Bastiya Limani - Wikipedia
Bastiya — Korsika regionunda əsas ticarət şəhəridir. Yuxarı Korsika departamentinində yerləşir. Əhalisi 42,9 min nəfərdir (2005). Bastiya adanın ən ucqar nöqtəsi Kors burnunun sahillərində yerləşməklə, Korsikanın əsas iqtisadi mərkəzi hesab edilir. Aralıq dənizi iqlim tipinə malik olub, qışda temperatur-8°С , yayda isə 23°С olur (bəzən illik orta temperatur 15°С). İllik yağıntıların miqdarı isə illik-700 mm-dir.
Bastiya | |
---|---|
Bastia Bastìa Bastia | |
Yerləşməsi | |
Ölkə | |
Koordinatlar | 42°42′00″ şm. e. 9°26′58″ ş. u.HGYO |
bastia.corsica | |
Vikianbarda əlaqəli mediafayllar |
Bastiyanın ətrafı
redaktəƏnənəvi olaraq yay fəslində şəhər əhalisi-şəhərdən 16 km aralıda Bastiyanın cənubuna La-Manş sahillərinə gəlirlər. Sahillər şam meşələri ilə əhatə olunub. Bura plajlarda restoranlar çoxluq təşkil edir. Ancaq demək olar ki, dəniz sahilləri çirklənmişdir. Sahilyanı ərazilər şəhər əhalisinin yaşayış yerləri ilə pulsuz plajlar arasında bölünür. Biquliya laqunu Korsikanın ən böyük köçəri quşların məskunlaşdığı yer olub, Bevinka və Holo çaylarının suları ilə qidalanır. Yay aylarında qamışlıqlarda müxtəlif növ quşlar yuva salırlar.
Qalereya
redaktəXarici keçidlər
redaktəHəmçinin bax
redaktəMənbə
redaktə- Городецкая И. Л., Левашов Е. А. Бастия // Русские названия жителей: Словарь-справочник. — М.: АСТ, 2003. — С. 42. — 363 с. — 5000 экз. — ISBN 5-17-016914-0.
- Бастия // Военная энциклопедия : [в 18 т.] / под ред. В. Ф. Новицкого [и др.]. — СПб. ; [М.] : Тип. т-ва И. Д. Сытина, 1911—1915.