Bayraktar Mini Pua - Wikipedia
Bayraktar Mini PUA (türk. Bayraktar Mini ) — Kale-Baykar ortaqlığı tərəfindən yaxın məsafədən gecə-gündüz kəşfiyyat və müşahidə məqsədləri üçün hazırlanmış və istehsal edilmiş Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan ilk milli və unikal mini sinif pilotsuz uçuş aparatıdır.
Bayraktar Mini PUA | |
---|---|
Tipi | Pilotsuz uçuş aparatı |
Hazırlayan | Baykar Makina |
İstehsalçı | Baykar Makina |
İlk uçuş | 2005 |
İstismara verilmə tarixi | dekabr 2007 |
Status | operativ taktiki |
İstismarçılar |
Türk Hava Qüvvələri Qatar Hava Qüvvələri |
Buraxılış sayı | 300 ədəd |
Vikianbarda əlaqəli mediafayllar |
Kompozit materiallardan hazırlanır. Uçuşun idarəsi əl ilə həyata keçirilir. Sistem ilk dəfə 2007-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir.[1] Türkiyə Quru Qoşunları, Milli Kəşfiyyat Təşkilatı, Jandarma Komandanlığı və Polis Aviasiya xidməti tərəfindən fəal şəkildə istifadə olunur. 2012-ci ildə Qətərə ixracı ilə, Cümhuriyyət tarixində xaricə satılan ilk milli təyyarə sistemi adını almışdır.[2] olma unvanına da sahiptir[3][4] Təhvil edilən sistemlərin 60.000-dən çox uçuş növü var. 300-dən çox ədəd istehsal olunub istismara verilib.
Tarixi
redaktəPUA gecə və gündüz qısa məsafələrdə həyata keçirilən kəşfiyyat məqsədi üçün nəzərdə tutulmuşdur. İşlənilməsinə 2004-cü ildə başlanmışdır. 2005-ci ildə "Bayraktar A" adlanan ilk prototip yaradılmışdır. Bir sıra uğurlu testlərdən sonra kütləvi istehsalına başlanılmışdı. Daha sonra ciddi şəkildə təkmilləşdirilmiş və yeni versiyasına "Bayraktar B" adı verilmişdir.[5]
Sistem konfiqurasiyasında 19 Mini PUA sisteminin layihəsinə aşağıdakılar daxildir:
- 4 ədəd Hava Nəqliyyat vasitələri
- 2 ədəd Yer Nəzarət Stansiyaları
- 2 ədəd Yer Məlumat Terminalları (Avtomatik Yönləndirilmiş Anten Sistemi)
- 4 ədəd Gündüz Kamera Sistemləri
- 2 ədəd Gecə (Termal) Kamera Sistemi
- Dəstək avadanlığı daxildir.
2 nəfər tərəfindən idarə edilən və portativ bir çantada daşınan sistem, bir illik sınaq və kütləvi istehsaldan sonra 2007-ci ilin dekabr ayında uğurla təhvil verildi. 2007-ci ildən bu yana "Bayraktar B" Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxildir.[6] Sonrakı iki tədarük 2008-ci ilin avqust ayında tamamlandı və müqaviləyə görə 19 sistem təhvil verildi.
Tamamilə orijinal təyyarə dizaynı, avtopilot rəhbərliyi idarəetmə sistemləri, Yer İdarəetmə Stansiyası Komandanlıq İdarəetmə elektronik avadanlığı və proqram sisteminə sahib olan Mini PUA, təhvil verildiyi gündən etibarən yüksək səviyyəsində sıx istifadə dövrünə qədəm qoydu. Sistemin əsas xüsusiyyətləri təhvil verildikdən sonra avtomatik qalxma, tam avtomatik uçuş xüsusiyyəti, paraşüt və ya gövdəyə avtomatik enmədir. Gecə və gündüz uça bilən Mini PUA, 2 min funt yüksəklikdə uçuş hündürlüyünə, 15 km-lik bir əlaqə məsafəsinə və dəqiq bir koordinat təyinatına sahibdir.[7]
Yerli orijinal inkişaf modeli ilə dizayn edilmiş Mini PUA Sistemi, AR-GE-dən kütləvi istehsal, təlim və inteqrasiya edilmiş lojistik proseslərinə qədər məhsulun istifadəsi və sınaq mərhələlərini uğurla başa vurmuşdur. Hərbi aviasiya texnologiyası olaraq qəbul edilən pilotsuz uçuş aparatı texnologiya baxımından Türkiyə üçün əhəmiyyətli bir addım idi. Xüsusən də hərbi heyət və firmalarla yaxın bir koordinasyonda Ar-Ge heyəti tədqiqat prosesini sürətli və təsirli bir şəkildə reallaşdırdı. Bu cür strateji və texnoloji baxımdan əhəmiyyətli bir məsələdə bu layihə ilə atılan addım, taktiki, əməliyyat sinifi PUA Sistemlərinin inkişafında bir nümunədir.[8][9].
Müqayisə
redaktəOrijinal və milli olaraq düzəldilmiş Mini PUA sistemi, uçuş məsafəsi, uçuş hündürlüyü, eniş tipi və inkişaf etmiş uçuş funksiyaları ilə dünyada geniş istifadə olunan digər Mini PUA Sistemlərinə nisbətən fərqlənir. ABŞ Silahlı Qüvvələri arsenalında 13.000-dən çox Raven Mini PUA sistemi və İsrail Silahlı Qüvvələri arsenalında 1000-dən çox Skylark Mini PUA sistemi var.
Texniki göstəriciləri
redaktəXüsusiyyətləri | Bayraktar A | Bayraktar B |
---|---|---|
Uzunluğu | 1.2 metrə | 1.2 metrə |
Qanadının aşılışı | 1.6 metrə | 1.9 metrə |
Ağırlığı | 3.5 kq | 4.5 kq |
Enerji / Mənbə | Elektrik / Batareya | Elektrik / Batareya |
Uçması | Əllə uçurdulma | Əllə uçurdulma |
Eniş | Gövdə Üzərinə | Gövdə Üzərinə / Paraşütlə eniş |
Qət etdiyi məsafə | 10 km | 15 km (Avtomatik İzlənmə Anten Sistemi ile) |
Havada qalma | 60 Dəqiqə | 60 Dəqiqə |
Hündürlük | 1000 funt | 3000 funt |
Maksimum hündürlük | 12000 funt | 12000 funt |
Sürət | 70 km / saat | 55 km / saat |
Yük 1 | CCD Kamera (Tərpənməyən) | CCD Kamera (Dönən) |
Yük 2 | Termal Kamera (Tərpənməyən) | Termal Kamera (Dönən) |
Material | Kompozit Materil | Kompozit Materil |
İdarə heyəti | 2 Nəfər | 2 Nəfər |
İstifadəsi
redaktə2007-ci ildən bəri istismara verilmişdir. Mini Pilotsuz Uçuş Aparatı Sisteminin istifadəsi və istismarını bacaraq mindən çox sertifikatlı mütəxəssis heyəti var.
- Türk ordusunun Hələbdəki Süleyman Şah türbəsini qoruyan "Baykar" və "Kale" qruplarının fəaliyyəti Bayraktar Mini PUA vasitəsi ilə havadan izlənilmişdir.(2014-cü ilin mayı)[10]
- 2014-cü ilin fevralında Suriyada Türkiyə sərhədinin içərisinə doğru atəş açan İraq və Şam İslam Dövləti (İŞİD) konvoyu, Bayraktar Mini PUA tərəfindən aşkarlanmasından sonra Fırtına haubitsaları atəşə tutmuşdur.[11][12][13]
- iyun 2014-cü ildə Aktütün əməliyyatında istifadə edilmişdir.[14]
- Baş Qərargah Yüksəkova Suüstü kəndindəki daş karxanasında işləyən və qaynı olan bir vətəndaş tərəfindən 00.05-də radələrində iki silahlı şəxs tərəfindən qaçırıldığını müəyyənləşdirmişdir.[15] Bayraktar Mini PUA onları izləmiş və Yüksekova İlçe Jandarma Komandanlığı qrupları tərəfindən gizlədikləri evdə saxlanılmışdılar.
- Türk Silahlı Qüvvələri, İzmir-Doğanbəydə keçirilən "Efes 2010" hərbi təlimində ilk dəfə Bayraktar Mini PUA-sını geniş kütləyə təqdim etmişdir.[16][17][18][19]
- 2008-ci ildə terrorçuların hava danışıqlarının deşifrəsindən sonra Cudi dağında helikopterlərlə davamlı kəşfiyyat uçuşları həyata keçirilməyə başlanıldı.[20]
- 18.04.2015 tarixində Bayraktar Mini PUA 95-ci Zirehli Briqada Komandanlığı tərəfindən istifadə edilmişdir.[21]
İstifadə edən ölkələr
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bilim ve Teknik Dergisi Aralık 2010 Sayısı. "Teknolojileriyle Dünyadaki Rakipleriyle Yarışan Özgün ve Milli İnsansız Hava Araçları"
- ↑ Türkiye'de insansız hava araçlarını ihraç eden ilk şirket Baykar Makina. http://kokpit.aero/bayrak-2013-video?filter_tag=baykar%20makina. 18 Ekim 2014 https://web.archive.org/web/20141018205400/ (#bare_url_missing_title).
- ↑ Türk ‘Gözcü’ler Katar’ı koruyacak. http://www.gazetevatan.com/turk--gozcu-ler-katar-i-koruyacak-436585-ekonomi/. 9 Mart 2016 https://web.archive.org/web/20160309182549/ (#bare_url_missing_title).
- ↑ MSI Savunma Haber Dergisi 72. Sayı. "Baykar Makina, Katar Yolcusu Gözcü'yü Geliştirmeye Deavam Ediyor"
- ↑ Kalekalıp'tan mini insansız hava aracı. http://yenisafak.com.tr/ekonomi-haber/kalekaliptan-mini-insansiz-hava-araci-06.10.2006-8679. 12 Ağustos 2014 https://web.archive.org/web/20140812210027/ (#bare_url_missing_title).
- ↑ Teröre karşı ‘insansız uçak’. http://www.turkiyegazetesi.com.tr/genel/a356271.aspx Arxivləşdirilib 2022-03-11 at the Wayback Machine
- ↑ Show Ana Haber Bülteni Haziran 2010. http://www.youtube.com/watch?v=48XjyQ_G-jg Arxivləşdirilib 2015-12-16 at the Wayback Machine
- ↑ ‘Çaldıran'ın yapım öyküsü. http://hurarsiv.hurriyet.com.tr/goster/haber.aspx?id=12609180. 12 Ağustos 2014 https://web.archive.org/web/20140812214035/ (#bare_url_missing_title).
- ↑ Türk Heron’lar Gabar’da doğdu. Milliyet. http://www.milliyet.com.tr/turk-heron-lar-gabar-da-dogdu/guncel/haberdetay/04.07.2010/1258874/default.htm. 27 Ekim 2014 https://web.archive.org/web/20141027135951/ (#bare_url_missing_title).
- ↑ Gözcü mini insansız hava aracı Süleyman Şah türbesini gözetleyecek. http://kokpit.aero/gozcu-mini-iha-suleyman-sah-turbesini-gozetleyecek. 12 Ağustos 2014 https://web.archive.org/web/20140812210154/ (#bare_url_missing_title).
- ↑ Gözcü buldu Fırtına vurdu. http://www.sabah.com.tr/Ekonomi/2014/02/04/gozcu-buldu-firtina-vurdu# Arxivləşdirilib 2014-08-12 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2014-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-06.
- ↑ Keşfi Türk Mini-İHA'sı yaptı! http://kokpit.aero/gozcu-iha-suriyede-operasyon-yapti. 12 Ağustos 2014 https://web.archive.org/web/20140812204043/ (#bare_url_missing_title).
- ↑ TSK Aktütün'de operasyon başlattı. http://www.radikal.com.tr/turkiye/tsk_aktutunde_operasyon_baslatti-1197343. 12 Ağustos 2014 https://web.archive.org/web/20140812210849/ (#bare_url_missing_title).
- ↑ İHA ile nefes kesen operasyon! http://kokpit.aero/hangi-iha-teroristleri-buldu. 12 Ağustos 2014 https://web.archive.org/web/20140812205718/ (#bare_url_missing_title).
- ↑ İşte ilk Türk insansız hava aracını yapan üç kardeş. http://www.hurriyet.com.tr/yazarlar/14877955.asp Arxivləşdirilib 2014-08-12 at the Wayback Machine
- ↑ Yerli GÖZCÜ görücüye çıktı. http://www.turkiyegazetesi.com.tr/Genel/a448962.aspx. 17 Ağustos 2014 https://web.archive.org/web/20140817083959/ (#bare_url_missing_title).
- ↑ TSK GÖVDE GÖSTERİSİ YAPTI. http://www.aktifhaber.com/tsk-govde-gosterisi-yapti-291175h.htm. 12 Ağustos 2014 https://web.archive.org/web/20140812211010/ (#bare_url_missing_title).
- ↑ 'Gözcü' Mehmetçik'in gözü olacak. http://www.iha.com.tr/haber-gozcu-mehmetcikin-gozu-olacak-gundem-123322/. 14 Ağustos 2014 https://web.archive.org/web/20140814231130/ (#bare_url_missing_title).
- ↑ PKK'dan Cudi Dağı’ndaki teröristlere ‘eylem yapın’ baskısı. http://www.milliyet.com.tr/default.aspx?aType=SonDakika&ArticleID=513160 Arxivləşdirilib 2014-02-06 at the Wayback Machine "Arxivlənmiş surət". 6 Şubat 2014. Archived from the original on 2014-02-06. İstifadə tarixi: 2020-10-06.
- ↑ "Bayraktar Mini İHA Gelibolu'da tatbikatta!" Arxivləşdirilib 2015-05-05 at the Wayback Machine. Kokpit. Aero. 2015–04-18
- ↑ "Arxivlənmiş surət". 2014-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-06.
- ↑ "Arxivlənmiş surət". 2014-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-06.
- ↑ "Arxivlənmiş surət". 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-06.
Xarici keçidlər
redaktə- Baykar Arxivləşdirilib 2019-06-29 at the Wayback Machine (türk.)
- Bayraktar Mini UAV System Brochure (English) (türk.)Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine (türk.)
- Bayraktar Mini UAV System Brochure (Spanish) Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine (türk.) (PDF). 28 Eylül 2007 https://web.archive.org/web/20070928123326/http://www.baykarmakina.com/Brochures/Bayraktar_UAV_Spanish.pdf (#bare_url_missing_title). (türk.)
- Mini PUA (türk.)