Baslangic Film 1982 - Wikipedia
Başlanğıc — 1981-ci ildə rejissor Vaqif Behbudov tərəfindən çəkilmiş qısametrajlı televiziya cizgi filmi. Film Mərkəzi Televiziyanın sifarişi ilə "Azərbaycantelefilm" tərəfindən istehsal olunub. Film yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın — xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq.
Başlanğıc | |
---|---|
Janr |
qısametrajlı cizgi |
Rejissor | Vaqif Behbudov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Operator | Vaqif Behbudov |
Rəssam | Fikrət Abbaszadə |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1982 |
Filmin növü | qısametrajlı televiziya cizgi filmi |
Müddət | 20 dəq. |
Ölkə | Azərbaycan SSR |
İl | 1981 |
Texniki məlumatlar |
2 hissə 545 metr |
Rəng | rəngli |
Məzmun
redaktəKukla filmi yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın-xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq.[1]
Festivallar və mükafatlar
redaktə1983-cü ildə Alma-Atada X Ümumittifaq televiziya filmləri festivalında ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudova Priz verilmişdir.[1]
Film haqqında
redaktəFilmdə Moris Ravelin "Bolero" əsərindən istifadə olunmuşdur.[1]
Filmin üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
- Rejissor: Vaqif Behbudov
- Operator: Vaqif Behbudov
- Rəssam: Fikrət Abbaszadə
İstinadlar
redaktəXarici keçidlər
redaktə- "Başlanğıc" animasiya filmi — YouTube platformasında