Barbaros Xeyreddin Pasa Turbesi - Wikipedia
Barbaros Xeyrəddin Paşa türbəsi İstanbul şəhərinin Beşiktaş adlı səmtinin Sinan Paşa Məscidinin qarşısında yerləşir. Türbə XVI əsrin ortalarında Aralıq dənizində Osmanlı İmperiyasına bir çox önəmli qələbələr qazandırmış donanma admiralı Xeyrəddin Paşanın məzarının yerləşdiyi məkandır. Türbə 1541-ci ildə görkəmli memar, Memar Sinan tərəfindən inşa edilmişdir.
Barbaros Xeyrəddin Paşa türbəsi | |
---|---|
41°02′30″ şm. e. 29°00′24″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Beşiktaş |
Memar | Memar Sinan |
Tikilmə tarixi | 1541 |
Vikianbarda əlaqəli mediafayllar |
Türbə 8 küncdən, tək qübbəli, 14 pəncərədən ibarətdir. Giriş qapısının üzərində ərəbcə "Ona cənnətin qapılarını aç" yazılmışdır. Türbənin daxilində 4 məzar yerləşir. Buraya Xeyrəddin Paşa, onun oğlu və həyat yoldaşı həmçinin Cəfər Paşa daxildir.
Türbənin yaxınlığında həmçinin İstanbul Dəniz Muzeyi və Barbaros Xeyrəddin Paşa abidəsi yerləşir. Abidə 1944-cü ildə inşa edilmişdir.[1]
Keçmişdə Osmanlı donanması mühüm səfərlərindən öncə abidəni ziyarət edirdi. Bu gün bu ənənə Türk Dəniz Qüvvələri tərəfindən davam etdirilir.
Türbə ictimaiyyətə yalnız xüsusi günlər hesab olunan 1 iyul və 4 aprel tarixlərində açıq olur.[2]
İstinadlar
redaktə- ↑ [1] Sinan'a Saygı
- ↑ [2] Arxivləşdirilib 2016-01-08 at the Wayback Machine Beşiktaşta Yaşam (türk.)