Bakubuild - Wikipedia
BakuBuild — beynəlxalq tikinti sərgisidir. Qeyd olunan sərgidə beynəlxalq istehsalçılar ən son tendensiyaları, materialları və tikinti texnikasını təqdim edirlər. Sərgi tikinti, dizayn və memarlıq sahəsində ən əlamətdar hadisələrdən biridir. BakuBuild uzun illərdir unikal platformadır; sənayenin peşəkarlarını bir araya gətirir və ən son yenilikləri nümayiş etdirir. BakuBuild Azərbaycanda və bütün Xəzər regionunda aparıcı tikinti forumu mövqeyini möhkəm saxlayır. Sərgi bazar araşdırması, biznesin inkişafı, distribyutor axtarışı və regionda mövqelərin möhkəmləndirilməsi üçün platformadır.
BakuBuild | |
---|---|
azərb. Azərbaycan Beynəlxalq İnşaat Sərgisi | |
Status | aktiv |
Janr | sərgi |
Məkan | Bakı Ekspo Mərkəzi |
Yer | Bakı |
Ölkə | Azərbaycan |
Yaradılıb | 2016-cı il |
Növbəti | 6-8 sentyabr, 2022-ci il |
Təşkilatçı | Caspian Event Organisers |
Dəstək | İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi |
bakubuild.az |
Tarix
redaktə2016-cı il BakuBuild
redaktəDünyanın 26 ölkəsini təmsil edən 298 şirkət iştirak edib və üç ölkə — İtaliya, İran və Birləşmiş Ərəb Əmirlikləri sərgidə öz milli pavilyonları ilə təmsil olundu. Həmçinin tədbirdə fransız şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak edib.[1]
2017-ci il WorldBuild Baku
redaktəSərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edib. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İran sərgidə öz milli pavilyonları ilə təmsil olundu. Polşa milli stendi ilə çıxış etdi.[2]
2018-ci il BakuBuild
redaktəBakuBuild 2018-də sərgidə 22 ölkədən 301-ə yaxın sərgi iştirakçısı və 8089 ziyarətçi iştirak etmişdir.
2019-cu il BakuBuild
redaktəBakuBuild 2019-da dünyanın 23 ölkəsindən 280 şirkətin yeni məhsulları nümayiş olundu. İştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edib.[3]
2021-ci ildə BakuBuild
redaktəBakuBuild 2021-də 17 ölkədən 279 şirkət iştirak etmişdir. İştirakçı ölkələr: Azərbaycan, Almaniya, BƏƏ, Böyük Britaniya, Belarus Respublikası, Gürcüstan, Çex Respublikası, Fransa, İsrail, İtaliya, İran, Macarıstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və Ukrayna Sərgi sahəsi: 7907 m2 BakuBuil sərgisi Rebuild Karabakh sərgisi ilə birlikdə keçirilmişdir.
Sərgi bölmələri
redaktə- İnşaat materialları
- Sanitariya
- Dam örtükləri və izolyasiya
- İnteryer. Bəzək materialları. Dizayn
- Boyalar, laklar və örtüklər
- Landşaft memarlığı və dizayn
- Kotteclər (Taxta evlər. Prefabrik evlər. Hamamlar. Köşklər)
- Fasadlar, Pəncərələr, Qapılar
- İnşaat avadanlıqları və texnologiyalar
- Metalın həddələnməsi
- Ekoloji tikinti
- İnşaat və xüsusi texnikası
- İşıq və elektrik məhsulları
- Mebel
- RemontEkspo
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "Bakıda XXII Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild 2016" sərgisi keçiriləcək". Azərtac (az.). https://azertag.az/. 2016-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.10.2016.
- ↑ ""WorldBuild Baku 2017" sərgisi Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dəstəklənir". azertag.az (az.). 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
- ↑ ""BakuBuild 2019" sərgisi - İŞƏ BAŞLAYIB". FED.az (az.). 22 oktyabr 2019. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
Xarici keçidlər
redaktə- adex.az — Rəsmi saytı