Baki Seher Idaresi - Wikipedia
Bakı Şəhər İdarəsi və ya Bakı Şəhər Upravası— Bakı şəhərinin keçmiş yerli idarəetmə orqanı.
Bakı Şəhər İdarəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Rusiya imperiyası (1877-1918) Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) |
Yaradılma tarixi |
Dekabr 1877 (I) Sentyabr 1918 (II) |
Ləğv edilib |
10 aprel 1918 (I) 28 aprel 1920 (II) |
Tabelik |
Bakı Şəhər Duması (1877-1918) Bakı Şəhər İctimai Özünüidarəsi (1918-1920) |
Rəhbərlik | |
Rəhbər | Qasım Qasımzadə |
Tarixi
redaktəYaradılması və ilk dövrü
redaktəBakı Şəhər İdarəsi 1877-ci ilin dekabrında təsis edilmişdi. İcra orqanı olan idarə şəhər başçısından, idarə üzvlərindən — onun bölmələrinin müdirlərindən, katibdən, muzdla işləyən memar, mühəndis, yerölçən, həkim, hüquq məsləhətçisi və başqa mütəxəssislərdən ibarət idi. Şəhər başçısı eyni anda həm Bakı Şəhər Dumasına, həm də Bakı Şəhər İdarəsinə başçılıq etmişdir.
1878-ci ildən 1905-ci ilin fevralınadək İdarə Bakı qubernatorunun tabeliyində, 1905-ci ilin dekabr ayından 1906-cı ilin dekabr ayına isə müvəqqəti olaraq qubernatorun tabeliyində, 1907-ci ilin yanvar ayından 1918-ci ilədək isə Bakı Şəhər Duması tabeliyində fəaliyyət göstərmişdir.
1878–1894-cü illərdə 2, 1894–1902-ci illərdə 3, 1902–1910-cu illərdə 4, 1910-cu ildə isə 5 nəfərdən ibarət olmuşdur.
İdarəyə bilavasitə şəhər təsərrüfatı məsələləri ilə məşğul olmaq, idarə başçısına isə onun fəaliyyətinə və tabeliyindəki qurumlara ümumi nəzarət həvalə edilmişdi.
İdarə başçısını Daxili İşlər Nazirliyi təsdiq edirdi. İdarə üzvləri isə Bakı Şəhər Duması deputatlarından (qlasnılardan) təyin olunur, qubernator və şəhər rəisi tərəfindən təsdiq edilirdi.
İdarə 10 aprel 1918-ci ildə Bakı şəhəri və onun rayonlarının inqilabi müdafiə komitəsinin dekreti ilə ləğv olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
redaktəAzərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin sentyabrında yenidən seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Şəhər İdarəsinin strukturu dəftərxanadan, statistika, torpaq təsərrüfatı, təhsil, su kəməri şöbələrindən, məhkəmə, tikinti, maliyyə bülmələrindən və tibb-sanitariya bürosundan ibarət idi. Bakı Şəhər İdarəsi 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ləğv edildi.
Mənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı, 2004. (az.)