Balxas - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Balxaş gölü (köhnə Türkcə: Terinğ köl; qaz. Balqaş Köli) Cənub-şərq Asiyada Balxaş-Alakul çökəkliyində yerləşən göl. Cəmi su hövzəsi 413,000 km²dir. Qazaxıstan sərhədləri içərisində olan, maksimum uzunluq 605 km, maksimum genişlik isə şərqdə 74 km, qərbdə 19 kmdir. Sahə 16.996 km²dir. Ən dərin nöqtəsi 25,6 metr ikən ortalama dərinlik 5,8 metrdir. Cəmi sahillərinin uzunluğu 2.385 kmdir. Dənizdən yüksəkliyi 341,4 metrdir.
Balxaş | |
---|---|
qaz. Balkaş | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 340 m |
Eni | 9 km – 74 km |
Uzunluğu | 605 km |
Sahil uzunluğu | 2 385 km |
Sahəsi | 16 km² |
Həcmi | 112 km³ |
Dərin yeri | 26 m |
Orta dərinliyi | 5,8 m |
Axan çay | yoxdur |
Şəffaflığı | 1-5,5 m |
Yerləşməsi | |
46°32′27″ şm. e. 74°52′44″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enli, sahilləri çox parçalanmışdır. Suyu şirindir. Şərq hissəsi nisbətən dar, sahilləri az girintili-çıxıntılıdır. Burada su bir qədər şordur. balxaş gölünü şimal sahilləri hündür və sıldırımlı, cənub sahilləri alçaq və hamardır. Gölə İli çayı, Qaratal, Aksu, Lepsa və s. çaylar tökülür. Səhra iqlimi var. Orta temperatur iyulda təqribən 24 °C, yanvarda isə —8°C-dir. Noyabrdan aprelin ortalarınadək donmuş olur. Suyun temperaturu dekabrda 0 °C, iyulda 28 °C olur. İllik yağıntının miqdarı təqribən 180 mm-dir.
Balxaş gölünün heyvanlar aləmi az inkişaf etmişdir. Suf, marinka və xanı balığı tutulur. Çəki balığı, Aral nərəsi və s. yetişdirilir. Su quşları çoxdur. Bu göl gəmiçiliyə yararlıdır. Burılbaytal və Burli-Tobe mühüm əhəmiyyət kəsb edən limanlarıdır. Balxaş şəhərindəki mədən-metallurgiya kombinatında gölün suyundan istifadə edilir.
Gölün tarixi
redaktəGöl uzun illər boyunca Çin hakimiyyətində idi, Çinin cənub-şərqdəki ən uc sərhədini təşkil edirdi. Lakin 1864də Çinlilərin "Haqsız Andlaşma" dedikləri razılaşma ilə Balxaş gölü Rusiyaya buraxıldı. SSRİ-nin dağılması ilə göl rəsmi olaraq Qazaxıstan sərhədləri içində qaldı.