Baltali - Wikipedia
Baltalı — Azərbaycan Respublikasının Şəki rayonunun Baltalı kənd inzibati ərazi dairəsində kənd.[2]
Baltalı | |
---|---|
41°10′45″ şm. e. 47°05′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.051 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5513[1] |
Tarixi
redaktəKiş çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsini XIX əsrdə Gürcüstanın indiki Laqodexi rayonundakı Balta kəndindən köçüb gəlmiş ailələr salmışlar. Baltalı qədim türk tayfalarından birinin adıdır. Qədim zamanlarda türk ellərinə yadellilərin hucumu zamanı hər bir kənd müxtəlif silahlarla silahlanırdı. Sonralar kəndlər döyüş zamanı yerinə yetirdikləri funksiyalarına görə adlandırılırdı. Məs.: balta > baltalı/baltaçı; sapan > sapancı/sabançı/ sabance/sabuncu; yay > yaylı/yayçı; qılınc > kılıclı/qılınclı; top > topcu və s. Başqırdıstanda Baltaçayevski, Starobaltacevo, Tatarıstanda Baltask, Odessa vilayətində Balta və s. qeydə alınmışdır[3].
Coğrafiyası və iqlimi
redaktəKənd Şəkinin 6–7 km-ində yerləşir. Gözəl hava və yodsuz suyu ilə tanınmaqdadır.
Əhalisi
redaktəKəndin əhalisi 2366 nəfər təşkil edir ki, onun da 1187 nəfəri kişi, 1179 nəfəri isə qadındır. Əhalinin əksəriyyətini digər kəndlərdən bura gələnlər təşkil edir. Yaşlıların dediyinə görə xastəliklə əlaqədar kəndin əhalisinin 90 faizi 20-ci əsrin əvvəllərində vəfat etmişdir.
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən taxılçılıq və tərəvəzçiliklə məşğuldur. Kənd Şəki şəhərini və ətraf kəndləri əksər növ kənd təsərrüfatı məhsulları ilə təmin edir. Kənddə baramaçılıq və tütünçülüklə məşğul olan ailələr var. Kənd ərazisində qoz, fındıq, akasiya, qovaq, cökə, qafqaz xurması (xurnik), alma, heyva, nar, xurma (karaliyok), zoğal, albalı, gilas və s. ağac növlərinə rast gələ bilərsiniz. Kəndin sərin bulaqları və yaşıllıqları olması turizm potensialının olduğunu deməyə imkan verir. Son illər kəndin su təchizatında problemlər yarandığı üçün həm içməli su, həm də suvarmada çətinliklər yaranmışdır. Həmçinin havaların isti keçməsi kənd təsərrüfatına ciddi ziyan vurur. Kənd ərazisində qazılan artezian suları əhalinin içməli suya olan tələbatını tam ödəməyə kifayət etmir. Beləliklə də su probleminin həlli üçün dövlət dəstəyinə ehtiyac vardır.
Yolları
redaktə2019-cu ildə Baltalı kəndinin avtomobil yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulmuşdur. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edir, 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metrdir. Layihə üzrə zəruri yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. [4]
Qaz təchizatı
redaktəBaltalı kəndi uzun sürən fasilədən sonra 2015-ci ildə yenidən qazlaşdırılıb. Kəndlərin qazlaşdırılması zamanı müxtəlif diametrli polietilen və metal borulardan istifadə edilib, abonentlərin hər biri sayğac və fərdi tənzimləyicilərlə təchiz olunub. [5]
Məktəbi
redaktəBaltalı kəndində 2020-ci ildə yeni tam orta məktəb tikilmiş və 2021-ci ilin fevral ayının 11-də açılış mərasimi keçirilmişdir. Yeni tikilmiş 360 şagird yerlik tam orta məktəbdə 14 sinif otağı, 3 laboratoriya, 2 texnologiya otağı, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabineti, yeməkxana, idman və akt zalları var.[6]
Poçt şöbəsi
redaktəAzərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən 10 may 2010-cu ildə Şəki rayonunun Baltalı kəndində POÇT şöbəsinin yeni binası əhalinin istifadəsinə verilmişdir. Poçt şöbəsinin yeni binası müasir texniki avadanlıqla və mebellə təmin olunmuşdur. [7]
Din
redaktəKənddə Baltalı kənd məscidi dini icması fəaliyyət göstərir.[8]
Qalereya
redaktəBaltalı kəndinə aid şəkillər.
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ AAYB. "Şəki rayonun Baltalı kənd avtomobil yolu istifadəyə verilmişdir". http://www.anl.az (az.). Archived from the original on 2022-12-15. İstifadə tarixi: 2022-12-15.
- ↑ Report. "Şəki rayonun Baltalı kəndinə təbii qaz verilib". https://report.az (az.). Archived from the original on 2022-12-15. İstifadə tarixi: 2022-12-15.
- ↑ Şəki-Zaqatala təhsil idarəsi. "Şəki rayonu Baltalı kəndində yeni tikilmiş tam orta məktəblərin açılış mərasimi". https://shaki.edu.gov.az (az.). Archived from the original on 2022-07-03. İstifadə tarixi: 11.02.2021.
- ↑ https://mincom.gov.az. "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi". https://azertag.az (az.). Archived from the original on 2023-07-02. İstifadə tarixi: 10.05.2010.
- ↑ "Dini qrumlar" (PDF). https://scwra.gov.az (az.). Archived from the original on 2022-06-26. İstifadə tarixi: 15.02.2010.
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |