Bartolomeo Sedoni - Wikipedia
Bartolomeo Sedoni - Wikipedia - Haqqında Məlumat
Bartolomeo Skedoni (it. Bartolomeo Schedoni; doğum 1578 - ölüm 1615) — Recco nel Emiliyadan olan italyan erkən barokko rəssamı. Skedoni adı ilə də tanınır.[4]
Bartolomeo Skedoni | |
---|---|
Bartolomeo Schedoni | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Janr | Barokko |
Vikianbarda əlaqəli mediafayllar |
Skedoni Modenada anadan olub və sonra atası ilə Parmaya köçüb. O, 1598-ci ildən sonra Romada Federiko Zukarinin yanında Parma hersoqu Ranussi I Farnesenin himayədarlığı ilə dərslər keçib. Sonra Skedoni Parmaya geri dönüb. Barokko incəsənət tarixçisi Karlo Sezar Malvaziya onun Bolonyada Anibal Karraçinin yanında dərslər keçdiyini iddia edir. Skedoni qumarda böyük məğlubiyyətindən bir gecə sonra intihar edərək öldüyü ehtimal olunur. Onun rəsmləri Karavacconun işlərini bildiyini göstərir.
Onun şah əsərləri Parma Milli Qalereyasında saxlanılır.
Əsərlərinin antologiyası
redaktə- Dəfn
- Sərdabədə üç mariya
- Misirə uçuşda istirahət
- Xeyirxahlıq
İstinadlar
redaktəVikianbarda Bartolomeo Şedoni ilə əlaqəli mediafayllar var.
- ↑ Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
- ↑ RKDartists (nid.).
- ↑ Union List of Artist Names (ing.).
- ↑ Lawrence Gowing. Paintings in the Louvre. Stewart, Tabori and Chang. 1987. səh. 308. ISBN 1-55670-007-5.