Baltali Hano - Wikipedia
Baltalı Hano və ya əsl adı ilə Xanzadə (türk. Hanzâde) — Osmanlı imperiyası dövründə yaşamış seriyalı qatil, qoçu və mafiya. 1800-cü illərin sonlarında yaşadığı ehtimal olunur. Konstantinopolun (indiki İstanbul) şəhərətrafı səmtlərindən birində yaşayan və sevgilisi mafiya olan bu qadının Türkiyənin ilk qadın mafiyalarından olduğu ehtimal edilir. Fermer bir ailənin uşağı olmuş və atası tərəfindən dövrün varlı adamlarından biri ilə evləndirilmişdir. Bu evlilikdən olan oğlu 6 yaşında ikən onun həyat yoldaşı vəfat etmiş və həyat yoldaşından ona yüklü miras qalmışdır.
Baltalı Hano Xanzadə | |
---|---|
| |
Vəfat səbəbi | edam |
Fəaliyyəti | seriyalı qatil, qoçu, mafiya |
Fəaliyyət illəri | g.e. 1800-cü illər |
Əsas şəhər | Konstantinopol (indiki İstanbul) |
Cinayət | kütləvi qətl, qoçuluq, terror |
Uşağı | 1 oğlu olduğu məlumdur. |
Partnyoru | Solaxay Liqor (öldürdü) |
Qurbanlar | ən azı 21 nəfər (iddia) |
Ölkə | Osmanlı imperiyası (indiki Türkiyə) |
Öldürülüb | ən azı 21 nəfər (iddia) |
Silah | balta |
Daha sonra o, "Solaxay Liqor" adıyla tanınan bir mafiya ilə bərabər olmuşdur. O, bir gün oğlunun itdiyini görür və onu axtarmağa başlayır. Nəticədə sevgilisini izləmiş və onun oğlunu hamamda "hamam oğlanı" kimi işlətdiyini görmüşdür. Daha sonra sevgilisi ilə bərabər orada olan 21 nəfəri balta ilə öldürmüşdür. Bu hadisədən sonra "Baltalı Hano" ləqəbini almışdır.
O, daha sonra qoçuluğa və mafiyalığa başlamış, imperiyanın böhran və müharibə ilə başının qarışıq olduğu vaxtda kişi mafiyaları qaçırdaraq başlarını kəsmiş və mal-mülkünü artırmışdır. 17 ay İstanbulda qorxu saçan Hano nəhayət qəsbkarlıq və adam öldürməkdə təqsirkar bilinərək güllələnərək edam edilmişdir.
Bəzi mənbələr əslində tarixdə belə bir şəxsin yaşadığını, amma qeyd edilən hadisənin rəvayətdən ibarət olduğunu bildirir. Yenə də hadisə film və seriallara, həmçinin populyar mədəniyyətə təsir etmiş və populyar mədəniyyətdə öz yerini almışdır.
Həyatı və fəaliyyəti
redaktəDəqiq doğum yeri və tarixi bilinmir. 1800-cü illərin sonlarında yaşadığı ehtimal olunur.[1][2] Əsl adı Xanzadədir. Konstantinopolun (indiki İstanbul) şəhərətrafı səmtlərindən birində yaşayan və sevgilisi mafiya olan bu qadının Türkiyənin ilk qadın mafiyalarından olduğu ehtimal edilir.[3][4] Fermer bir ailənin uşağı olan Hano tarlalarında yetişdirdikləri məhsulları atası ilə birlikdə toplayar və onları bazarda satardılar. Atası ibtidai təhsilini bitirdikdən sonra qızını dövrün varlı adamlarından biri ilə evləndirir. O, öncə buna razı olmasa da, daha sonra hamilə qalır və bir oğlu olur. Baltalı Hano oğlu 6 yaşında ikən həyat yoldaşı vəfat edir. Həyat yoldaşından ona yüklü miras qalır.[5]
Bəzi mənbələrə görə[1][5] "Solaxay Liqor" adıyla tanınan bir mafiya ona məhəbbət bəsləyir və Xanzadə də onunla birlikdə yaşamağa razı olur. Hano bir axşam evə gəldiyində oğlunun evdə olmadığını görür və onu axtarmağa başlayır. 12 yaşlı oğlunu axtardığı əsnada sevgilisinin ona maneə törədiyini görür və bir gün kişi libasına bürünərək onu izləyir.[2] Hamama qədər onu izləyən Hano hamamda sevgilisi tərəfindən zorla qaçırılan oğlunun "hamam oğlanı" kimi işlədildiyini görür. İddiaya görə, Hano hamamdakı baltanı əlinə alır və sevgilisi ilə orada olan 21 nəfərin başını kəsərək oğlu ilə birlikdə qaçır.[2][5] O, bu hadisədən sonra "Baltalı Hano" ləqəbini almışdır.[6]
Daha sonra o, mafiya kimi fəaliyyət göstərməyə başlayır. Siyasi böhran və müharibələrlə başı qarışıq olan imperiya bu məsələ ilə maraqlana bilmir. O, kişi mafiyaları qaçırtdırır və başlarını kəsərək küçələrdə sərgilədir, var-dövlətinə var-dövlət qatırdı. İstanbulda fəaliyyət göstərdiyi təxmini 17 ay müddətində hamı ondan qorxurdu. Nəhayət, o, qəsbkarlıq və adam öldürməkdə təqsirkar bilinərək güllələnərək edam edilmişdir.[2][5]
Bəzi mənbələr tarixdə belə bir insanın yaşadığını, amma bu həyat hekəyəsinin rəvayətdən ibarət olduğunu qeyd edir.[4][7] Yenə də bu həyat hekayəsi film və seriallara mövzu olub, populyar mədəniyyətdə öz yerini almışdır.[8]
Populyar mədəniyyətdə
redaktə- 2017–2021-ci illərdə yayımlanan və II Əbdülhəmidin hakimiyyətinin son 20 ilindən bəhs edən "Paytaxt: Əbdülhəmid" adlı Türkiyə teleserialında Baltalı Hano rolunu Merve Qızıl canlandırılmışdır.[9][10]
- Türkiyə reperi Lil Zey[türk.] 2021-ci ildə çıxardığı "Kara Tiyatro" adlı studiya albomundakı eyniadlı sinqlı Baltalı Hanoya həsr etmişdir.[11]
- Türkiyə yazıçısı Mehmet İşığın 2023-cü ildə nəşr olunan "Komiser Muharrem Baltalı Hano'nun Peşinde" adlı romanı Baltalı Hanonun həyatından bəhs edir.[12]
İstinadlar
redaktə- ↑ 1 2 "21 nəfəri balta ilə öldürən İstanbulun ilk qadın mafiyası - "Baltalı Hano"nun HƏYAT HEKAYƏSİ". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ 1 2 3 4 "İstanbul'un ilk kadın mafyası Baltalı Hano kimdir?". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ Yanık, Əhməd. Derin Devletin Adamları. Az Boek. 2023. ISBN 9786051293462. 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2024.
- ↑ 1 2 "Türkiye'nin ilk kadın mafyası Baltalı Hano!". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ 1 2 3 4 "Türkiye'nin İlk ve Tek Kadın Mafyası 'Baltalı Hano'nun hikâyesi…". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ "21 erkeği baltayla öldürdü: İstanbul'un ilk kadın kabadayısı Baltalı Hano". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ "...Baltalı Hano..." 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ "İşte İstanbul'un ilk kadın mafyası Baltalı Hano! 21 adamı baltayla öldürdü." 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ "Payitaht Abdülhamid dizisinin Baltalı Hano'su Merve Kızıl'ı yakından tanıyalım!". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ "Payitaht Dizisinde izlediğimiz Baltalı Hano Kimdir?". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ "Şarkı şarkı: Lil Zey ve "Kara Tiyatro" albümü". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ "Osmanlı'nın ilk kadın mafyasının hikayesini yazan Işık: "Bir kadının dönüşümünü göstermek istedim"". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
Əlavə ədəbiyyat
redaktə- Yanık, Əhməd. Derin Devletin Adamları. Az Boek. 11 iyul 2023. səh. 160. ISBN 9786051293462. (türk.)
- İşık, Mehmet. Komiser Muharrem Baltalı Hano’nun Peşinde. Yaka Yayınları. 28 sentyabr 2023. səh. 336. ISBN 6057466438. (türk.)