Badamdar - Wikipedia
Badamdar — Bakının Səbail rayonunda qəsəbə.
Badamdar | |
---|---|
40°20′22″ şm. e. 49°48′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Səbail rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 161 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəŞəhərin cənubunda yüksəklikdə yerləşmiş Badamdar qəsəbəsi vaxtı ilə məşhur yayla olmuşdur. Bakıdakı kənd və məskun yerlərin adları əksərən fars sözləri ilə düzəldiyindən Badamdar da farsca badam olan yer deməkdir. Dar fars dilində yer, məkan bildirir. Bəziləri bu sözün badam dər mənası verdiyini iddia edirlər. Guya Şubanı dağları arxasında Güldər dərəsi sözü kimi ismin axırına dər əlavə etməklə yaradılmışdır. Əlbəttə, bu səhvdir. Badamdar sözünü ruslar Patamdar kimi tələffüz etməklə bəzi rəsmi sənədlərdə də bu yerin adı Patamdar kimi yazılır.[1]
1990-cı ildə qəsəbə statusu almışdır. Əhalisi 21,6 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Sosial obyektləri və avtomobil bazarı vardır. Son illər Bakı şəhərinin böyük yaşayış massivinə çevrilmişdir.[2]