Benedetto Menzini - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Benedetto Menzini (29 mart 1646[1], Florensiya[2] – 7 sentyabr 1704[1], Roma[2]) — italyan şairi.
Benedetto Menzini | |
---|---|
Təxəllüsü | Euganio Libade |
Doğum tarixi | 29 mart 1646[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 sentyabr 1704[1] (58 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı, katolik keşişi[d], keşiş |
Əsərlərinin dili | italyan dili |
Həyatı
redaktəBenedetto Menzini 1646-cı ildə yoxsulluq içində dünyaya gəlmişdir. Keşiş olmuş, natiqlik üzrə dərs demişdir. Papa XII İnnokenti və XI Klimentin qayğısı sayəsində hörmət və firavanlıq qazanmışdır. O, şüurlu olaraq marinizmdən uzaqlaşır. Onun "Poeziya sənəti" adlı kitabı Bualonun əsəri kimi klassisizmin əsas müddəalarının şərhinə həsr olunmuşdur. Bir klassisist kimi Mendizini sənətkarın vəzifəsini "dərin həqiqətləri aydın və yüksək formada əks etdirməkdə" görmüşdür. Tasso və Kyabrera kimi sənətkarların ədəbi irsinə əsaslanan ədib italyan klassisizminin nəzəriyyəçisi və qanunvericisi kimi şöhrət tapmışdır. Onun 1680-ci ildə çap olunmuş "Lirik şeirlər" kitabında klassisizm ədəbiyyatına məxsus meyllər aydın şəkildə nəzərə çarpır.
Benedetto Menzini 1704-cü ildə vəfat edib.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Istituto dell'Enciclopedia Italiana Menzini, Benedetto // Enciclopedia on line (it.).
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |