Balkan Vasaqi - Wikipedia
Balkan vaşaqı (lat. Lynx lynx balcanicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinin adi vaşaq növünə aid heyvan yarımnövü. Yoxa çıxma təhlükəsi ilə əlaqədar Qırmızı kitaba daxil edilmişdir.
Balkan vaşaqı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Balkan vaşaqı |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Onlara Şərqi Albaniya və Qərbi Makedoniya ərazilərində müşahidə etmək mümkündür. Üstəlik Kosovo və Monteneqro ərazilərində kiçik bir arela sahibdirlər. Balkan vaşaqları Makedoniyanın milli rəmzi hesab edilir. Vaşaq Makedon dinarının üzərində təsvir edilmişdir. Belə ehtimal edilir ki, Makedoniya ərazisində 35–40 baş Balkan vaşaqı vardır. Onlar əsasən Mavrovo Milli Parkı ərazisində cəmləşmişdir. Balkanların ən iri pişikləri hesab edilir. 2011–2012-ci illərdə Albaniyanın şimal dağlıq ərazilərində müşahidə edilmişdir. Albaniyada Şebenik-Yablanisa milli parkında belə müşahidə edilirlər. Yarımnöv olaraq təsdiqlənmişdir. 1969-cu ildən mühafizə altına alınmışdır. Lakin bu qanunsuz brakonyerliyin qarşısını ala bilməmişdir. Bu səbəbdən Albaniya və Makedoniyada sayları azalmışdır. Balkan vaşaqını həm də əhali qorxudur. Qiymətləndirməyə əsasən Albaniyada 15–20 baş Balkan vaşaqı yaşayır. Balkan vaşaqı uzun əsrlər boyu nəsli kəsilmək təhlükəsi qarşısında olmuşdur. Onların ümumi sayı 50 baş arasında dəyişmişdir. Balkan vaşaqlarının çütləşmə dövrü yanvar-fevral aylarına təsadüf edir. Balavermə aprel ayında baş tutur.
Balkan vaşaqı ilk dəfə 1941-ci ildə bolqar zooloqu İvan Yosifov Bureş tərəfindən qeydə alınmışdır. 1978-ci ildə Miriç (Belqrad Universiteti) Balkan vaşaqının morfologiyasını təsbit etmişdir. Bununlada Balkan vaşaqının digər vaşaqlardan fərqləndirən xüsusiyyətləri göstərmişdir. Balkan vaşaqı yarımnöv kimi təstiqlənməsinə baxmayaraq bir çox alimlər onları yarımnöv kimi qəbul etmir. Vaşaqların populyasiyasını bərpa etmək üçün proqram hazırlanmışdır. Bu məqsədlə məktəblərdə belə marifləndirici tədbirlər görülmüşdür. Makedoniya və Albaniya layihəyələrin genişləndirilməsi üzrə birgə işləri davam etdirirlər.
İstinadlar
redaktə- ↑ Kitchener A. C., Breitenmoser-Würsten C., Eizirik E., Kitchener A. C., Werdelin L., Gentry A., Wilting A., Yamaguchi N., Abramov A. V., Christiansen P. et al. A revised taxonomy of the Felidae, A revised taxonomy of the Felidae: The final report of the Cat Classification Task Force of the IUCN Cat Specialist Group (ing.): The final report of the Cat Classification Task Force of the IUCN/SSC Cat Specialist Group. // Cat News Muri bei Bern: IUCN/SSC Cat Specialist Group, 2017. Vol. Special Issue 11. P. 43. ISSN 1027-2992