Baki Metrosunda Partlayislar 1994 - Wikipedia
Bakı metrosunda partlayışlar — 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində baş vermiş terror aktları. Partlayışlarda ümumilikdə 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdır.[1][2]
Bakı metrosunda partlayışlar | |
---|---|
Qarabağ münaqişəsi | |
Hücum yeri |
20 Yanvar metrostansiyası 28 May metrostansiyası ilə Gənclik metrostansiyasının arası |
Hücum hədəfi | Mülki əhali |
Vaxt |
13:00, 19 mart 1994 20:30, 3 iyul 1994 |
Hücum üsulu | Əldədüzəlmə partlayıcı qurğunun partlayışı |
Həlak olanlar | 27 |
Yaralılar | 91 |
Terrorçu sayı |
11 (ilk hadisədə) 1 (ikinci hadisədə) |
Qatillər |
Oqtay Qurbanov Azər Aslanov |
Təşkilatçılar |
Karen Baqdasaryan Seyran Sarkisyan |
Şübhəlilər | Zori Balayan |
20 Yanvar metrostansiyasında partlayış
redaktəHadisələrin xronikası
redaktə1994-cü il mart ayının 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayanandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdır.[1] Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.[3]
İstintaq
redaktəPrezident Heydər Əliyev terrorizmin araşdırılmasına aid Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayır. Cinayət törətmək şübhəsiylə, ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı Sadval təşkilatının üzvləri həbs olunur.[4][5] İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyətçə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçmişdir. Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.[6] İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, 20 Yanvar metrostansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Heydər Əliyev sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.[7]
Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər 9 nəfər isə müxtəlif illərlə həbs cəzasına məhkum edilmişdi.[8]
19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları 20 Yanvar metrostansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.[6]
28 May metrostansiyası ilə Gənclik metrostansiyasının arasında partlayış
redaktəHadisələrin ardıcıllığı
redaktə1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı oldu. Saat 20:30-da 28 May metrostansiyasından çıxıb Gənclik metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış, elektrik qatarın ikinci vaqonunda partlayış baş verir. Partlayışdan sonra qatarda yanğın baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olmuş və 58 nəfər isə yaralanmışdır.[2]
İstintaq
redaktə"28 May" və "Gənclik" metrostansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar olaraq Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov[9][10] həbs edildi. 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilir. 1998-ci ildə Azər Aslanov öz ifadələrində bildirir ki, o, Bakı metropolitenində teror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.[11]
Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi olan Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının "Artur" adlı əməkdaşı A. Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin İrəvan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü ildə A. Aslanovun anası Tacibat Aslanova İrəvana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodorant qutularında gizlədilmişdir.[7]
A. Aslanov İrəvan — Mineralnıye Vodı — Bakı marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində İrəvanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.[7]
Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılmış, 1999-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa elan edilir. Daha sonra o, MDB dövlətlərində də beynəlxalq axtarışa verilir. 2001-ci ildə Ermənistan tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır. 2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən, İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi saxlanılır, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılır.[12].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Bakı metrosunda terror tarixçəsi" (azərb. ). publika.az. 3 iyul 2014. 8 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2020.
- ↑ 1 2 Azərbaycan Respublikasının Ali Məhkəməsi. "AZƏRBAYCAN ƏRAZİSİNDƏ TÖRƏDİLƏN TERROR - TƏXRİBAT FAKTLARI" (azərb. ). supremecourt.gov.az. 6 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2020.
- ↑ "Bakının "20 Yanvar" metrostansiyasında baş vermiş terror aktından 22 il ötür". Salam News Agency (azərb. ). salamnews.org. 19 mart 2016. 8 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2020.
- ↑ Gasimov, Zaur. Historical Dictionary of Azerbaijan. Rowman & Littlefield. 2017. 202. (#accessdate_missing_url)
- ↑ Elnur. ""Sadval"ın təhlükəsi hələ qalmaqdadır" (azərb. ). http://hafta.az/. 5 may 2007. 12 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2020.
- ↑ 1 2 Nurəddin Adiloğlu. "Bayrama bir gün qalmış". ikisahil.az (azərb. ). iki Sahil. 5 may 2007. 20 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2020.
- ↑ 1 2 3 "AZƏRBAYCAN ƏRAZİSİNDƏ TÖRƏDİLMİŞ TERROR-TƏXRİBAT AKTLARI". supremecourt.gov.az. supremecourt.gov.az. 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2019.
- ↑ Cornell, Svante. Small Nations and Great Powers: A Study of Ethnopolitical Conflict in the Caucasus. Routledge. 2005. 261. (#accessdate_missing_url)
- ↑ "Əfv edilən metroda terror törədən şəxs deyil". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.
- ↑ "Bakı metrosunda terror törətdiyinə görə ömürlük cəza alan şəxs əfv edilməyib". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.
- ↑ Zaur Əliyev. "1994-cü ildə Bakıda törədilən metro terrorunun təfərrüatları". faktxeber.com/ (azərb. ). Fakt Xəbər İnternet Qəzeti. 3 iyul 2018. 8 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2020.
- ↑ İnterpol Balayanı saxlayıb Arxivləşdirilib 2006-07-01 at the Wayback Machine (rus.)