Babamin Insanlari Film 2011 - Wikipedia
“ Babamın insanları” — 2011-ci ildə rejissor Çağan Irmakın ekranlaşdırdığı melodramdır. Baş rollarda Çetin Tekindor və Hümeyranın çəkildiyi bu film 2011-ci il 25 noyabr tarixində tamaşaçı auditoriyasına təqdim olunmuşdur.
Babamın insanları | |
---|---|
Dedemin insanları | |
Janr | Melodram |
Əsas mövzu | Türkiyə-Yunanıstan əhali mübadiləsi |
Rejissor | Çağan Irmak |
Prodüser | Mustafa Oğuz |
Ssenari müəllifi | Çağan Irmak |
Baş rollarda | Çetin Tekindor, Hümeyra, Yiğit Özşener, Gökçe Bahadır, Sacide Taşaner, Zafer Algöz, Mert Fırat, Ezgi Mola,Durukan Çelikkaya |
İstehsalçı | Ay Yapım |
Studiya |
Warner Bros. Ay Yapım |
Distribütor | Warner Bros. |
İlk baxış tarixi | 25 noyabr 2011-ci il |
Ölkə | Türkiyə |
Dil | Türk |
İl | 2011 |
Bölüm sayı | 1 |
Rəng | rəngli |
IMDb | ID2150209 |
Süjet xətti
redaktəOzan Egedə kiçik bir sahil qəsəbəsində yaşayan on yaşlı bir uşaqdı. Kirit adasından köçkün olan babası Mehmet bəyə görə dostları onu “ gavur” adlandıraraq lağ edirlər. Tək qalacağından qorxan Ozan başda babası olmaqla ailə üzvlərinə acıqlanaraq həmişə “Biz türkük” deyir. Ozanın babası Mehmet bəy qəsəbənin sayılıb-seçilən adamlarındandır. Qəsəbə əhalisinə arxa olur, problemləri ilə maraqlanır, onlara kömək edir. Xoş xasiyyət insan olan Mehmet bəy nəvəsinin bu vəziyyətindən narahat olur və buna görə çox kədərlənir. Mehmet bəyin hələ yeddi yaşı olanda ailəsi zorla öz torpaqlarından çıxarılmış və mübadilə yolu ilə Kirit adasından köçürülmüçdülər. Mehmet bəyin ən böyük arzusu ölmədən əvvəl doğulduğu torpaqları görə bilməkdir. Bu həsrəti səbəbindən tez-tez məktub yazaraq şüşəyə qoyar və Egenin mavi sularına atardı. “Babamın insanları” kiçik bir qəsəbədə yaşayan on yaşlı bir uşağın və onun babasının simasında bir ailənin, bir ölkənin yaşadığı böyük dəyişikliklərdən bəhs edir.
Heyət
redaktə• Ssenari müəllifi-Çağan Irmak
• Prodüsser- Mustafa Oğuz
• İcraedici prodüser- Esi Gülce
İstehsalçı şirkət Ay Yapım
Aktyorlar
redaktəÇetin Tekindor- Mehmet 1970-ci ildə Ankara Dövlət Konservatoriyasından məzun olub. Bir çox teatr tamaşalarında rol alıb. Mavi ekrana ilk gəlişi isə Başar Sabuncunun“ Kaçamak”(1987) filmi ilə olub. Həmçinin, TRT-də yayımlanan bir çox film və serialları dublyaj edib. “ Kiçik Ağa”, “ Öncə canan”, “ Təəssüf edirəm Leyla”, ,”İlan hekayəsi”, “ Bir İstanbul masalı”, və “ Asi” kimi seriallarda oynayıb. “ Qarşılaşma”, “ Anlat İstanbul”, “İlk eşq” və “ Atam və oğlum kimi” filmlərdə oynayıb. “ Qarşılaşma” filmindəki roluna görə 2003-cü ildə Ankara Film Festivalında “Ən yaxşı kişi oyunçu “ mükafatını alıb. “ Atam və oğlum “ filmindəki roluna görə isə 27-ci SİYAD Türk Sinemsı Ödüllərində və 13-cü ÇASOD Mükafatlarında “ Ən yaxşı kişi aktyor” mükafatını alıb. Hümeyra – Feruzat Karyerasına musiqiçi olaraq başlayan Hümeyra daha sonra teatr, televiziya və filmlərdə aktyor kimi çıxış etməyə başladı. 1985-ci ildə Ferhan Şensoyun “ Ortaoyuncular” komandası ilə “ İçindən tramvay keçən mahnı” filmində rol almışdı. 1986-cı ildə “ Asiya necə qurtulur” filmindəki rolu ilə Antaliya film festivalında “ Ən yaxşı köməkçi qadın aktrisa” mükafatına layiq görülüb. 2007-ci ildə “10-cu İstanbul Beynəlxalq Film Tarixi Görüşü”-də şərəf mükafatına layiq görülüb.
Yiğit Özşener- İbrahim 1972-ci ildə İzmirdə anadan olan Yiğit Özşener Yıldız Teknik Universitetinin Elektronika və xəbərləşmə mühəndislkiyi fakultəsini bitirmi. 1994-cü ildə Studio Oyuncuları birliyində dərs almağa başlamış və burda müxtəlif tamaşalarda rol oynamışdır. Peşəkar aktyor karyerasına 1995-ci ildə Şahika Tekandın “Gerdanlaşma” filmi ilə başlayıb.
Gökçe Bahadır- Nurdan 1981-ci ildə İstanbulda doğulmuş. İstanbul Akademiyası Radio və televiziya fakultəsinin məzunudur. “Tatlı Hyata”, “Mühürlü güllür”, “ Hayat bilgisi”, “Yaprak dokumu” seriallarında çəkilib. Sacide Taşaner- Nadire Zafer Algöz- Bələdiyyə başçısı Mert Fırat- Hasan Ezgi Mola-Fatma Durukan Çelikkaya- Ozan
Mənbə
redaktəhttp://www.dedemininsanlari.com/# Arxivləşdirilib 2013-08-16 at the Wayback Machine
Xarici keçidlər
redaktə• Dedemin İnsanları Filmi Resmi Sitesi
• Facebook Dedemin İnsanları Sayfası