Baki Muselman Qadin Xeyriyye Cemiyyeti - Wikipedia
Bakı Müsəlman qadın xeyriyyə cəmiyyəti — Valideynlərini itirmiş uaşaqlara, yoxsul ailələrə və qaçqınlara yardım etmək məqsədilə yaradılmış qeyri-hökumət xeyriyyəçilik qurumu.
Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti | |
---|---|
Yaranma tarixi | 21 noyabr 1914 |
Qurucusu |
Yaradılması
redaktəBakı Müsəlman qadın xeyriyyə cəmiyyəti 1914 il noyabrın 21-də təsis edilmişdir. Təsisçi Rəhilə Hacıbababəyova idi.
Tərkibi və Fəaliyyəti
redaktəM.S.Tağıyeva cəmiyyətin idarə heyətinin sədri, Rəhilə Hacıbababəyova sədrin müavini, Əminə Ağayeva katib, Pəri Topçubaşova xəzinədar seçilmişdilər. Cəmiyyət xəstə və yaralı əsgərlərə, yetim və yoxsul uşaqlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirirdi. Cəmiyyət Birinci dünya müharibəsi (1914–18) illərində Rusiyaya əsir düşmüş yaralı türk əsgərlərinə də yardım göstərmişdir. 1917 ilin oktyabrında Liza xanım Muxtarovanın (neft sənayeçisi, milyonçu Murtuza Muxtarovun həyat yoldaşı) sədrlik etdiyi Bakı müsəlman qadın xeyriyyə cəmiyyəti yoxsul qızlar üçün peşə məktəbi açmışdır. Məktəbdə 4 ümumtəhsil sinfi və 6 peşə bölməsi fəaliyyət göstərirdi. Türk dili, hesab, əl işi biçmə və tikiş üzrə dərslər keçirilirdi. 1918 ilin qanlı mart qırğınları zamanı məktəb öz fəaliyyətini dayandırmışdı. 1919 ilin əvvəllərində cəmiyyət məktəbin işini yenidən bərpa etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məktəbin səmərəli işləməsi üçün cəmiyyətə 30 min manat vəsait ayırmışdı. Məktəb azərbaycanlı qızların savadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailədə və cəmiyyətdə öz hüquqlarını anlamasında böyük rol oynamışdır. Aprel işğalından (1920) sonra cəmiyyət fəaliyyətini dayandırmışdır.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinad
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 230–231