Belorecensk Rayonu - Wikipedia
Beloreçensk rayonu (adıq Джаджэ район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Beloreçensk şəhəridir.
Beloreçensk rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
44°46′ şm. e. 39°52′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Beloreçensk[1] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 2 iyun 1924 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 121 m | ||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəRayonun sahəsi 1326 km²-dir. Ərazinin relyefi olduqca müxtəlifdir. Şərq hissəsində Qiaqin rayonuna tədricən 20-25 metr yüksələn bir düzənlik yerləşir. Qərb hissəsi əksinə enir.
Rayonda Velikoveçnoe balneoklimatik bir kurortu vardır.
Coğrafiyası
redaktəRayon 2 iyun 1924-cü ildə Cənub-şərq vilayətinin Maykop dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Azov-Qara dəniz vilayətinin Maykop şöbəsinin ləğv edilmiş Beloreçensk, Bjeduxovsk, Velikaya, Quriyks, Pşexskaya və Ryazansk volostslarının əraziləri daxil idi. Əvvəlcə rayon 12 kənd şurasından ibarət idi: Beloreçensk, Bjeduxovsk, Velikovo, Vorontsovo-Daşkov, Quriysk, Kubansk, Novoalekseyevsk, Oktyabrsk, Pşexsk, Ryazansk və Çerniqovsk.
16 noyabr 1924-cü ildən bu bölgə Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının, 13 sentyabr 1937-ci ildən isə Krasnodar diyarının bir hissəsi olmuşdur.
28 dekabr 1934-cü ildə Beloreçensk rayonundan Ryazansk rayonu tərkibindən ayrıldı
22 avqust 1953-cü ildə ləğv edilmiş Ryazan rayonunun ərazisi Beloreçensk rayonunun bir hissəsi olur.
1 fevral 1963-cü ildə Beloreçensk kənd bölgəsinin daha da formalaşdırılması ilə ləğv edilmiş Abşeron və Qoryaçeklyuçevsk rayonlarının kənd məclislərinə daxil oldur[4].
12 yanvar 1965-ci ildə Beloreçensk rayonu əvvəlki sərhədlərində bərpa edilir.
29 Noyabr 1979 - Beloreçensk respublika tabeliyi şəhərlər kateqoriyasına təyin edilir və mərkəz olaraq qalaraq rayondan ayrılır.
1993-cü ildə kənd sovetlərinin fəaliyyətinə son verilir.
2005-ci ildə rayonda Beloreçensk şəhəri də daxil olmaqla 11 inzibati bölgü qurulur.
Əhalisi
redaktə01.01.2006-cı il tarixinə rayon əhalisi 103 551 nəfər olmuşdur. Bunlardan 52,1% -i şəhər, 47.9% -i kənd sakinləridir. Bütün daimi əhali arasında kişilər 46,7%, qadınlar 53,3% təşkil etmişdir. Ümumi əhalinin 61686-ı (59,6%) əmək qabiliyyətli insanlar, 21,6% -i pensiyaçılardır.
- Urbanizasiya
Şəhər şəraitində (Beloreçensk şəhəri) bölgə əhalisinin 47.44% -i yaşayır.
İnzibati-ətazi vahidləri
redaktəYanaul rayonunda 10 kənd inzivati vahidliyinə 68 yaşayış məntəqəsi daxildir.
Tanınmış şəxsləri
redaktəStepan Trofimoviç Qolenev - Sovet İttifaqı Qəhrəmanı. Panteleymon Kondratieviç Ponomarenko - görkəmli Sovet partiyası və dövlət xadimi, general-leytenant.
İqtisadiyyat
redaktəSənaye
redaktəİqtisadiyyatın əsas sahələrinin strukturunda sənaye əsas yer tutur. Rayonun iqtisadi potensialının əsasını kimya və emal sənayesi, tikinti materialları istehsalı və istehlak xidmətləri bazarı təşkil edir. Sənaye kompleksinin strukturunda ən vacib yeri sənaye istehsalının 45,0% -dən çoxunu təşkil edən qida sənayesi tutur. Payonda bitki yağı, şirniyyat, çörək məhsulları və konserv məhsulları istehsal olunur.
Kənd təsərrüfatı
redaktəKənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi 67 min ha, bunlardan 54 min hektarı əkin sahələridir.
İstinadlar
redaktə- ↑ 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Указ Президиума ВС РСФСР от 01.02.1963". www.libussr.ru. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
Mənbə
redaktə- Официальный сайт района Arxivləşdirilib 2017-07-11 at the Wayback Machine
- Муниципальное образование Белореченский район
- Белореченский район на портале исполнительных органов власти края Arxivləşdirilib 2009-02-15 at the Wayback Machine
- Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов
- Новости Белореченска- лента белореченских новостей из независимых и официальных источников