Baliqcil Qaraqus - Wikipedia
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
- Status. Nadir, sayı tez azalan növdür.
- Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur.
- Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr.
- Təbiətdə sayı. Sonuncu illərin hesablamalarına əsasən Azərbaycanda ümumi sayı 13-15 yuvalayan cütdür.
- Çoxalması. Yuva sahələri daimidir və uzun illər ardıcıl istifadə olunur. Yuvalar hündür ağaclarda qurulur. Yuvaya 2-3 yumurta qoyur.
- Sayının dəyişilmə səbəbləri. Balıqla qidalanan və guya balıqçılıq təsərrüfatına zərər gətirən bir yırtıcı kimi insanlar tərəfindən vurulması.
- Qorunması üçün zəruri tədbirlər. Qorunmasına əməl olunması üçün nəzarəti gücləndirmək. Sayının hesabatının aparılmasını təşkil etmək, cəmləşdiyi yerləri müəyyən etmək, yuva olan ağacların kəsilməsini qadağan etmək.
Çay qaraquşu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
???: Çay qaraquşu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Yarımnövləri
redaktə- P. h. haliaetus — böyük və ən tünd rəngli yarımnövdür. Avrasiyada yaşayır.
- P. h. carolinensis — böyük və tünd rəngli yarımnövdür. Şimali Amerikada yaşayır.
- P. h. ridgwayi — başı nisbətən açıq rənglidir. Ölçüləri P. h. haliaetus yarımnövündə olduğu kimidir. Karib dənizi adalarında yaşayır. Oturaq həyat tərzi keçirir.
- P. h. cristatus — ən kiçin yarımnövdür. Avstraliya və Tasmaniyanın böyük çayları boyunca sahil zonada yaşayır.
Kateqoriya və statusu
redaktə(I-KR). Kritik vəziyyətdədir, nəslinin kəsilmə təhlükəsi var.
Qısa təsviri
redaktəİri və səssiz yırtıcıdır. Bel tərəfi qaramtıl, qarın tərəfi ağdır. Döşündə tünd rəngli köndələn zolaq var. Gözlərindən boynuna tünd rəngli enli zolaq uzanır. Başının üstü çirkli-ağdır. Quyruğunun ucu düz qurtarır.
Yayılması
redaktəGeniş yayılıb: Avropa, Asiya, Şimali Afrika, Yeni Zelandiya. Azərbaycanda Xəzərin sahilində və Kür-Araz düzənliyində olur.
Yaşayış yeri və həyat tərzi
redaktəHündür ağacları, şəffaf suyu və bol balığı olan su hövzələrinin sahilində yaşayır. Azərbaycana nəsil verməyə gəlir, apreldən oktyabra qədər olur. Hər cütün ayrıca yuva sahəsi olur. Ağacda, bəzən qayada böyük yuva tikir, 2-3 yumurta verir. Avqustda balaları pərvaz olur. Balıq yeyir və balalarına da balıq yedizdirir. Şəffaf suda balığı tez tapır və dərhal özünü suya daş kimi atıb, 2-3 kq-a qədər olan şikarını caynağında çıxarır.
Sayı
redaktəХIХ əsrdə adi saylı, ХХ əsrin 80-ci illərində nadir olub, 90-cı illərdə nəslinin kəsilməsi qorxusu yaranıb, cəmi 14 cüt qalmışdı. Son 10 ildə kritik vəziyyətə düşüb, cəmi 6 cüt qalıb. Kürqırağı tuqay meşələrində, Lənkəran düzənliyində, o cümlədən, Qızılağac Dövlət Təbiət Qoruğunda nəsil verməkdən məhrum olub.
Məhdudlaşdırıcı amillər
redaktəDüzənlik meşələrinin qırılması, tuqay meşələrinin kəskin transformasiyası, qanunsuz ovçuluq, yem bazasının zəifləməsi və zəhərlənməsi, texnosferin genişlənməsi (səs-küyün çoxalması).
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması qadağandır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. Beynəlxalq ticarəti yasaqdır. CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəYuvası olan yerlərin tapılıb təbiət abidəsi statusu ilə qorunması, yem bazasının qorunub saxlanılması, kritik vəziyyətdə olmasının xalqa çatdırılması, süni şəraitdə yetişdirilib təbiətə buraxılması.
Məlumat mənbələri
redaktə1. Mustafayev Q.T., Sadıqova Н.А. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 121;
2. Mustafayev Q.T.,Sadıqova Н.А. və b. Azərbaycanın qızılquşkimiləri və Qırmızı kitab // “Biologiyada elmi nailiyyətlər” mövzusunda Respub. elmi konf. mat-rı., Bakı, BDU, 2009, s. 290-292;
3. Гамбаров К.М. Материалы по орнитофауне восточной части южного склона Главного Кавказского хребта и прилегаюшей низменности // Тр. Института Зоол. Азерб. ССР. Баку, 1954, том XVII, с. 71;
4. Мустафаев Г.Т., Садыгова Н.А. Состояние численности соколообразных птиц в Азербайджане // Мат-лы Республ. Науч. Конф. “Современные проблемы биологии”. Баку, БГУ, 2001, с. 101-102.
5. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı (II nəşr). Quşlar bölməsi.
- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.