Bavariya Inqolstadt Hersoqlugu - Wikipedia
Bavariya-İnqolştadt hersoqluğu (alm. Bayern-Ingolstadt) və ya Yuxarı Bavariya-İnqolştadt (alm. Oberbayern-Ingolstadt) 1392–1447-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkibində olan bir dövlət idi.[1]
Müqəddəs Roma imperiyasının bir hissəsi | |||
Bavariya-İnqolştadt hersoqluğu | |||
---|---|---|---|
alm. Bayern-Ingolstadt alm. Oberbayern-Ingolstadt | |||
|
|||
|
|||
Paytaxt | İnqolştadt | ||
Dövlət dini | katolisizm |
Tarixi
redaktəHersoqluğun yaradılmasının kökləri bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümünəcən uzanır. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. Bavariya-İnqolştadtın ilk hersoqu II Stefanın oğlu III Stefan olmuşdur.
1413-cü ildə Stefanın ölümündən sonra VII Lüdviq atasının taxtına oturdu. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri Bavariya-İnqolştadtla birləşdirildi. Lüdviq, öz oğlu VIII Lüdviq 1443-cü ildə taxt-tacını qəsb edənə və onu düşmənləri Bavariya-Landsxut hersoqu XVI Henrixə təslim edənə qədər hersoqluq etdi. VIII Lüdviq iki il sonra öldü. Atası isə əsirlikdə öldü. Varisi olmayan Bavariya-İnqolştadt Bavariya-Landsxuta qaytarıldı.[2]
Ərazisi
redaktəBavariya-İnqolştadt Bavariyadakı müxtəlif, bitişik olmayan torpaqlardan bir yerə yığılmış dövlət idi. Paytaxt İnqolştadt idi və onun ətrafındakı əraziləri də əhatə edirdi: Şrobenhazuen, Ayxax, Fridberq, Reyn-am-Lex və Höştadt-an-der-Donau. Bundan əlavə, hersoqluq aşağıdakı şəhərləri birləşdirirdi:
- Cənubi Bavariya:
- Şərqi Bavariya:
- Şimali Bavariya:
İstinadlar
redaktə- ↑ Anderson, Emily-Jan; Farquhar, Jill; Richards, John. Visible Exports / Imports: New Research on Medieval and Renaissance European Art and Culture (ingilis). Cambridge Scholars Publishing. 2020-05-15. 239–240. ISBN 978-1-5275-5181-7. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ KG, Fritz Rudolf Künker GmbH & Co. Künker Auktion 130 - The De Wit Collection of Medieval Coins, 1000 Years of European Coinage, Part II: Germany, Switzerland, Austria, Bohemia, Moravia, Hungary, Silesia, Poland, Baltic States, Russia and the golden Horde (ingilis). Numismatischer Verlag Künker. 331–332. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.