Babek Abusov Xalisturk - Wikipedia
Babək Məmməd oğlu Abuşov (Babək Xalistürk[1]) — biologiya elmləri doktoru, professor. 20 sentyabr 1950-ci ildə Kürdəmir şəhərində anadan olub. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Azərbaycan Milli Elmlər Akademiyasının A. İ. Qarayev adına Fizilogiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. 16 oktyabr 2021-ci ildə Kazan şəhərində vəfat etmişdir.
Babək Abuşov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kürdəmir, Azərbaycan SSR, SSRİ |
Vəfat yeri | Kazan, Tatarıstan |
Dəfn yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA Fiziologiya İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları | "Qızıl qələm" medya mükafatı |
Təhsili
redaktə1968-ildə orta məktəbi, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib.
Fəaliyyəti
redaktə1977–1992-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Beyin institutunda (Moskva şəhəri) işləyib. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Hazırda AMEA A. İ. Qarayev adına Fizilogiya İnstitutunda çalışır. 1977-ci ildən başlayaraq müxtəlif ekstremal faktorun təsiri şəraitində beyində əmələ gələn morfofunksional dəyişiklikləri və onların qarşısının alınma yollarını araşdırır. "Normal şəraitdə, qida deprivasiyasına məruz qaldıqda və deprivasiya dayandırıldıqdan sonra siçovulların lateral hipotalamik sahəsinin neyron və sinapsları" mövzusunda dissertasiya müdafiə etmişdir.
Əsas elmi nailiyyətləri
redaktəMüəyyən etmişdir ki, beynin lateral hipotalamik sahəsinin arxa hissəsinin bayır-lateral nahiyəsində yerləşən və qan damarları ilə biləvasitə təmasda olan iri retikulyar neyronlar aclıq hissini ilk növbədə qəbul edən reseptor rolu oynayırlar.
Elmi əsərlər
redaktəAdları
redaktə- Абушов Б. М. Ультраструктура нейронов и си-напсов латеральной гипоталамической области у крыс // Арх. aнат., 1984, т. 86, № 4, с. 13–19
- Абушов Б. М. Репаративные изменения в нейро-нах латеральной гипоталамической области мозга при пищевой депривации // Бюлл.экспер. биол. и мед.,
1986, № 2, с. 205–207
- Abushov B. M. Morphofunctional analysis of the effects of total sleep deprivation on the CNS in rats // Neurosci Behav Physiol, 2010, 40:4:403–409
- Абушов Б. М. Влияние депривации парадоксального сна на ультраструктуру нейронов головного мозга и поведенческие реакции крыс // Анналы экспериментальной и клинической неврологии, 2011, т.5, № 2, с. 29–33.
- Абушов Б. М. Изменения ультраструктуры аксодендритных синапсов поля СА1гиппокампа при 96-часовой депривации парадоксального сна // Неврол. вестник, 2011, т.43, № 3, с.8–10.
Sayı
redaktəÇapdan çıxmış elmi əsərlərinin ümumi sayı 120, xaricdə çıxmış elmi əsərlərinin sayı 63-dür. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 11 məqalə PubMed-in informasiya məlumat bazasına daxil olmuşdur, 9 məqalə РИНЦ-də indeksləşdirilmişdir
Ailəsi
redaktə4 övladı, 8 nəvəsi, 1 nəticəsi var. Övladlarının ikisi həkim-stomatoloq, biri pedaqoq, dördüncüsü isə iqtisadçı-ekoloqdur.
Digər fəaliyyətləri
redaktə16 yaşından bədii yaradıcılıqla məşğuldur. Qələmindən yüzlərlə qəzəl, lirik və satirik şeir və 10-a qədər hekayə çıxmışdır. Şerlərini "Xalistürk" ləqəbi ilə yazır. "Qızıl Qələm" medya mükafatı laureatıdır. "Sahibkarlıq və hüquq" müstəqil ictimai, siyasi, elmi qəzetin redaktorudur.