Bad Sinql - Wikipedia
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir.
"Bad" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 1987 | |||
Format | sinql | |||
Janr | Funk, Pop | |||
Dil | İngilis dili | |||
Müddət | 04:06 | |||
Prodüser | Maykl Cekson və Kuinsi Cons | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir.
Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır. Musiqi videosunda Maykl Cekson və onu müşayət edən rəqqaslar qrupu dəmir yolunda rəqs edirlər. Musiqi videosunun xareoqrafı qeyd edir ki, giriş və fonun hazırlanmasında Vestsayd tarixçəsi myuziklının ciddi təsiri olmuşdur. 1988-ci ildə Bad musiqi videosu “Video Music Awards” mükafatına layiq görülmüşdür. “Bad” mahnısı təqdim edildikdən sonra, müxtəlif müğənnilər tərəfindən fərqli şəkildə ifa edilib və müxtəlif parodiyaları hazırlanıb.
Fon və təsirlənmələr
redaktə“Bad” mahnısı 1986-cı ildə Maykl Cekson tərəfindən bəstələnmiş və yazılmış, 1987-ci ildə isə yeddinci studio albomu üçün Kuinsi Consun və özünün prodüserliyi ilə ifa edilmişdir. “Bad” mahnısının əslində müğənni Prinslə duet şəklində ifa edilməsi nəzərdə tutulsa da, bu duet baş tutmamışdır.[1] Maykl Ceksonun 1988-ci ildə yazdığı “Ay yürüşü” avtobioqrafik kitabında bu məsələyə toxunularaq qeyd edilir:
“Bad mahnısı küçə həyatı haqqında mahnıdır. Bad mahnısı pis ətrafı olan və onları yaxşı təhsil verən özəl məktəblərə getməkdən çəkindirən uşaqlar haqqındadır. Bu cür uşaqlar tezliklə təhsildən uzaqlaşır və gələcəkdə cəmiyyət üçün problemlər yaratmağa başlayır. O, oxuyur: " Mən pisəm, biz pisik, pis kimdir?, bəs yaxşı kimdir?”[2]
1988-ci ildə Ebony və Jet jurnallarına verdiyi müsahibədə (ölümündən bir müddət sonra həmin müsahibə Hulu portalında yayımlanmışdır) Cekson qeyd edir ki, onun “Time” və ya “Newsweek” jurnallarında oxuduğu hadisələr haqqında mahnı yazmaq ideyası olmuşdur.[3] Cekson bildirir ki, mahnı “gettodan olan” tələbə haqqındadır, o Nyu-Yorkda məktəbə gedir və Şükranlıq bayramından sonra dostlarından ayrılmağa çalışır.[3] O qeyd edir ki, tələbənin ayrılmaq istəyi yoldaşlarının qısqanclığı ilə nəticələnir və onu öldürürlər, lakin bu hissə musiqi videosunda göstərilmir.[3]
Kompozisiya
redaktəMahnı ümumi zaman çərçivəsində, A Minor açarı üzərində yazılmışdır.[4] Ceksonun vokal ölçüsü E4-dən C6-ya kimidir.[4] Mahnı dəqiqədə 114 vuruş ritminə malikdir.[4]“Bad” mahnısı "Hit the Road, Jack" mahnısının inkişaf etdirilmiş ritmindən alınmaya malikdir.[5] “Rolling Stone”dan Devit Sayqerson mahnını şərh edərkən sözlərə diqqət çəkərək yazır: “Cekson dedikdə ki, “bütün dünya bu dəqiqə cavab verməlidir” o, məğrurluq eləmmir, lakin fövqəladə şəkildə öz fikrini bəyan edir. Əgər nəyinsə pis olduğunu düşünürsə, çəkinmədən bunu xalqa çatdırır və reaksiya göstərilməsini tələb edir.”[5] Saygerson mahnını, girişdə dörd sarı sim basına əsaslanılan Ceyms Braunun məşhur "It's A Man's Man's Man's World" mahnısı ilə müqayisə edir. Mahnının sözlərində Maykl “pis kimdir” deyərək insanları özləri haqqında düşünməyə, əslində kim olduqlarını ayırd etməyə çağırır.[5]
Tənqidçilərin mövqeyi
redaktəÜmumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. “Rolling Stone” jurnalından Devit Sayqerson qeyd edir ki, mahnının “müdafiə olunmasına ehtiyac var” və Ceksonun mahnıdakı vokal performansı onu təəccübləndirib.[5] “Allmusic”dən Stefan Tomas Örlvayn “Bad” mahnısını bir neçə başqa mahnı ilə birgə albomda olan on bir mahnı arasında ən yuxarı yerdə yerləşdirir.[6] Örlvayn bildirir ki, "mahnıda Ceksonun səsi elə səslənir ki, sanki o Ceyms Braun və Mavis Steplsin sevimli övladıdır” və əlavə edir ki, “Bad mahnısındakı musiqili danışıq çox yaxşı təsir bağışlayır.”[7] O eyni zamanda qeyd edir ki, “mahnıdakı nüfuz və səviyyə Ceksonun imicini dahada xalqa yaxınlaşdırmağa kömək etmişdir”.[7] “Yahoo Music”dən Cennifer Kley qeyd edir ki, Ceksonun üsyançı imici “balaca göyərçini xatırladan görünüşü üçün bir qədər mürəkkəb” olduğu dövrdə albomdakı "Bad", "Man in the Mirror" və "Dirty Diana" kimi mahnılar bu imici formalaşdırmağa kömək etmişdir.
Hit-parad mövqeyi
redaktə10 oktyabr 1987-ci ildə Billboard Hot 100 hit-paradında ilk onluqda səkkizinci yerdən debüt edən[8] “Bad” mahnısı 24 oktyabr 1987-ci ildə birinci yerə yüksəlmişdir.[9] Bundan sonra ardıcıl iki həftə mahnı birinci yerini saxlamışdır.[10] “Bad” mahnısı Ceksonun “Bad” albomundan ikinci, ümumilikdə isə yeddinci sinqlı idi ki, Billboard Hot 100 hit-paradında birinci yerə yüksəlirdi. “Bad” mahnısı eyni zamanda Billboard Hot R&B Singles və Billboard Hot Dance Club Play hit-paradlarında da birinci yerə yüksəlmişdir.[11]
“Bad” mahnısı eyni zamanda beynəlxalq səviyyədə də uğura imza atmış, əksər ölkələrin hit-paradında ilk onluğa daxil olmuş və birinci yerə kimi yüksəlmişdir. Birləşmiş Krallıqda mahnı 26 sentyabr 1987-ci ildə beşinci yerdə debüt etmişdir.[12] Növbəti həftə mahnı Birləşmiş Krallıqda ən yüksək mövqeyi olan üçüncü yerə yüksəlmiş və ardıcıl olaraq iki həftə bu yerdə qalmışdır.[12] “Bad” dörd həftə ilk onluqda, on bir fəhtə isə ilk yüzlükdə qala bilmişdi.[12] Kanada hit paradlarında 7 noyabr 1987-ci ildə mahnı beşinci yerə yüksəlmişdi.[13] İsveçdə isə mahnı 14 oktyabr 1987-ci ildə dördüncü yerə yüksəlmiş və dörd həftə ilk onluqda qalmışdı.[14] 3 oktyabr 1987-ci ildə Fransada “Bad” doqquzuncu yerdə debüt etmiş, yeddi həftə sonra isə 14 noyabrda dördüncü yerə yüksəlmişdi.[15] Yeni Zellandiyada 18 oktyabr 1987-ci ildə mahnı dördüncü yerdə debüt etmiş və növbəti həftə ikinci yerə yüksəlmişdi. Növbəti beş həftədə mahnı ilk onluqda qalmışdır.[16] 1987-1988-ci illərdə mahnı on beş həftə ərzində ilk əlli mahnı arasında qalmışdır.[16]
Norveçdə 1987-ci ilin otuz doqquzuncu həftəsində “Bad” ikinci yerdə debüt etmiş və səkkiz həftə ilk onluqda qalmışdır.[15] Avstraliya hit-paradlarında da uğur qazanan mahnı ilk beşliyə daxil olaraq dördüncü yerə kimi yüksəlmişdir.[15] Avstriyada mahnı 1 noyabr 1987-ci ildə onuncu yerdə debüt etmişdir.[17] Növbəti həftə ilk onluqdan çıxan mahnı, daha sonrakı həftə doqquzuncu yerdə yenidən ilk onluğa qayıtmışdır.[17] Hollandiyada 9 sentyabr 1987-ci ildə mahnı səksən yeddinci yerdə debüt etmişdir.[18] Növbəti həftə mahnı on birinci yerə sıçramışdır.[18] Daha sonra mahnı birinci yerə yüksəlmiş və növbəti həftədə də bu mövqeyini qorumuşdur.[18]
2006-cı ildə Mayklın mahnıları "Visionary" albomunun satışa çıxarılmasından sonra yenidən hit-paradlara qayıtmışdır. İspaniyada ilk dəfə 4 aprel 2006-cı ildə birinci yerdə debüt edən mahnı, ardıcıl doqquz həftə ilk onikilikdə qərarlaşmışdır.[19] 6 aprel 2006-cı ildə mahnı İtaliyada beşinci yerdə debüt etmişdir.[20] 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra mahnı bütün dünyada yenidən hit-paradlara qayıtmışdır. 2009-cu ilin iyulunda mahnı İtaliyada[20] on birinci, İspaniyada[19] iyirmi, İsveçdə[14] iyirmi beş, Danimarkada[15] otuz yeddinci və Birləşmiş Krallıqda[12] qırxıncı yerdən hit-parada daxil olmuşdur.
Musiqi videosu
redaktə“Bad” üçün çəkilmiş musiqi videosu, yazıçı Riçard Praysın ssenarisi əsasında ekranlaşdırılmış on səkkiz dəqiqəlik qısa filmdir. Video 1987-ci ilin payızında 6 həftə ərzində Martin Skorsisinin rejissorluğu ilə çəkilmişdir.[21] Videoda 1961-ci ildə çəkilmiş “Vestsayd tarixçəsi” filminə çoxlu istinadlar vardır.[22] Bu özünü yalnız qanqsterlərin şəhər məkanlarında rəqs etmələrində deyil, eyni zamanda bəzi rəqslərin xareoqrafik quruluşunda da göstərir. Xareoqraf Cefferi Daniel bu təsiri təsdiqləyir və bildirir ki, onlar daha müasir rəqslər formalaşdırmağa çalışmışdılar.[22] Daniel qeyd edir ki, “Bu ekranla rastlaşan qatar kimidir [...] və biz bu effekti axtarırdıq, bu effekt üzərində çalışırdıq."[22]
Filmdə Maykl Cekson Daril adlı yeniyetmə obrazını canlandırır. Daril ödənişli şəxsi məktəbi uğurla bitirərək evə dönür və təhsilsiz, kobud qonşuları ilə qarşılaşır. Daril evlərinə gəldikdə oranı boş tapır, lakin, Mini Maksın rəhbərlik etdiyi (Uizli Snayps tərəfindən canlandırılır) köhnə dostları tərəfindən qarşılanır və onlar birlikdə vaxt keçirirlər. İlk münasibətlər normal olsa da, qanqsterlər təhsil almış darilin nə qədər dəyişdiyini gördükdən sonra ona qarşı çıxıralar. Nə qədər “pis” olduğunu dostlarına göstərmək üçün Daril qanqster dostları ilə birgə metro stansiyasında (Bruklindəki Hyot Şermeron stansiyası[21]) yaşlı bir kişinin qabağını kəsir, lakin spn anda kişinin qaçıb canını qurtarmasına kömək edir. Mini Maks Darili tənqid edərək heç də “pis” insan olmadığını bildirir. Mini Maksla mübahisədən sonra ağ-qara video rəngli videoya çevrilir və Cekson pank geyimli qanqsterlərin ətrafında başdan-ayağa qara dəri geyimdə rəqs edərək “Bad” mahnısını oxumağa başlayır. Musiqidən sonra Max Darilin dediklərini qəbul edir və video ağ-qara rəngə keçərək, Darilin yalnız durub fikirləşməsini təsvir edir.
Musiqi videosunda mahnının orijinal albom yazısından fərqli bir versiya istifadə edilmişdir. Mahnının klipdə istifadə olunmuş versiyası satışa çıxarılmamışdır. Musiqi videosunun premyerası 31 avqust 1987-ci ildə CBS Television Network’də xüsusi “Maykl Cekson: Sehrli dönüş” verilişində həyata keçirilmişdir.[23] “Bad” mahnısı üçün çəkilmiş musiqi videosu “Video Greatest Hits – HIStory” (DVD-də uzun versiyası və VHS-də qısa versiyası), “Number Ones” (qısa versiya), “Michael Jackson's Vision” (qısa versiya) və the “Bad 25” (qısa versiya) video albomlarında satışa çıxarılmışdır.
Musiqi videosu 1988-ci il MTV Video Musiqi Mükafatları Mərasimində bir kateqoriyada nominant olmuşdur.[24] “Bad” musiqi videosu Maykl Ceksonun '"The Way You Make Me Feel" musiqi videosu ilə birgə Ən Yaxşı Xareoqrafiya kateqoriyasında nominant olsa da Ceksonun kiçik bacısı Cenetin "Pleasure Principle" musiqi videosu bu mükafatı qazanmışdır.[24] 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra Şəhər Sovetinin üzvü Letisiya Ceyms “Bad” musiqi videosunun çəkildiyi metro stansiyasının adının dəyişdirilməsi və ya həmin stansiyada xatirə lövhəsinin asılması üçün müraciət etsə də, onun müraciəti 2009-cu ilin sentyabrında Nyu-York Metro Nəqliyyatı İdarəsi tərəfindən rədd edilmişdir.[21] Ceyms qeyd edir ki, “Maykl Ceksonun buraya gəlməsi və ay yürüşü etməsi təkcə Bruklin üçün yox, bütün Nyu-York üçün 80-ci illərin yaddaqalan hadisələrindən biri idi [...] və həmin stansiyanın Maykl Ceksonun şərəfinə adlandırılması bu hadisənin yaddan çıxmasına imkan verməyəcəkdi.”[21] Nyu-York Metro Nəqliyyatı İdarəsindən isə bildiriblər ki, bu vaxta kimi sərnişinlərin rahatlığı üçün metro stansiyalarından heç biri şəxs adı ilə adlandırılmayıb.[21]
Canlı ifalar
redaktə“Bad” Maykl Ceksonun Bad Turnesi çərçivəsində 1987-1989-cu illərdə canlı ifa edilmişdir. Mahnı Ceksonun Dangerous Dünya Turnesinin birinci mərhələsində də istifadə edilmişdir. Mahnının canlı versiyası “Live at Wembley 16 İyul, 1988” DVD-sində satışa çıxarılmışdır. Cekson mahnını This Is It Dünya turnesi konsertləri üçün də hazırlasa da, müğənninin qəfil ölümündən sonra turne təxirə salınmışdır.
Digər ifalar
redaktə- "Weird Al" Yankovic mahnının parodiyasını 1988-ci ildə satışa çıxardığı “Even Worse” albomunda “Fat” adı ilə ifa etmişdir.[25]
- Lenni Henri mahnının “Mad” adlı musiqi videosu parodiyasını hazırlamış və bu versiya “The Lenny Henry Show” verilişində təqdim edilmişdir.
- Rey Stivens mahnının kantri/bluqras versiyasını I Never Made a Record I Didn't Like albomunda ifa etmişdir.
- "Elvin və Burunduklar" mahnını 1988-ci Ildə satışa çıxarılmış “The Chipmunks and The Chipettes: Born to Rock” albomunda ifa etmişdir.
- 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra mahnı onun xatirəsinin anılması üçün müxtəlif müğənnilər tərəfindən (əksər hallarda onun səsi ilə qarışılıqlı şəkildə) ifa edilmişdir. Şon Mikallef 2010-cu ildə xüsusi Yeni il verilişi üçün mahnını ifa etmişdir. 2009-cu il MTV Musiqi Mükafatlarının təqdim edilməsi mərasimində Maykl Ceksonun xatirəsinə rəqqaslar Ceksonun musiqi videolarındakı rəqsləri səhnələşdirmişlər.[26] Musiqi olaraq “Bad”, “Thriller” (1982) və “Smooth Criminal” (1987) mahnıları seçilmişdir.[26]
- Filippində dustaqlar Ceksonun "Bad" və "They Don't Care About Us" mahnılarının sədaları altında rəqs edərək video çəkmiş və həmin videonu YouTube-a yükləmişlər.[27]
- 2010-cu ilin fevralında mahnının parodiyası The Fringemunks tərəfindən "The iPad Song" adı ilə ifa edilmiş və iPad tənqid edilmişdir.[28]
- Mahnı YouTube-da “The Annoying Orange”ın buraxılışlarından birində istifadə edilmişdir.
- Mahnı 2010-cu ildə DreamWorks tərəfindən istehsal olunmuş “Meqabeyin” filminin sonunda Meqabeyinin Metrositiyə qalib gəldiyi səhnədə səsləndirilir.
- ABŞ teleserialı olan “Xor”un 2012-ci ildə Maykl Ceksonun xatirəsinə həsr olunmuş “Maykl” adlı seriyasında mahnının akapella versiyası səsləndirilmişdir. Bu ifa 18 fevral 2012-ci ildə Billboard Hot 100 hit paradında səksəninci, Billboard Digital Songs hit-paradında qırx səkkizinci, Billboard Canadian Hot 100 hit-paradında doxsanıncı və Billboard Adult Pop Songs hit-paradında isə iyirmi doqquzuncu yerə yüksəlmişdir.[29]
Kompozisiya siyahısı və formatlar
redaktə
|
|
Rəsmi versiyalar
redaktə- Album version – 4:06
- 7" single mix (new album version) – 4:06
- Dance extended mix includes "false fade" – 8:23
- Dance remix radio edit – 4:56
- Dub version – 4:06
- A cappella – 3:49
- Afrojack Club Mix – 7:36
- Afrojack remix featuring Pitbull DJ Buddha Edit – 4:31
Personal
redaktə
|
|
Hit paradlar
redaktəSələfləri Terence Trent D'Arby - "Wishing Well" |
Dutch Top 40 nömrə bir sinql 3 oktyabr 1987 |
Xələfləri Rik Astli - "Never Gonna Give You Up" |
Sələfləri Maykl Cekson və Siedah Garrett - "I Just Can't Stop Loving You" by |
Eurochart Hot 100 Singles nömrə bir sinql 3 oktyabr 1987 – 7 noyabr 1987 |
Xələfləri Bee Gees - "You Win Again" |
Sələfləri Stefani Mills - "(You're Puttin') A Rush on Me" |
Billboard Hot Black Singles nömrə bir sinql 17 oktyabr 1987 |
Xələfləri The O'Jays - "Lovin' You" |
Sələfləri Lisa Lisa və Cult Jam - "Lost in Emotion" |
Billboard Hot 100 nömrə bir sinql 24 oktyabr 1987 – 31 oktyabr 1987 |
Xələfləri Tiffany - "I Think We're Alone Now" |
Sələfləri Madonna - "Causing a Commotion" by |
Billboard Hot Dance Club Play nömrə bir sinql 7 noyabr 1987 – 14 noyabr 1987 |
Xələfləri Earth, Wind & Fire - "System of Survival" |
2012 buraxılışı
redaktə"Bad" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Bad 25 albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 14 avqust 2012 | |||
Format | sinql | |||
Janr | Fank, Pop | |||
Dil | İngilis dili | |||
Müddət | 04:06 | |||
Prodüser | Maykl Cekson və Kuinsi Cons | |||
Bəstəkar | Maykl Cekson və Pitbul | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
14 avqust 2012-ci ildə mahnının remiks versiyası onlayn dijital sinql şəklində iTunes[43] və Amazon.com[44] vasitəsiylə satışa çıxarılmışdır. Mahnının 1987-ci il orijinal versiyasının yeni remiks versiyası üzərində Afrojack, DJ Buddha və Pitbull[45] çalışmışlar.
Kompozisiya siyahısı
redaktə- Digital Single[43]
- Bad (Afrojack Remix) [feat. Pitbull] [DJ Buddha Edit] - Single - 4:29
- Bad [Remix By Afrojack Featuring Pitbull - The Derry Mix] - 3:54
Hit-parad göstəriciləri
redaktəDijital sinql şəklində satışa çıxarılmasından əvvəl mahnı bir neçə ölkənin hit-paradlarına daxil olmuşdur. Mahnı “Bad 2012” adı ilə 15 sentyabr 2012-ci ildə Billboard Japan Hot 100 hit-paradında debüt etmiş və bir neçə həftə sonra altıncı yerə yüksəlmişdir.[47] Mahnı həmçinin 1 sentyabr 2012-ci ildə Billboard Dance/Electronic Digital Songs hit-paradına qırx beşinci yerdən daxil olmuşdur.[48] 29 sentyabr 2012-ci ildə mahnı Hot Dance Club Songs hit-paradında qırx ikinci yerdə debüt etmiş[49], daha sonra isə on səkkizinci yerə yüksəlmişdir.
Tənqidçilərin mövqeyi
redaktəMahnının yeni remiks versiyası musiqi tənqidçiləri tərəfindən əsasən mənfi rəy almışdır. “Los Angeles Times”dan pop musiqi tənqidçisi Randall Roberts qeyd edir ki, bu mahnı “Maykl Ceksonun xatirəsinə təhqir”dir və remiks “çox kobud” alınmışdır.[50] “PopMatters”-dən Evan Soudi qeyd edir ki, “Pitbul və iki dj-in iştirakı ilə hazırlanmış bu versiya açıq zibildir.”[51] supajam.com-dan MisterCharlie qeyd edir ki, sinql olduqca neqativdir.[52] “The Guardian”da sinql haqqında yazılmış rəydə bildirilir ki, “bu versiya dünyanın ən pis repçisinin iştirakı ilə hazırlanmış klub versiyasıdır.” [53]
Hit paradlar
redaktəHit-parad (2012) | Yüksəldiyi yer |
---|---|
Ö3 Austria Top 75[17] | 45 |
Japan Hot 100 Singles[47] | 6 |
US Billboard Hot Dance Club Play[49] | 18 |
İstinadlar
redaktə- ↑ "Michael Jackson's Life & Legacy: The Eccentric King Of Pop (1986–1999)". VH1.com. Viacom. 2010-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-11.
- ↑ Jackson 1988
- ↑ 1 2 3 Michael: In His Own Words Arxivləşdirilib 2009-07-23 at the Wayback Machine. Exclusive Ebony/Jet Showcase Bad Interview. Hulu.com. 1988.
- ↑ 1 2 3 "Bad – Michael Jackson Digital Sheet Music (Digital Download)". MusicNotes.com. Alfred Publishing Co. Inc. 2009-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013.
- ↑ 1 2 3 4 Davitt Sigerson. "Album Reviews: "Bad"". Rolling Stone. Wenner Media LLC. 2001. (#accessdate_missing_url)
- ↑ Stephen Thomas Erlewine. "Bad > Overview". Allmusic.com. Rovi Corporation. 2017-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013.
- ↑ 1 2 Stephen Thomas Erlewine. "Bad > Song Review". Allmusic. Rovi Corporation. 2013-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013.
- ↑ "October 10, 1987". Billboard.com. Nielsen Business Media, Inc. 2010-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013. (#invalid_param_val)
- ↑ "October 24, 1987". Billboard.com. Nielsen Business Media, Inc. 2010-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-12. (#invalid_param_val)
- ↑ "October 31, 1987". Billboard.com. Nielsen Business Media, Inc. 2010-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-12. (#invalid_param_val)
- ↑ 1 2 3 4 5 6 7 "Bad awards on Allmusic". Allmusic. 22 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2013.
- ↑ 1 2 3 4 5 6 7 "Michael Jackson". Official Charts Company. 20 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2013.
- ↑ 1 2 "Bad in Canadian Top Singles Chart". Library and Archives Canada. 5 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2013.
- ↑ 1 2 3 4 Swedishcharts.com — Michael Jackson — Bad. Singles Top 60. Hung Medien.
- ↑ 1 2 3 4 5 Ultratop.be — Michael Jackson — Bad (nid.). Ultratop 50. ULTRATOP & Hung Medien / hitparade.ch.
- ↑ 1 2 3 Charts.org.nz — Michael Jackson — Bad. Top 40 Singles. Hung Medien.
- ↑ 1 2 3 4 5 Michael Jackson — Bad Austriancharts.at (alm.). Ö3 Austria Top 40. Hung Medien.
- ↑ 1 2 3 4 5 6 Dutchcharts.nl — Michael Jackson — Bad (nid.). Mega Single Top 100. Hung Medien / hitparade.ch.
- ↑ 1 2 3 4 Spanishcharts.com — Michael Jackson — Bad Canciones Top 50. Hung Medien.
- ↑ 1 2 3 4 Italiancharts.com — Michael Jackson — Bad (ital.). Italian Singles Chart. Hung Medien.
- ↑ 1 2 3 4 5 Calder, Rich. "Jacko Off Tracko". New York Post. 2009-09-02. 2009-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013.
- ↑ 1 2 3 "'Bad' Choreographer Remembers Michael Jackson". National Public Radio. 2009-06-29. 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013. (#invalid_param_val)
- ↑ "Martin Scorsese Michael Jackson minute". 2016-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-10.
- ↑ 1 2 "MTV Video Music Awards – 1988". MTV. Viacom. 2010-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-04. (#invalid_param_val)
- ↑ "Michael Jackson Remembered: "Weird Al" Yankovic on Imitation as Flattery". RollingStone.com. Wenner Media LLC. 2009-07-09. 2009-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013.
- ↑ 1 2 "Michael Jackson – Tribute". MTV.com. Viacom. 2010-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-04. (#invalid_param_val)
- ↑ Pop Eater Staff. "Filipino Prisoners Dance to Michael Jackson's 'They Don't Care About Us'". PopEater.com. AOL Inc. 2010-01-27. 2010-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-04. (#invalid_param_val)
- ↑ "The Fringemunks: The iPad Song (parody of "Bad" by Michael Jackson)". The Fringemunks. 2010-02-02. 2011-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013.
- ↑ Gary Trust. "Weekly Chart Notes: Madonna, Michael Jackson, 'Godspell'". Billboard.com. 2012-02-10. 2018-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-13.
- ↑ 1 2 Australian-charts.com — Michael Jackson — Bad. ARIA Top 50 Singles. Hung Medien.
- ↑ "Bad in Canadian Adult Contemporary Chart". Library and Archives Canada. 24 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2013.
- ↑ 1 2 Lescharts.com — Michael Jackson — Bad (fr.). French Singles Chart. Hung Medien.
- ↑ [http://musicline.de/de/chartverfolgung_summary/title/Michael+Jackson /Bad /single Musicline.de — Chartverfolgung — Michael Jackson — Bad] (alm.). Media Control Charts. PhonoNet GmbH.
- ↑ 1 2 "Bad in Irish Chart". IRMA. 9 June 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2013. 4th result of the 11th page when searching "Michael Jackson" and 1st result when searching "Bad (re-issue)
- ↑ "The best-selling singles of 1987 in Italy". HitParadeItalia (it). 27 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2013.
5. Bad - Michael Jackson [#1, 1987/88] - ↑ Nederlandse Top 40 - Michael Jackson search results (nid.). Stichting Nederlandse Top 40.
- ↑ Norwegiancharts.com — Michael Jackson — Bad. VG-lista. Hung Medien.
- ↑ John Samson. "Bad in South African Chart". 12 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2013.
- ↑ Salaverri, Fernando. Sólo éxitos: año a año, 1959–2002 (1st). Spain: Fundación Autor-SGAE. 2005. ISBN 84-8048-639-2. (#accessdate_missing_url)
- ↑ 1 2 Michael Jackson — Bad swisscharts.com. Swiss Singles Chart. Hung Medien.
- ↑ Danishcharts.com — Michael Jackson — Bad. Tracklisten. Hung Medien.
- ↑ "Hungarian Singles Chart Archives". Mahasz. October 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2011.
- ↑ 1 2 "iTunes - Music - Bad (Afrojack Remix) (feat. Pitbull) (DJ Buddha Edit) - Single by Michael Jackson". Apple Inc. iTunes. 2014-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2013.
- ↑ "Amazon.com - Bad (Remix By Afrojack Featuring Pitbull- DJ Buddha Edit) - Michael Jackson featuring Pitbull - MP3 Downloads". Amazon.com. 2012-08-14. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2013.
- ↑ "Offica Track List of Bad 25th Anniversary Special Edition is Unveiled". Sony Music. Michaeljackson.com. 2012-08-06. 2012-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2013.
- ↑ "Bad (Remix By Afrojack Featuring Pitbull - The Derry Mix)". discogs.com. 2012-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2013.
- ↑ 1 2 "Japan Hot 100 Singles 2012-09-15". billboard.biz. İstifadə tarixi: 11 oktyabr 2013.[ölü keçid]
- ↑ "Dance/Electronic Digital Songs 2012-09-01". İstifadə tarixi: 11 oktyabr 2013.[ölü keçid]
- ↑ 1 2 "Chart Highlights: Christina Aguilera's 'Body' Dances Onto Pop Songs - Chart Beat". Billboard.com. 2012-09-17. 2013-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2013.
- ↑ Randall Roberts. "Michael Jackson's 'Bad 25' box: Is it worth your time and money?". Los Angeles Times. 2012-09-18. 2012-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2013.
- ↑ "Michael Jackson: Bad 25 Deluxe Edition". 2012-09-21. 2012-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2013.
- ↑ "Single Review: Michael Jackson ft Pitbull - Bad (Afrojack Remix)". 2012-09-17. 2012-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2013.
- ↑ "New music: Michael Jackson – Bad (Remix by Afrojack feat Pitbull)". Guardian.co.uk. 2012-09-17. 2012-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2013.
Ədəbiyyat
redaktə- Grant, Adrian. Michael Jackson: The Visual Documentary. Omnibus Press. 2009. ISBN 978-1-84938-261-8.
- Halstead, Craig. Michael Jackson The Solo Years. On-Line Ltd. 2003. ISBN 978-0-7552-0091-7.
- Jackson, Michael. Moonwalk. Doubleday. 1988. ISBN 0-434-37042-8.
- Taraborrelli, J. Randy. The Magic and the Madness. Terra Alta, WV: Headline. 2004. ISBN 0-330-42005-4.
Xarici keçidlər
redaktə- Maykl Ceksonun "Bad" musiqi videosu YouTube saytında.