Balaken - Wikipedia
Bu məqalə Balakən şəhəri haqqındadır. Balakən rayonu üçün Balakən rayonu səhifəsinə baxın. |
Balakən — Azərbaycan Respublikasının Balakən rayonunun Balakən şəhər inzibati ərazi dairəsində şəhər,[1] Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir.[2]
Şəhər | |
Balakən | |
---|---|
41°43′06″ şm. e. 46°24′59″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Balakən |
Tarixi və coğrafiyası | |
Şəhər statuslu | 1965-ci ildən |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhali sayı |
|
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 2429 |
Poçt indeksi | AZ0800 |
Rəsmi saytı | balaken-ih.gov.az |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBalakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi.[3]
Tarixi abidələri
redaktəŞəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Coğrafiyası və iqlimi
redaktəBalakən şəhəri Qanıxçayın bir qolu olan Balakən çayının sahilində, Böyük Qafqazın dağətəyilərində yerləşir. Şəhər Yevlax dəmiryol qovşağından 178 kilometr şimal-qərbə, Yevlax-Laqodexi şosesində üzərində yerləşir.
Əhalisi
redaktəŞəhərdə əhalinin 85%[4]-ni azərbaycanlılar , 14%[4]-ni avarlar və 1%-ni digər xalqların nümayəndələri təşkil edir .[4]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
İqtisadiyyatı
redaktəBalakən şəhərində bir neçə zavod fəaliyyətdədir. Bunlar
- Konserv zavodu
- Beton konstruksiyaları zavodu
- Heyvandarlıq məhsullarının istehsalı üzrə zavod
1985-ci ildə Balakəndə Yevlax-Balakən dəmiryol xəttinin son stansiyası tikilmişdir.
Qalereya
redaktə-
Balakən şəhər uşaq incəsənət məktəbi
-
Balakən mədəniyyət mərkəzi
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Балакен — Azerbaijans.com". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2015. Arxivləşdirilib.Orijinal mətn (az.)
Расстояние от Баку: 394 км
- ↑ "Milli Məclis Balakən şəhərinin ərazisini böyütdü - milli.az". 2011-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-04.
- ↑ 1 2 3 SİLESER (Summer Institute of Linguistics Electronic Survey Reports 2005) İnternational :The Sociolinguistic Situation of the Avar in Azerbaijan Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
Balakən rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |