd, 20.11.2020". 2024-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-07.
- ↑ "Həyatımızı alt-üst edən 30 il: Baş Qərvənd kəndinin işğal günü". worldinfo.az (az.). 1970-01-01. İstifadə tarixi: 2024-11-07.
- ↑ "Ağdamın Baş Qərvənd kəndində birinci mərhələdə 851 ev tikiləcək". 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-07.
- ↑ modern.az. "İki yerə bölünmüş Qərvənd…". modern.az (az.). 2024-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-07.
Xarici keçidlər
redaktə Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |