Basgicellenme - Wikipedia
Başgicəllənmə — insanın hərəkətdə olduqlarını və ya ətrafdakı əşyaların əslində hərəkət etmədiyi halda hərəkət etdiyini hiss etdiyi vəziyyət.[1] Çox vaxt fırlanma və ya yırğalanan hərəkət kimi hiss olunur.[2] Bu, ürəkbulanma, qusma, tərləmə və ya yerimə çətinliyi ilə əlaqəli ola bilər.[2] Başı hərəkət etdirdikdə adətən daha pis olur.
Başgicəllənmə | |
---|---|
XBT-10 | H81, R42 |
XBT-9-KM | 438.85, 780.4 |
DiseasesDB | 29286 |
MeSH | D014717 |
Vikianbarda əlaqəli mediafayllar |
Vertigo başgicəllənmənin ən çox yayılmış növüdür.
Səbəbləri
redaktəBaşgicəllənməyə səbəb olan ən çox görülən şərtlər xoşxassəli paroksismal mövqeli vertigo, meniere xəstəliyi və vestibulyar nevritdir. Daha az rast gəlinən səbəblərə insult, beyin şişləri, travmatik beyin zədəsi, dağınıq skleroz, miqren, travma, orta qulaqlar arasında qeyri-bərabər təzyiq daxildir.[3][4]
Təsnifatı
redaktəVertigo vestibulyar yolun disfunksiyasının yerindən asılı olaraq periferik və ya mərkəzi olaraq təsnif edilir,[5] lakin, bu, psixoloji amillərdən də qaynaqlana bilər.[6]
Başgicəllənmə obyektiv, subyektiv və psevdovertiqoya bölünür:
- Obyektiv — insanın ətrafdakı obyektlərin hərəkət etdiyi hissini yaşadığı vəziyyəti təsvir edir
- Subyektiv başgicəllənmə — insanın hərəkət etdiyini hiss etməsidir
- Psevdovertiqo — insanın başının içərisində intensiv fırlanma hissi
Simptomları
redaktəBaşgicəllənmə hərəkətsiz vəziyyətdə fırlanma hissidir.[7] Bu zaman adətən ürəkbulanma və ya qusma,[8] qeyri-sabitlik (sabit olmayan duruş),[9] yıxılma,[10] insanın düşüncəsində dəyişikliklər və yeriməkdə çətinlik çəkmək əmələ gəlir.[11] Təkrarlanan başgicəllənmə tez-tez olanda çox vaxt həyat keyfiyyətinı pisləşdirir. Bulanıq görmə, danışmada çətinlik, şüur səviyyəsinin azalması və eşitmə itkisi də olur.
Müalicəsi
redaktəBeta blokerlər, antidepresanlar, antikonvulsanlar vasitəsilə müalicə olunur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Post, RE; Dickerson, LM. "Dizziness: a diagnostic approach". American Family Physician. 82 (4). 2010: 361–369. PMID 20704166. 2013-06-06 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-13.
- ↑ "Arxivlənmiş surət". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-13.
- ↑ https://books.google.az/books?id=YBcHR-wQOWQC&pg=PA354&redir_esc=y#v=onepage&q&f=false
- ↑ https://web.archive.org/web/20130205084120/http://www.ajnr.org/content/30/8/1623.long
- ↑ https://web.archive.org/web/20090706143716/http://www.dartmouth.edu/~dons/part_2/chapter_14.html#chpt_14_evaluation
- ↑ https://web.archive.org/web/20100213014133/http://www.merck.com/mmhe/sec06/ch080/ch080c.html
- ↑ "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
- ↑ "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
- ↑ "Arxivlənmiş surət". 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
- ↑ "Arxivlənmiş surət". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.