Babek Elekberov - Wikipedia
Babək Mürsəl oğlu Ələkbərov (24 dekabr 1987, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-mayoru, Çevik Hərəkət Qüvvələrinin Komandanı, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]
Babək Ələkbərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 dekabr 1987 (36 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü |
Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri |
Xidmət illəri | 2006 – h. h. |
Rütbəsi |
General-mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Arazboyu əməliyyatları |
Təltifləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBabək Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır.
Atası Mürsəl Ələkbərov Hamamlı rayonunun Saral kəndində anadan olub. Anası isə Kalinino rayonunun Molla Eyyublu kəndində anadan olub.
Ailəlidir, 3 övladı var.
Hərbi xidməti
redaktəBabək Ələkbərov 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib.[2] 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.[1]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
İrsi və xatirəsi
redaktə- 2023-cü il martın 15-də İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Babək Ələkbərova həsr edilmişdir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" ( (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2020.
- ↑ "Prezident DSX hərbi qulluqçularını təltif etdi – SİYAHI". azeridefence.com. 16 avqust 2016. 24 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2020.
- ↑ "Vətən müharibəsi qəhrəmanı, canlı əfsanə Babək Ələkbərov". 2024-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.