Baki Ali Partiya Mektebi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bakı Ali Partiya Məktəbi — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında fəaliyyət göstərən ali məktəb. Sov. İKP tərkibində fəaliyyət göstərən 14 Ali Partiya Məktəblərindən biri.
Bakı Ali Partiya Məktəbi | |
---|---|
Əsası qoyulub | dekabr 1921 |
Bağlanıb | 1992 |
Ölkə |
Tarixi
redaktəAzərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir.
Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar.
1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar.
Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
Partiya və sovet quruluculuğu fənni üzrə mühazirələri Partiya Mərkəzi Komitəsinin katibləri və şöbə müdirləri oxuyurdular.
Bakı Ali Partiya məktəbi nəzdində vaxtaşırı partiya və sovet işçilərinin təkmilləşdirilməsi üzrə kurslar da təşkil edilirdi.
Respublika gənclərindən məhdud bir hissə Moskvada bütün ölkə üçün siyasi kadrlar hazırlayan partiya təhsil müəssisələrində- İctimai Elmlər Akademiyasında və Ali Partiya məktəbində təhsilə göndərilirdilər.
Müharibədən sonrakı ilk dövrdə yüksək tipli siyasi təhsil verilməsi məqsədilə Moskvada yaradılan İctimai Elmlər Akademiyasına hər il Azərbaycandan təhsilə göndərilməyə 3 yer verilirdi. Akademiyaya rəhbər partiya işçilərindən elmi işə hazırlığı olanlar ezam edilir və Moskvada keçirilən qəbul imtahanlarından əvvəl namizədlərdən seçdiyi ixtisas üzrə 40 səhifəlik yazılı mətn (referat) tələb olunurdu.
Azərbaycanda 50–80-ci illərdə rəhbər işlərdə olmuş şəxslərin böyük bir hissəsi bu təhsil müəssisələrinin məzunları olmuşdur.
Adının tarixi
redaktə- 1921–1928 – Mərkəzi Sovet Partiya məktəbi
- 1928 −1956 – Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbi
- 1956 −1992 – Bakı Ali Partiya Məktəbi (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbi)