Balaca Hemye - Wikipedia
Balaca Həmyə — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.[2]
Kənd | |
Balaca Həmyə | |
---|---|
41°04′29″ şm. e. 49°09′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Siyəzən rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 1 026[1] nəfər (2015) |
Rəsmi dili | Azərbaycan dili |
Əhalisi
redaktəƏhalisinin sayı 2500 nəfərdir.[3]
Toponimikası
redaktəOykonim "Kiçik Həmyə kəndi" deməkdir. Həmyə/həməyə tat və talış dillərində "düz yer", "hamar yer" mənasını ifadə edir. Keçən əsrdə kəndin adı Balaca Həmyə (1933,1979) variantında da qeydə alınmışdır.[4] Ərəbcə isə müdafiə edən deməkdir keçmiş adı Ərəb həmyəsi olmuşdur nadir qulu əfşar zamanında Şamaxı şəhərindən köçürülmüşdür.
Yol
redaktə2014-cü ildə iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır[5].
Şəxslər
redaktə- Ağali Ağayev — Vətən müharibəsi şəhidi
İstinadlar
redaktə- ↑ "Rayon haqqında: Əhali" (az.). Siyəzən Rayon İcra Hakimiyyəti. Archived from the original on 2015-10-16. İstifadə tarixi: 2015-10-16..
- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ "Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az (az.). president.az. 08 sentyabr 2014, 18:20. 2017-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.