Baki Universiteti Qezet - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Bakı Universiteti" — Bakı Dövlət Universitetinin nəşri.
Tarixi
redaktəƏsası 1929-cu ildə "Lenin tərbiyəsi uğrunda" adı ilə qoyulub. 1947-ci ilə qədər fasilələrlə nəşr edilib. 1990-cı ildən "Bakı Universiteti" adı ilə Azərbaycan və rus dilində olmaqla dərc edilir.
Müxtəlif illərdə ona Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Vəli Məmmədov, Eldar Əliyev, Ağamusa Zeynalov, Bayram Hüseynzadə, Haqverdi Rzayev kimi jurnalistlər redaktorluq edib.
Fəaliyyəti
redaktəTəlim-tərbiyə işinin müxtəlif sahələrini işıqlandırmaq, tədrisin keyfiyyətini, gənclər arasında tərbiyə işinin səviyyəsini yüksəltmək, onlarda dostluq, yoldaşlıq hisslərini aşılamaq, mühüm elmi problemləri şərh etmək və istiqamətləndirmək, nəzərə çarpan qüsurların aradan qaldırılmasında universitet rəhbərliyinə yaxından kömək göstərmək, universitetin rəngarəng həyatın, təlim-tərbiyə sahəsindəki uğurları, laboratoriya və kafedralarda aparılan elmi-tədqiqat işlərini, mədəni-kütləvi tədbirləri, tələbə məişətini dolğun işıqlandırmaq qəzetin qarşısında duran mühüm vəzifələrdəndir.
Bununla yanaşı, alimlərin əməyinin qiymətləndirilməsi, onlara dövlət mükafatlarının, fəxri adların verilməsi barədə dərc edilən yazılar tərbiyəvi xarakter daşıyır.
Müxtəlif rubrikalar və janrlarda professor-müəllim və tələbələrin gündəlik həyatı işıqlandırılır. Universitet alimləri müntəzəm olaraq qəzetin səhifələrində çıxış edirlər. Qəzetin bir sıra rubrikalarında universitet rektorluğunun fəaliyyəti, tədris prosesi, dərslik və dərs vəsaitlərinin vəziyyəti, laboratoriyaların, kompüter mərkəzinin, elmi kitabxananın, universitet nəşriyyatının, yataqxanaların şəraiti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən BDU-nun tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin problemləri ilə bağlı məsələlərdən məlumat verilir. Təcrübəli məllimlərin iş üsulu, gənc alimlərin elmi fəaliyyəti, fakültə və kafedralarda görülən elmi-tədqiqat işləri, Təhsilin Avropa standartlarına uğunlaşdırılması, Bolonya prosesinə qoşulma ilə bağlı yazılar vaxtaşırı olaraq qəzetin səhifələrində dərc olunur.
Azərbaycana gələn xarici ölkələrin başçılarının, siyasi xadimlərin universitet kollektivi ilə görüşü, rektorun iştirak etdyi bütün tədbirlər, tələbələrin arzu, təklif və tənqidi qeydləri də qəzetdə öz əksini tapır. Bir sözlə, qəzetdə günün aktual məsələləri, universitetdə gedən yenidənqurma, təmir-tikinti və abadlıq işləri barədə maraqlı məqalələr, şərhlər, reportajlar, xəbərlər dərc edilir.
2010-cu ilin martından qəzetin redaktoru Anzulə Əmirovadır[mənbə göstərin].
Uğurları
redaktə"Bakı Universiteti" qəzeti 2016-cı ilin mart ayında Belarus Dövlət Universitetində keçirilən "Jurnalistika qış məktəbi" adlı beynəlxalq praktikum seminarda "Ən yaxşı xarici nəşriyyat" nominasiyasında birinci yerə layiq görülüb və qəzetə universitetin rektoru, akademik Ablameyko Sergey Vladimiroviçin imzası ilə diplom verilib.[1]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ “Bakı Universiteti” qəzeti Belarusda birinci yerə çıxdı Arxivləşdirilib 2016-03-30 at the Wayback Machine. modern.az, 11.03.2016 (az.)