Baki Seher Dumasina Seckiler 1917 - Wikipedia
Bakı Şəhər Dumasına seçkilər — 29 oktyabr (11 noyabr) 1917-ci il tarixində Bakı Şəhər Dumasına keçirilən seçkilər.[1] Bakı Rusiyada 1917-ci ildə yerli duma seçkiləri keçirilən sonuncu böyük şəhər olub.[2] Səsvermə Oktyabr inqilabı başlayandan sonra keçirilib.[3]
← 1914 | |||
Bakı Şəhər Dumasına seçkilər (1917) | |||
---|---|---|---|
29 oktyabr (11 noyabr) 1917 | |||
Rəhbər | Viktor Çernin Yuli Martov |
kommunal | Vladimir Lenin |
Partiya | Sosialist Bloku | Daşnaksutyun | Bolşeviklər |
Tutulan yerlər | 25 | 17 | 16 |
Səslər | 17 519 (24.10%) |
12 331 (16.97) |
11 195 (15.40%) |
Rəhbər | Əlimərdan bəy Topçubaşov Məhəmməd Əmin Rəsulzadə |
Pavel Milyukov | |
Partiya | Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi [a] | Rusiyada Müsəlmanlıq | Konstitusiyalı Demokratiya Partiyası |
Tutulan yerlər | 14 | 11 | 5 və ya 6 |
Səslər | 10 234 (14.08%) |
8 015 (11.03%) |
4 172 (5.72%) |
Rəhbər | Georgi Plexanov | Mixail Papacanov | |
Partiya | Yedinstvo | Erməni Xalqçı Partiyası | Birləşmiş Yəhudi Seçki Komitəsi |
Tutulan yerlər | 3 | 3 | 3 |
Səslər | 2 581 (3.55%) |
2 357 (3.24%) |
2 208 (3.04%) |
Zəmin
redaktə1915-ci il aprelin 28-də Bakı Şəhər Duması yeni dumaya seçkiləri müharibənin sonuna qədər təxirə salmaq qərarına gəldi. Qərar 16 yanvar 1916-cı ildə təsdiq edildi. Lakin 1917-ci il Fevral inqilabı zamanı çar hakimiyyətinin devrilməsi ilə yerli seçkilər məsələsi yenidən gündəmə gəldi. Müvəqqəti hökumət ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə şəhər dumalarına seçkilərin keçirilməsi üçün qərar qəbul etdi.[1]
Lakin Bakıda şəhər dumasına seçkilərin keçirilməsi uzun müddət ləngidi. 1917-ci ilin sentyabrında Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) şəhər dumasına təcili seçkilərin keçirilməsi tələblərini qəbul etdi. Ancaq şəhərin sərhədləri dəyişmədi və sənaye məhəllələri şəhərdən kənarda qaldı.[1] Bakı neft mədənlərinin şəhərin tərkibinə birləşdirilməsi məsələsi seçkiqabağı əsas məsələlərdən biri idi. Hazırkı şəhər hökuməti, müsəlman partiyaları və Kadetlər birləşməyə qarşı çıxdılar. Müsəlman partiyaları neft yataqlarının ətraf kəndlərlə daha sıx əlaqədə olduğunu iddia edirdilər. Bakı Soveti birləşməyə çağırış edirdi, bolşeviklər isə neft yataqlarının birləşdirilməsi üçün fəal kampaniya aparırdı.[3]
Namizədlər
redaktəEserlər və menşeviklər 1917-ci ilin iyulundan sonra "inqilabi müdafiəçilik" prinsipi ətrafında güclü ittifaq yaratdılar və şəhər dumasına seçkilər üçün birgə siyahı yaratdılar.[3] Erməni İnqilabi Federasiyası ("Daşnaklar") isə ittifaqdan çıxarıldı.[3]
7-ci siyahı
redaktəBirləşmiş Yəhudi Seçki Komitəsinin siyahısıdır.
- Miron Yakovleviç Şor
- Vençion Volf Vladimirov Sauloviç Veynşal
- İzrail Mark Mixayloviç Abezquz
- P. İ. Faynşteyn
- İ. E. İzraev
- R. İ. Kaçobaşvili
- M. Ş. Qalyun
- İ. M. Fiş
- Ş. M. Epşteyn
- S. L. İçkoviç
10-cu siyahı
redaktəYedinstvo təşkilatının siyahısıdır.
- Vasili İliç Frolov
- İosif Fedoroviç Blinov
- Ç. X. X.
- Venedikt Arsenyeviç Bodaev
- Stepan Vasilyeviç Mamonov
- Mixail M. Davıdov
- Abram Benyaminoviç Lipşiç
- Qaqik Baqratoviç Piçinyan
- Vladimir Vasilyeviç Smirnov
- Mixail Xosrovoviç Məlik-Şahnazarov
- İ. ?. Vudanov
- V. P. Stupvşin
- Luka Lavrentyeviç Bıç
- Konstantin Aleksandroviç Alaverdov
- Aleksey Alekseyeviç Boqdanov
- İosif Samoyloviç Veller
- Mixail Davudoviç Manuçaryan
- Mixail Fedoroviç Dubyanski
- Pyotr Fedoroviç Puqaçev
- Nikolay Georgiyeviç Boqatırev
- Boras Mıxayloviç Bılyavskiy
- Konstantin V. Avalyani
- Vasiliy Feodoroviç Trofimov
- Aleksey Aleksandroviç Sokolov
12-ci siyahı
redaktəBakı Müsəlman İctimai Təşkilatları Komitəsi İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da Kornilov əksinqilabi qiyamını qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini bildirdi. Müsavat Partiyasının 1917-ci ilin oktyabrında keçirilən birinci qurultayı Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisə oldu. Müsəlman Milli Komitəsinin sədri Əlimərdan bəy Topçubaşov qurultaydakı çıxışında bəyan etdi ki, Milli Komitənin arzu və məqsədləri Müsavatın arzu və məqsədləri ilə tamamilə uyğun gəlir.
Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə Müsavat Partiyasının proqramları üst-üstə düşdüyündən onlar 1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına seçkilərə vahid siyahı ilə gedirdilər.
- Əlimərdan bəy Topçubaşov
- Fətəli xan Xoyski
- Məhəmməd Əmin Rəsulzadə
- Məmmədrza ağa Vəkilov
- Məmmədhəsən Hacınski
- Qasım Qasımov
- Mirzə Əsədullayev
- Ağa Aşurov
- Musa bəy Rəfiyev
- Əbdüləli bəy Əmircanov
- Behbud xan Cavanşir
- Ağa Zeynal Tağızadə
- Əbülfəz Qarayev
- Y. Əliyev
- Əliağa Həsənov
- Q. bəy Axundov
- Abbasəli Kərimov
- Bəhram bəy Axundov
- Əliisgəndər Cəfərov
- Abbasqulu Kazımzadə
- Bahadur xan Mallaçixanov
- S. İbrahimov
- Əlimuxtar Əliyev
- A. M. İsrafilov
- Kitabulla Axundov
- Əliheydər Allahverdiyev
- S. A. Seyidov
- Mehdi bəy Hacıbababəyov
- Qulamrza Şərifzadə
- Əhməd bəy Hacınski[b]
- İslam bəy Qəbulov
- Abdulla bəy Sübhanverdixanov
- İsmayıl Tağıyev
- Vəli Mikayılov
- Tağı Nağıyev
- X. İbrahimov
- Yusif Mikayılov
- Fərhad Ağayev
- Oruc Orucov
- Məhəmməd Əli Rəsulzadə
Seçki nəticələri
redaktə1 noyabr 1917-ci il tarixdə Kaspi qəzetində dərc olunmuş nəticələr:[4]
Siyahı | Səslərin sayı | % | Mandat |
---|---|---|---|
Siyahı 4 — Sosialist bloku (Eserlər, Menşeviklər) | 17,519 | 24.10% | 25 |
Siyahı 2 — Daşnaksütyun | 12,331 | 16.97% | 17 |
Siyahı 5 — Bolşeviklər | 11,195 | 15.40% | 16 |
Siyahı 12 — Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi [a] | 10,234 | 14.08% | 14 |
Siyahı 9 — "Rusiyada Müsəlmanlıq" | 8,015 | 11.03% | 11 |
Siyahı 1 — Xalq Azadlığı Partiyası (Kadetlər) | 4,172 | 5.74% | 5 və 6 |
Siyahı 10 — Yedinstvo | 2,581 | 3.55% | 3 |
Siyahı 11 — Erməni Milli Demokratları | 2,357 | 3.24% | 3 |
Siyahı 7 — Birləşmiş Yəhudi Seçki Komitəsi | 2,208 | 3.04% | 3 |
Siyahı 8 — Qafqaz Rus Demokratik Cəmiyyəti | 1,647 | 2.27% | 2 |
Siyahı 3 — Dövlət işçiləri | 237 | 0.33% | 0 |
Siyahı 6 — Yəhudi sosialistləri | 185 | 0.25% | 0 |
Ümumi | 72,681 |
Vilyam Rozenberq tərəfindən təqdim olunan bir qədər fərqli nəticələr:
Siyahı | Bakı Xalq Səsverməsi | Qarnizon səsverməsi | Mandat | ||
---|---|---|---|---|---|
Səslər | Səslərin faizi | Səslər | Səslərin faizi | ||
Sosialist bloku (Eserlər, Menşeviklər) | 17,523 | 24.06% | 277 | 8.96% | 25 |
Daşnaksütyun | 12,332 | 16.93% | 72 | 2.33% | 18 |
Bolşeviklər | 11,202 | 15.38% | 2,675 | 86.49% | 16 |
Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi [a] | 10,285 | 14.12% | 3 | 0.10% | 15 |
Müsəlman ruhaniləri (Rusiyada müsəlmanlıq) | 8,063 | 11.07% | 0 | 0% | 12 |
Kadetlər | 4,173 | 5.73% | 25 | 0.81% | 6 |
Trudoviklər və Yedinstvo | 2,581 | 3.54% | 6 | 0.19% | 4 |
Erməni demokratlar | 2,358 | 3.24% | 2 | 0.06% | 4 |
Yəhudi partiyaları | 2,419 | 3.32% | 26 | 0.84% | 3 |
Muhafizəkar ruslar | 1,647 | 1.16% | 2 | 0.06% | 2 |
Dövlət işçiləri | 245 | 0.34% | 5 | 0.16% | 0 |
Ümumi | 72,828 | 3,093 | 105 |
Rozenberq (1969) Bakı Şəhər Dumasına seçkilərin nəticəsi üçün iki mənbədən istifadə edir: "Baku" qəzeti (1 noyabr 1917-ci il) və "Revolyutsiya 1917 goda v Azerbaydzhane: khronika sobytiy" (Bakı, 1927). O, iki mənbənin təqdim etdiyi nəticələr arasında kiçik uyğunsuzluqları qeyd edir.[2] "Kaspi" qəzetinin 1 dekabr 1917-ci il tarixli sayında seçkinin nəticələrinin Rozenberqinkinə oxşar hesabatı təqdim olunmuşdu.[3]
Seçilənlərin etnik mənsubiyyəti
redaktəErmənilər | 38 |
Müsəlmanlar | 31 |
Ruslar | 19 |
Yəhudilər | 12 |
Polyaklar | 3 |
Gürcülər | 2 |
Mənbə:[3] |
Dumada koalisiyanın təşkili
redaktəSeçkidən sonra müxtəlif siyasi partiyalar şəhər hökumətini formalaşdırmaq barədə fikir ayrılığına düşdülər. Menşeviklər bütün inqilabi və demokratik qüvvələrin daxil olduğu bir hökumət yaratmağa çağırırdılar. Eserlər Bakı Şəhər Duması ilə Bakı Soveti arasında koalisiya yaradılmasının tərəfdarı idilər. Erməni İnqilabi Federasiyası, Müsavat və İttihad Bakı Şəhər Dumasının, Bakı Sovetinin, milli şuraların və digər demokratik təşkilatların koalisiyasını nəzərdə tuturdular. Kadetlər, Yedinstvo və mövcud Bakı Şəhər İdarəsi şəhər dumasının müstəsna səlahiyyətdə olmasını dəstəkləyirdilər. 1917-ci il dekabrın 15-də yığıncaq keçirildi və ilk bölünmüş səsvermədən və bir sıra danışıqlardan sonra menşeviklər şəhər dumasının, Bakı Sovetinin, Kəndlilər İttifaqının, milli şuraların və başqalarının koalisiyasının yaradılması haqqında qətnaməni dəstəkləməyə başladılar. Böyük koalisiya təklifi 47 səs, duma-sovet koalisiyası təklifi isə 24 səs topladı. Koalisiya hökuməti bolşeviklərdən başqa bütün partiyaların dəstəyi ilə quruldu. Koalisiya hökumətinin 9 üzvü var idi. Onlardan 3-ü sovetlərdən (fəhlə, kəndli, əsgər), 3-ü milli təşkilatlardan (müsəlman, erməni, rus) və 3-ü şəhər duması və onun idarə heyətindən ibarət idi.[3]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Кямаля Оджагова. Городское самоуправление Баку в конце ХІХ--начале ХХ вв (PDF). Нурлан. 2003. 29, 55. OCLC 58789818. 2024-05-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-01.
- ↑ 1 2 Rosenberg, William G. "The Russian municipal duma elections of 1917: A preliminary computation of returns". Soviet Studies. 21 (2). 1969: 131–163. doi:10.1080/09668136908410699. JSTOR 149186.
- ↑ 1 2 3 4 5 6 7 Ronald Qriqor Süni. The Baku Commune, 1917-1918: Class and Nationality in the Russian Revolution. Princeton University Press. 12 March 2019. 82, 108–110, 160, 189–190. ISBN 978-0-691-65703-5. OCLC 1089478740.
- ↑ Kaspi qəzetinin 1 noyabr 1917-ci il tarixli nüsxəsi [ölü keçid]. s. 3–4