Benfika Muzeyi - Wikipedia
Benfika muzeyi və ya Cosme Damião — Portuqaliyanın tanınmış futbol komandası sayılan "Benfika" klubunun titullarını və tarixini özündə əks etdirən bir idman muzeyidir. Muzey həmçinin klubun yaradıcılarından birinin şərəfinə "Kosme Damian" adlanır.
Benfika muzeyi | |
---|---|
Əsası qoyulub | 26 iyul 2013 |
Mövzu | İdman muzeyi |
Ölkə | |
Yerləşir | Eysebio da Silva Ferreira prospekti |
Ziyarətçi sayı | 400.000 |
Direktor | Luis Lapao |
İş rejimi | 10:00 – 18:00 |
38°45′09″ şm. e. 9°11′04″ q. u.HGYO | |
museubenfica.slbenfica.pt | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin açılışı Luis Felipe Vieyranın rəhbərliyi altında 2013-cü ilin 26 iyul tarixində olmuşdur və iyulun 29-da ictimaiyyətin istifadəsinə verilmişdir. Muzeyin tikintisi 1 il 3 ay vaxt çəkmişdir.
Muzey stadionun yaxınlığında yerləşir, 4000 kv metr ərazini əhatə edir və 3 mərtəbədən ibarətdir. Burada 500-dən artıq mükafat sərgilənir. Muzeydə həmçinin 29 müxtəlif mövzunu özündə əks etdirən otaqlar fəaliyyət göstərməkdədir. Buraya klubun digər idman növlərində qazandığı 1000-dən artıq mükafat və buna dair 20.000-dən artıq sənədlər, əşyalar, şəkillər, audio və video fayllar daxildir. Həmçinin muzeydə Portuqaliya və dünya ilə bağlı önəmli hadisələrin (Lissabon zəlzələsi (1755). Qərənfil inqilabı, Apollon 11) ekran toxunuşlu görüntüləri yayınlanmaqdadır. Tanınmış portuqal futbolçu Eysebionun şüalar vasitəsilə canlandırılan rəsmi tamaşaçılara nümayiş etdirilir. Muzeydə fəaliyyət göstərən bütün liftlərdə klub ilə bağlı video mesajlar verilir. Muzeyin ən hündür nöqtəsi olan geodeziya günbəzində isə klubun tarixi ilə bağlı qısa filmlər nümayiş etdirilir.[1][2][3][4]
Muzeydə klubun ən parlaq oyunçusu olmuş Eysebio və klubun Salazar dövründəki durumu haqda geniş məlumat verilir. Həmçinin muzeyə gələn qonaqlar stadion tur üçün bilet əldə edə bilərlər. Bu zaman onlar klubun ev stadionu olan Estadio da Luz stadionuna, paltardəyişmə otağına və mətbuat konfransının keçirildiyi məkana daxil ola bilirlər.
12 dekabr 2014-cü ildə muzey Portuqaliya Muzey Assossasiyası tərəfindən Portuqaliyanın ən yaxşı muzeyi mükafatını qazanmışdır.[5]
İstinadlar
redaktə- ↑ Edisport. ":.: Museu dá o pontapé de saída – Benfica – Jornal Record :.:". xl.pt. 2013-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-27.
- ↑ VISÃO – Impresa Publishing S.A. "Visita guiada ao novo Museu do Benfica". Visão. 2013-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-27.
- ↑ Edisport. ":.: O que pode ver no Museu do Benfica – Fotogalerias – Jornal Record :.:". xl.pt. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-27.
- ↑ "Bicampeões para a história" [Back-to-back champions for the ages]. Visão (Portuguese). Portugal: Impresa Publishing. May 2015. 62–63. ISSN 0872-3540.
- ↑ "Museu Cosme Damião considerado o melhor português de 2014" [Museu Cosme Damião considered the best Portuguese museum of 2014] (Portuguese). S.L. Benfica. 12 December 2014. 13 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 December 2014.