Bahadur Axundov - Wikipedia
Bahadur Məmməd oğlu Axundov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR rabitə naziri (1984–1990), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı.
Bahadur Axundov | |
---|---|
27 dekabr 1984 – 4 aprel 1990 | |
Əvvəlki | Hüseyn Rəsulbəyov |
Sonrakı | Şamil Musayev |
19 dekabr 1965 – 27 dekabr 1984 | |
Nazir | Teymur Hüseynov Nəsrulla Nəsrullayev Hüseyn Rəsulbəyov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | may 1929 |
Vəfat tarixi | bilinmir |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
Həyatı
redaktəBahadur Məmməd oğlu Axundov 1929-cu ilin may ayında anadan olmuşdur.[1] Moskva Elektrotexnika Rabitə İnstitutunu bitirmişdir.[2]
Bahadur əmək fəaliyyətinə 1943-cü ildə Bakı teleqrafının mexaniki kimi başlamış, növbə mühəndisi, şöbə rəisi, Bakı teleqrafının rəisi, 1963-cü ildən Azərbaycan SSR Rabitə Nazirliyinin baş mühəndisi olmuşdur.[2] 1965-ci ilin dekabr ayında Azərbaycan SSR rabitə nazirinin birinci müavini[1], 1984-cü ildə isə Azərbaycan SSR rabitə naziri vəzifəsinə təyin edilmişdir.[2]
Bahadur Axundov 1956-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar rabitəçisi" fəxri adına layiq görülmüşdür.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Directory of Soviet Officials: Republic organizations, Volumes 2-3 (ingilis). U.S. Department of State, Bureau of Intelligence and Research. 1981. səh. 92.
- ↑ 1 2 3 4 Ахундов Баһадур Мәммәд оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 43.