Baki Kitab Merkezi - Wikipedia
Bakı Kitab Mərkəzi — Bakıda yerləşən böyük kitab evi.
Bakı Kitab Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 40°22′16″ şm. e. 49°50′28″ ş. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktə2018-ci il sentyabr ayının 1-də Bakı Kitab Mərkəzi rəsmi olaraq açıq elan olunub.[1] Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə başlayan Bakı Kitab Mərkəzində azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə bir çox janrlarda kitablar təqdim olunur. Üzeyir Hacıbəyov və Qoqol küçələrinin kəsişməsində yerləşən Mərkəzin sahəsi təxminən 2500 kvadratmetrdir.
Bakı Kitab Mərkəzinin əsas məqsədi — oxucularda xalqın mədəni, mənəvi dəyərlərini və faydalı bilikləri daşıyan kitaba marağı oyatmaqdır.
Bakı Kitab Mərkəzinin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri öz yerini tapıb. Eyni zamanda, 1-ci mərtəbədə azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan albomlar, turist bələdçiləri, musiqi kitabları və notlar da satılır. Mərkəzin 2-ci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün ayrı, uşaqlar üçün isə ayrıca guşələr, dəftərxana malları şöbəsi, müxtəlif ədəbi və mədəni tədbirlər keçiriləcək təqdimat hissəsi və elmi fəaliyyətlə məşğul olanlar üçün nəzərdə tutulmuş tədris guşəsi fəaliyyət göstərir.
Burada, həmçinin, "I love Baku" brendinin rəngarəng suvenirləri və "Azərmarka" şirkətinin məhsulları təqdim olunur.
Kitab satışı ilə yanaşı burada "Coffeemood" adlı kafe də fəaliyyət göstərir.
Bakı Kitab Mərkəzində mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış insanların iştirakı ilə oxu günləri, dil kursları, beynəlxalq təşkilatlar və xarici səfirliklər ilə bərabər tədbirlər təşkil olunur.
Mərkəzdəki bütün tədbirlər və aksiyalar haqqında zalda canlı anonslar səslənir, müxtəlif yerlərdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar verilir. Sensor ekranlarda Mərkəzdə satılan bütün kitablar haqqında məlumat almaq olar.[2]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "Heydər Əliyev fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışı olub". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-03.
- ↑ "Arxivlənmiş surət". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.