Barselona Fk Muzeyi - Wikipedia
Barselona FK muzeyi 1984-cü il 24 sentyabrda prezidenti Yosep Luis Nunez tərəfindən açılmışdır. 2000-ci ildə onun sələfi Xoan Qaspart tərəfindən muzey Prezident Nunez muzeyi olaraq adlandırıldı. 2010-cu il 15 sentyabrda uzun müddətlik təmir işlərindən sonra muzey yenidən açılmışdır.[2]
Barselona FK muzeyi | |
---|---|
Museu del Futbol Club Barcelona[1] | |
41°22′49″ şm. e. 2°07′14″ ş. u.HGYO | |
Ölkə | İspaniya |
Şəhər | Barselona |
Yerləşir | Kamp Nou |
Tikilmə tarixi | 1984, 24 sentyabr |
Sahəsi |
|
Rəsmi sayt | fcbarcelona.com/tour |
Vikianbarda əlaqəli mediafayllar |
Yenidən təmir olunduqdan sonra muzey 3 bölməyə ayrıldı ki, buraya 3D kino görünən və eşidilən ekrana toxunuşlu bölmə və "Barselona" klubunun tarixi barədə məlumat verən bölmə daxildir. Birinci bölməyə foto kolleksiyalar, sənədlər və kuboklar olan interaktiv şüşə divar daxildir ki, məhz bu ekrana toxunaraq sərgilənənlər barədə məlumatı oxumaq mümkündür. Şüşə divar lazer texnologiya ilə təchiz edilmişdir. İkinci bölmədə isə Salvador Dali, Xoan Miro və Antoni Tapiyes kimi yerli sənətkarların şəxsi incəsənət kolleksiyaları nümayiş etdirilir. Üçüncü bölmədə isə Futbolart Collection klubun sahib olduğu hər bir kubok və ya onun bənzərini nümayiş etdirir.[2][3]
Futbolart Collection-da nümayiş olunan predmetlərə 1992-ci ilin UEFA Çempionlar Liqasının finalında Ronald Kumanın fərqləndiyi butslar daxilidr ki, məhz "Sampdoriya"ya qarşı keçirilən matçın 111-ci dəqiqəsində fərqlənərək "Barselona"nın ilk avropa səviyyəli turnirdə qələbəsində pay sahibi olmuşdur.[4]
Muzey 3500 kv metr ərazini əhatə edir və il ərzində 1.2 milyon ziyarətçini qəbul edərək Barselona şəhərində Pikasso muzeyindən sonra ikinci ən çox ziyatəçi qəbul edən muzeydir.[3][5][6]
Qalereya
redaktə-
1958-ci ildə Inter-Cities Fairs kubokunda istifadə edilmiş dəri top.
-
Maradonanın tarixi #10 nömrəli Barselona forması.
İstinadlar
redaktə- ↑ Directorio de Museos y Colecciones de España.
- ↑ 1 2 "FC Barcelona Museum". FC Barcelona. 1 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 August 2010.
- ↑ 1 2 "FC Barcelona "El Cant del Barça" im Camp Nou (Pressemitteilung 372809)" (German). Presseanzeiger.de. 19 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2010.
- ↑ Ross, James M. "European Competitions 1991–92". Rec.Sport.Soccer Statistics Foundation. 17 January 2008. 5 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2010.
- ↑ Stone, Peter. Frommer's Barcelona (3). Frommer's. 2009. səh. 201. ISBN 0-470-38747-5.
- ↑ "Visites per ordre de nom del museu" (PDF) (Catalan). Generalitat de Catalunya. 25 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 14 August 2010.