Baletirli Evkalipt - Wikipedia
Balətirli evkalipt (lat. Eucalyptus melliodora) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Balətirli evkalipt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Balətirli evkalipt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəVətəni Avstraliyadır, cənub-qərbdə Kvinsistandan Viktoriyaya qədər alçaq dağətəyi zonalarda, dənizkənarı ətraflarda yayılmışdır
Botaniki təsviri
redaktəHündürlüyü 60 m-ə çatır. Qabığı pulcuqvari-pambıqvari və ya yarımlifli, rəngi yaşılımtıl-bozdur. Cavan yarpaqları üzbəüz, 3-5 cüt, saplaqlı, uzunsovdan ellipsvariyədək dəyişir, rəngi açıq göyümtül, uzunluğu 2-5 sm, eni 1,5-2,5 sm-ə çatır. İri yarpaqları – növbəli, ensiz və ya enli-neştərvari, saplaqlı, cod, uzunluğu 7-18 sm, eni 0,7-2,5 sm-dir. Çətirləri 3-6 çiçəkli, qoltuqda və ya uc süpürgələrdə toplaşır; çətirin uzunluğu 6-9 mm; qönçələri sancaqvari, uzunluğu 7-8 mm, diametri 5-6 mm; tozluqları bitişik, saplaqlara əyri bitişik, ensiz, uc məsamələrlə açılır. Meyvələri ayaqlarda, yarımşarşəkilli və ya təxminən şarşəkilli olub, diametri 5-7 mm, hamar, çox nazik diskli və xırda, batıq laylıdır. Vətənində sentyabr-fevral aylarında, Azərbaycanda iyul-avqustda çiçəkləyir.
Ekologiyası
redaktəƏsasən çay kənarlarında, allivüal torpaqlarda, dəniz səviyyəsindən 150-600 m hündürlükdə, dağətəyi ərazilərdə yaxşı inkişaf edir. İstiyə, rütübətə, şaxtaya və küləyə davamlıdır.
Azərbaycanda yayılması
redaktəLənkəran, Kür-Araz ovalığı və Abşeronda əkilib becərilir
İstifadəsi
redaktəTək və qrup əkinlərində istifadə edilir. Yaxşı meşə əmələgətirmə qabiliyyətinə malikdir. Gəmi tikintisində, şalbanların və s. düzəldilməsində istifadə edilir. Yarpaqlarda sineol (52%), fellandren, pinen, seskviterpen vardır. Efiryağlı (0,87%) bitkidir.
Sinonimləri
redaktəHeterotipik sinonimləri
redaktə- Eucalyptus caerulescens Naudin
- Eucalyptus forsythii Maiden
- Eucalyptus melliodora var. brachycarpa Blakely
- Eucalyptus melliodora var. elliptocarpa Blakely
- Eucalyptus patentiflora F.Muell. ex Miq.
İstinadlar
redaktə- ↑ Australian Plant Name Index (ing.).