Behbud Sahtaxtinski - Wikipedia
Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası – 30 may 1924, Tiflis) — diplomat.
Behbud ağa Şahtaxtinski | |
---|---|
Vəzifədədir | |
1923-cü ildən | |
yanvar 1922 – 3 mart 1922 | |
Əvvəlki | Abbas Qədimov |
Sonrakı | Teymur Əliyev |
Noyabr 1921 – ? | |
21 iyun 1920 – ? | |
Əvvəlki | Dadaş Bünyadzadə |
15 iyul 1920 – ? | |
12 iyun 1920 – 21 iyun 1920 | |
Əvvəlki | Əliheydər Qarayev |
Sonrakı | Vəzifə ləğv edildi. |
Dekabr 1918 – İyun 1920 | |
11 iyun 1918 – Sentyabr 1918 | |
Hümmət Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin sədr müavini | |
7 yanvar 1918 – 11 iyun 1918 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 1924 |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəBehbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur.
Behbud ağa Şahtaxtinski 1918-ci ilin mayında Bakı qəzası kəndli deputatları sovetlərinin qurultayında 15 nəfərdən ibarət İcraiyyə Komitəsinin heyətinə daxil edilmiş və şəxsən kəndlərdə yaranan hakimiyyət orqanlarının işinin düzgün təşkilinə ciddi səy göstərərək, kəndli sovetlərinin canlanıb qüvvətlənməsində yaxından iştirak etmişdir. 1918-ci ilin avqust-sentyabr aylarında Bakıda Sentrokaspi Diktaturası hakimiyyət uğrunda mübarizə apararkən Bakını müdafi edən Behbud ağa Şahtaxtinski həbs olunmuş, bir neçə vaxtdan sonra Bakıdan Gəncəyə göndərilmiş və 3 ay həbsdə qaldıqdan sonra azad olunub Naxçıvana gəlmişdir.[1]
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar.
Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi.
Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır.
Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur. Qars müqaviləsini Azərbaycan SSR adından Behbud ağa Şahtaxtınski imzalamışdır.[2]
1924-cü ildə Tiflisdə vəfat etmişdir və köhnə müsəlman qəbiristanlığında (hazırda Görkəmli Azərbaycanlılar panteonu ərazisi) dəfn olunmuşdur.
İstinadlar
redaktə- ↑ Həmzəyeva, Aygün. "Şahtaxtinskilərin diplomat oğlu". "Xalq qəzeti". 2024-11-27. İstifadə tarixi: 2024-11-29.
- ↑ "Naxçıvanın görkəmli şəxsiyyətləri". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-25.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Sevda İsmayıllı. "«Qars müqaviləsi» belə imzalandı və ya Beriyanın güllələdiyi adam" (az.). azadliq.org. 2014-10-13. İstifadə tarixi: 2014-10-20.