Baba Mirzeyev - Wikipedia
Mirzəyev Baba Mahmud oğlu (7 noyabr 1940, Qazax – 6 dekabr 2006, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992).[1]
Baba Mahmudoğlu | |
---|---|
Baba Mahmud oğlu Mirzəyev | |
Ümumi məlumatlar | |
Digər adı | Baba Mirzəyev |
Doğum tarixi | |
Doğum yeri | Muğanlı, Qazax, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Mükafatları |
Həyatı
redaktəBaba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub.
Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib.
Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib.
Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb.
Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb.
1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Prezident təqaüdçüsü olan sənətkar 2005-ci ilin payızında uzun illər çalışdığı teatrdan təqaüdə çıxıb.
2005-ci ilinin noyabrında xəstələnib, insult keçirib. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşib və həkimlər ona rayonda yaşamağı məsləhət görüblər. Bu səbəbdən B.Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində keçirib. Daha sonra Bakıya qayıdıb.
Sənətkar sağlığında öz ansamblını yaratmışdır ki, bu ansamblla o bir çox xarici səfərlərdə çıxış etmiş və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə ən gözəl şəkildə çatdırmışdır. Həmin ansambl hal-hazırda sənətkarın adını daşıyır. Sənətkarın vəfatından sonra bu ansamblın yenidən fəaliyyət göstərməsi üçün sənətkarın dostu və qarmon ifaçısı Əhsən Rəhmanlı bu ansambla rəhbərlik etmiş və bu günə qədər də həmin ansamblın ifasında bir çox ifaçılarla lent yazıları yazmaqla və televiziya verlişlərinə dəvət almaqla ansamblın yaşaması üçün bütün imkanlardan istifadə etməkdədir.
2006-cı il dekabrın 6-sında Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "M.F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bir qrup əməkdaşına "Azərbaycan Respublikasının xalq artisti" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 1992-ci il tarixli, 320 nömrəli Fərmanı Arxivləşdirilib 2023-05-25 at the Wayback Machine (az.)
Həmçinin bax
redaktə- Baba Mahmudoğlu (Mirzəyev) - Şuşanın dağları
- Baba Mahmudoğlu (Mirzəyev) - Rast Dəstgahı
- Baba Mahmudoğlu (Mirzəyev) - Yeri dam üstə yeri
- Baba Mahmudoğlu (Mirzəyev) - Dilbərim
- Baba Mahmudoğlu (Mirzəyev) - Ceyran bala
- Baba Mahmudoğlu (Mirzəyev) - Mirzə Hüseyn segahı
- Baba Mahmudoğlu (Mirzəyev) - Dilqəmi
- Baba Mahmudoğlu (Mirzəyev) - Qarabağ şikəstəsi
- Baba Mahmudoğlu (Mirzəyev) - Üçtelli durna
- Baba Mahmudoğlu (Mirzəyev) - Ahu kimi
- Baba Mahmudoğlu (Mirzəyev) - Həştərxana gedən gəmi
- Baba Mahmudoğlu (Mirzəyev) - Yaxan düymələ
- Baba Mahmudoğlu (Mirzəyev) - Yalvara-yalvara
- Baba Mahmudoğlu (Mirzəyev) - Aman Tello
- Baba Mahmudoğlu (Mirzəyev) - Vətən sevgisi
- Baba Mahmudoğlu (Mirzəyev) - Arazbarı-Mani (Osmanı) zərb muğamı
- Baba Mahmudoğlu (Mirzəyev) - Üç gündən bir, beş gündən bir
- Baba Mahmudoğlu (Mirzəyev) - Sevən canım sənə qurban
- Baba Mahmudoğlu (Mirzəyev) - Dünyanın tacı
- Baba Mahmudoğlu (Mirzəyev) - Ay üzü xallı ceyran
- Baba Mahmudoğlu (Mirzəyev) - Alagöz
- Baba Mahmudoğlu (Mirzəyev) - Mən dünyada olmayanda
- Baba Mahmudoğlu (Mirzəyev) - Əlində sazın qurbanı (Dur gəl nazilə)
- Baba Mahmudoğlu (Mirzəyev) - Olan
- Baba Mahmudoğlu (Mirzəyev) - Qızların
- Baba Mahmudoğlu (Mirzəyev) - Axşam görüşləri
- Baba Mirzəyev - Bulaqdan gələndə
- Baba Mirzəyev - Yaylaq mahnısı
- Baba Mahmudoğlu (Mirzəyev) - Düşdü
- Baba Mahmudoğlu (Mirzəyev) - Kəklik
- Baba Mahmudoğlu (Mirzəyev) - Toy mahnısı
- Baba Mahmudoğlu (Mirzəyev) - Görmüşəm sevmişəm
- Meydan Koroğlu - Baba Mahmudoğlu (Mirzəyev)
- Baba Mahmudoğlu - Oğuz eli
- Baba Mahmudoğlu - Bala gəlin
- Baba Mirzəyev(Mahmudoğlu) Bənövşə
Baba Mahmudoğlu adına xalq çalğı alətləri ansanblı
redaktə- Baba Mahmudoğlu adına instrumental ansambl-Solist Əhsən Rəhmanlı
- Baba Mahmudoğlu adına instrumental ansambl-Şuşa nəğməsi
- Baba Mahmudoğlu adına instrumental ansambl-Söyüd ağacı altında
- Baba Mahmudoğlu adına instrumental ansambl-Solist Sənan Əliyev
- Baba Mahmudoğlu adına instrumental ansambl-Solist Sənan Əliyev
- Baba Mahmudoğlu adına instrumental ansambl-Solist Adil Cabbarov
- Baba Mahmudoğlu adına instrumental ansambl-Solist Elxan Səmədzadə
- Baba Mahmudoğlu adına instrumental ansambl-Solist Əhsən Rəhmanlı