Bala Kolatan - Wikipedia
Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Kolatan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2]
Bala Kolatan | |
---|---|
Ölkə |
Toponimikası
redaktəOykonim Külotan variantında da qeydə alınmışdır. Əvvəllər bıı ərazidə bir Kolatan kəndi mövcud idi. Sonralar indiki Bala Kolatan yaşayış məntəqəsi yarandıqda keçmiş Kolatan kəndi Böyük Kolatan adlandırılmışdır. Talış dilində "meşədə təmizlənmiş, açılmış sahə" (tala) külət adlanır.[3]
Tarixi
redaktəDigər məlumatlara görə Qədə Kuləton talış dilində "Qədə" – kiçik, "Kulət" – meşənin içindəki təbii çəmənlik və ya yaşamaq, əkinçilik və heyvandarlıq məqsədilə insanlar tərəfindən ağaclardan təmizlənmiş meşə ərazisi, "on" – cəm şəkilçisi mənasını verir. "Kulət" sözünün "çəmənlik", "Qədə Kuləton" sözünün rus dilindəki analoqu "Маленкие луга" ola bilər. Bala Kolatanın indiki tarixi çoxda qədim deyil və təxminən 250 ildən bir az çoxdur. Bala Kolatanın yuxarı məhəlləsinin ilk sakinləri indiki Lerik rayonunun Mastail kəndindən gəliblər.
1813-cü il Gülüstan müqaviləsinə əsasən Bala Kolatan Rusiya çarının ərazisinə qatılıb və vergini rus çarına ödəyiblər. Böyük Kolatan Talish xanının təəbəliyində qaldığından əhali vergini Talish xanına ödəyib.
Əhalisi
redaktə14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Kolatan[4] və Xanalian kəndlərində toplam 201 evdə şiə təriqətli müsəlman Azərbaycan türklərindən ibarət 1.358 nəfər (966 nəfəri kişilər, 392 nəfəri isə qadınlar) əhali yaşayırdı.[5] Sonuncu siyahıyaalınmaya görə kəndin əhalisi 940 nəfərdir.[6]
İqtisadiyyatı
redaktəBala Kolatan əhalisinin əsas məşğuliyyəti keçən əsrin ortalarına qədər dəmirçilik, at və kəl arabaları, onların hissələri və beşik istehsalı olub.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Bala Kolatan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Hazırda iki kənddir: Bala Kolatan və Böyük Kolatan
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |