Babamizin Babasinin Babasi Film 1981 - Wikipedia
Babamızın babasının babası[1][2][3] və ya Babamın babasının babası[4] — 1981-ci ildə Azərbaycan-sovet rejissoru Tofiq Tağızadə tərəfindən "Azərbaycanfilm" kinostudiyasında komediya janrında çəkilmiş tammetrajlı bədii film. Filmin əsas qəhrəmanı sevgi və əbədiyyət ideyalarının daşıyıcısı kimi təsvir olunan 160 yaşlı çoban Əziz babadır. Filmdəki əsas rolları Hüseynağa Sadıqov, Samir Qədirov, Şamil Süleymanov, Səməndər Rzayev, Hamlet Qurbanov, Həmidə Ömərova və Sabir Məmmədov canlandırırlar.
Babamızın babasının babası | |
---|---|
| |
Janr | komediya |
Rejissor | Tofiq Tağızadə |
Ssenari müəllifi | Ramiz Rövşən |
Baş rollarda |
Hüseynağa Sadıqov Samir Qədirov Şamil Süleymanov Səməndər Rzayev Hamlet Qurbanov Həmidə Ömərova Sabir Məmmədov |
Operator | Hüseyn Mehdiyev |
Bəstəkar | Mobil Babayev |
Rəssam | Arif Əbdürrəhmanov |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 12 fevral 1982 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 72 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1981 |
Rəng | rəngli |
IMDb | ID1402414 |
Film Ramiz Rövşənin ssenari müəllifi kimi diplom işi idi.[3][5] Kino mütəxəssisi Aydın Kazımzadənin sözlərinə görə, bu film Azərbaycan kinosu tarixində mühüm yer tutur,[1] hansı ki, Azərbaycan SSR xalq artisti Hüseynağa Sadıqovun son film idi.[6] Filmdən bir kadrda Azərbaycan Sovet Ensiklopediyasında Sadıqov haqqında bir məqalə təsvir edilmişdir.[4]
Filmin çəkilişləri Şəki şəhərinin yaxınlığında iki-üç ay ərzində aparılmışdır.[7] Filmin premyerası 1982-ci ildə Kürdəmirdəki Yay Kinoteatrında baş tutmuşdur. Premyerada çəkiliş qrupunun üzvləri, eyni zamanda filmdəki işlərdən və bir neçə maraqlı hekayədən bəhs edən aparıcı aktyor Hüseynağa Sadıqov çıxış etmişdir.[1]
Film 2017-ci ildə Azərbaycan Dövlət Film Fondunun əməkdaşları, əməkdar mədəniyyət işçiləri Rafael İmanov və Xuraman Pişiyari tərəfindən rəqəmsallaşdırılmışdır.[8]
Məzmun
redaktəƏziz baba (Hüseynağa Sadıqov) Azərbaycan kəndlərindən birində yaşayan uzunömürlü bir kişidir. Kəndin bütün əhalisi Əzizin qohumları olsa da, heç kim onun neçə yaşında olduğunu dəqiq bilmir.[a] Çoban Əziz kolxoz qoyunlarını otarır, hərdən ötüb keçənləri xatırlayır, ilk məhəbbətini yada salırdı.[1] Bir gün məlum olur ki, Əziz babanın 160 yaşı var. Onun doğum tarixi babasının Əzizin anadan olması ilə əlaqədar sifariş verdiyi mis qablara həkk olunmuşdur. Təntənəli yubileyə hər yerdən insanlar gəlir. Əziz baba təmirli bir evə köçürülür və onun üçün fərdi həkim tutulur.
İzləyicilər Əzizi üç kadrda görürlər. Balaca Əziz özündən böyük olan bir qıza aşiqdir. Bu qızı ərə verirlər və Əziz çox məyus olur. Filmin ikinci hissəsində Əziz (Şamil Süleymanov) artıq böyük bir kişidir. Onun Zeynəb adlı bir sevdiyi var. Lakin bir gün Cəfər adlı bir bəy oğlu Zeynəbi zorla qaçırır və Əziz tək qalır. Filmin üçüncü hissəsində yaşlı Əziz, rayon komitəsinin katibi Əliquliyevin (Səməndər Rzayev) oğlu Cəfərlə zorla evlənən Zeynəbin (Həmidə Ömərova) toy günü onu yəhərə salır və dağlara apararaq qaçırır. Nəvəsi Tapdığın (Sabir Məmmədov) bu qızı sevdiyini öyrənən Əziz çox xoşbəxt olur və Zeynəb Əzizin nəvəsi ilə evlənir.[b] Əzizin böyük sevincinin səbəbi ondan yan keçən xoşbəxtliyin nəvəsinə çatdığını görməsindədir.[1]
Rollarda
redaktə- Hüseynağa Sadıqov — Əziz baba
- Samir Qədirov — Əziz (uşaq)
- Şamil Süleymanlı — Əziz (gənc)
- Səməndər Rzayev — Əliquliyev
- Hamlet Qurbanov — Kolxoz sədri
- Həmidə Ömərova — Zeynəb
- Yelena Qaracova — Nərgiz
- Sabir Məmmədov — Tapdıq
- Rafiq Əliyev — Müxbir; Eşşək otaran
- Eldəniz Zeynalov — Həkim
- Süleyman Ələsgərov — Professor
- Eldəniz Rəsulov — Cəfər
- R. Həsənov
- Y. Əhmədov
- F. Qasımov
- Q. Məmmədov
- Bəşarət
- Muxtar Avşarov — Qonaq
Filmi səsləndirənlər:
- Hacı İsmayılov — Kolxoz sədri (Hamlet Qurbanov) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Əziz (gənc) (Şamil Süleymanlı) (titrlərdə yoxdur)
- Bahadur Əliyev — Eşşək otaran (Rafiq Əliyev); Həkim (Eldəniz Zeynalov) (titrlərdə yoxdur)
- Ötkəm İsgəndərov — Tapdıq (Sabir Məmmədov) (titrlərdə yoxdur)
- Fərqanə Quliyeva — Zeynəb (Həmidə Ömərova) (titrlərdə yoxdur)
Qeydlər
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Kazımzadə, 2013. səh. 22–23
- ↑ Советские художественные фильмы: 1980-1981 (rus). Moskva: Нива России. 1995. 375.
- ↑ 1 2 Kinovedçeskiye zapiski (rus). 2004. səh. 326.
- ↑ 1 2 Quliyev, 1984. səh. 256
- ↑ "Набор 1977–1978 гг". kinobraz.ru (rus). 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ "В Баку прошел вечер памяти народного артиста Гусейнаги Садыхова". news.day.az (rus). 16 fevral 2013. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ "Gürcü qızının oynaya bilmədiyi Azərbaycan filmi". news.milli.az (az.). 20 avqust 2014. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ Azəri, 2017. səh. 11
Ədəbiyyat
redaktə- Kazımzadə, Aydın. "Piri babanın nağılları". Kaspi (2–4). Bakı. mart 2013.
- САДЫГОВ Һүсејнаға Әләсҝәр оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. 606 с.
- Azəri, Lalə. "Dövlət Film Fondunda bir gün". Mədəniyyət (az.) (19). aprel 2017. səh. 11.