Bahadir Ve Sona Roman - Wikipedia
Bu məqalə Nəriman Nərimanovun "Bahadır və Sona" romanı haqqındadır. Digər mənalar üçün Bahadır və Sona səhifəsinə baxın. |
Bahadır və Sona — Nəriman Nərimanov tərəfindən 1896–1898-ci illərdə yazılmış roman. Azərbaycan ədəbiyyatında ilk roman.[1]
Bahadır və Sona (roman) | |
---|---|
azərb. Bahadır və Sona | |
| |
Janr | Roman |
Müəllif | Nəriman Nərimanov |
Orijinal dili | azərbaycan |
Yazılma ili | 1896 |
Nəşr ili | 1896 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmunu
redaktəRoman öz millətini istəyən müsəlman tələbə Bahadır ilə təhsil görmüş, ağıllı, öz xalqını sevən erməni Sonanın sevgisi haqqındadır. Yazıçı romanda din, millət, mədəniyyət, mətbuat, ailə və s. məsələlərə münasibət bildirmişdir. Sevgi əhvalatı faciədə bir ədəbi vasitə olsa da, yazıçının əsas ideyası millət, vətən qayğısı, ictimai tələblər, mövhumatçılıq, müsəlman qadınlarının savadsızlığı kimi məsələlər idi. Bahadır və Sonanın bədbəxt taleyi ictimai həyatın faciəsi idi. Burada iki gəncin nakam məhəbbəti ictimai fəlakətlərin mənbəyi olan burjua-mülkədar qayda-qanunları, ruhani cəhaləti fonunda qələmə alınmışdır. Məhz bu cəhətdən yazıçının faciədə verdiyi hadisələr uydurma və ya sadəcə təxəyyülün məhsulu deyil, tarixi bir həqiqət idi.[2]
Nəşrlər
redaktəFransız dilində
redaktəRoman 2018-ci ildə Kəpəz nəşrləri tərəfindən çap olunub. Bu nəşrə ön söz Jan-Emmanuel Medina yazılıb[3].
Musiqidə
redaktə- 1961-ci ildə bəstəkar Süleyman Ələsgərov Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında opera yazmışdır[4]. Əsər 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində müvəffəqiyytələ tamaşaya qoyulmuşdur. Libretto müəllifi Əfrasiyab Bədəlbəyli, şerlər Şıxəli Qurbanovundur. Əsərin ideyasını lirik-psixoloji opera janrında təcəssüm etdirən bəstəkar, klassik operaların, həmçinin Azərbaycan, rus və Qərb operaları ənənələrinə əsaslanır.[5]
Rəssamlıqda
redaktə- 1977-ci ildə rəssam Y. Hüseynov yağlı boya ilə kətan üzərində "Bahadır və Sona" romanına illüstrasiya çəkmişdir.[6]
Qalereya
redaktə-
"Bahadır və Sona" kitabı Nəriman Nərimanovun ev-muzyində
-
"Bahadır və Sona" kitabı 1971[7]
-
"Bahadır və Sona" kitabı Nəriman Nərimanovun ev-muzyində
-
"Bahadır və Sona" kitabı 1985[8]
-
Müstəqillik dövründə çap olunmuş "Bahadır və Sona" kitabı
-
"Bahadır və Sona" kitabı 1957
-
"Bahadır və Sona" əsərinə illüstrasiya 1977
Mənbə
redaktə- Məhəmməd Əmin Rəsulzadə. "İqbal" NN 523, 528, 535, 541; 8, 13, 22 və 29 dekabr 1913
- Нариманов Н. Н. Избранные произведения / Составитель П. А. Азизбекова, научный редактор Д. П. Гулиев. — Баку: Азернешр, 1988. — Т. 1. — 376 с.
İstinadlar
redaktə- ↑ "Nərimanovun "Bahadır və Sona" romanının yazılmasından 101 il ötür". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
- ↑ Teymur Əhmədov. Nəriman Nərimanovun dramaturgiyası. Bakı, 2005.
- ↑ https://report.az/edebiyyat/fransada-neriman-nerimanovun-bahadir-ve-sona-kitabinin-teqdimati-olacaq/ (#bare_url_missing_title). 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
- ↑ "Алескеров Сулейман — Бахадур и Сона". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-07.
- ↑ Nəriman Nərimanovun ev-muzeyi [ölü keçid]
- ↑ "Bahadır və Sona" illüstrasiyası [ölü keçid]
- ↑ ""Bahadır və Sona" kitabı 1971". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
- ↑ ""Bahadır və Sona" kitabı 1985". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.