Behrud Korpusu - Wikipedia
Behrud Korpusu - Wikipedia - Haqqında Məlumat
Behrud körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Behrud kəndi yaxınlığında yerləşən tarixi-memarlıq abidəsi.
Üç aşırımlı, uzunluğu 10 paqonmetr olan Behrud körpüsü Gilançay üzərindədir. Körpünün XVII əsrin sonu XVIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Behrud körpüsü inşaat texnikasının müstəsnalığını, memarlıq simasını saxlamışdır. Körpü 1996-cı ildə yenidən qurulmuş, bununla da Ordubad rayonunun Parağa-Tivi-Nəsirvaz kəndləri arasında əlaqələr bərpa olunmuşdur.