Benzaldehid - Wikipedia
Benzaldehid - aromatik aldehidlərin ən sadəsi benzoy aldehididir: C6H5CHO.Molekul kütləsi 106,12 olan benzoy aldehidi acı badam iyi verən rəngsiz mayedir. Ərimə temperaturu -260C, qaynama temperaturu 1790C-dir. Etanolda, efirdə və başqa üzvi həlledicilərdə yaxşı həll olur.Suda pis həll olur.Uzun müddət saxladıqda havanın oksigeni ilə benzoy turşusuna çevrilərək saralır.
Benzaldehid | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₇H₆O[1] |
Molyar kütlə | 106.12 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1.0415 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −26 °S |
Qaynama nöqtəsi | 178.1 °S |
Alışma temperaturu | 62 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 100-52-7 |
PubChem | 240 |
SMILES | O=Cc1ccccc1 |
ChEBI | 17169 |
ChemSpider | 235 |
Alınması
redaktəBenzoy aldehidi acı badam yağında qlükozid (amiqdalin) şəklində rast gəlir.Benzoy aldehidini almaq üçün aşağıdakı üsullardan istifadə olunur:
- Toluolu manqan-peroksid və sulfat turşusu vasitəsi ilə oksidləşdirmək;
- benzalxloridi təbaşir və ya əhəng suyu ilə qızdırmaq;
- Qatterman - Kox reaksiyasına əsasən HCl və AlCl3 iştirakı ilə benzolu və dəm qazından almaq olar.
Kimyəvi xassələri
redaktəBenzoy aldehidi gümüş oksidi ilə oksidləşərək, benzoy turşusuna çevrilir.Benzoy aldehidi hidroksilaminlə benzaldoksim əmələ gətirir. Benzaldehidə xlorla təsir etdikdə benzoy turşusunun xloranhidridi alınır.Ammonyakla təsir etdikdə hidramid alınır.Qələvilərin qatı məhlulu və ya spirt məhlulu ilə təsir etdikdə iki molekul benzoy aldehidindən biri benzoy turşusunun duzuna, ikincisi isə benzil spirtinə çevrilir.Benzoy aldehidi alifatik aldehidlər, ketonlar, turşular və onların duzaları ilə kondensləşərək, doymamış aromatik aldehid və ya turşular əmələ gətirir. Benzoy aldehidi aromatik aminlər və fenollarla kondensləşdikdə trifenilmetan törəmələri əmələ gəlir.
- C6H5CHO + HCN = C6H5CH(OH)CN
Bundan əlavə, benzaldehid kondensləşmə reaksiyasına daxil olaraq digər nukleofil reagentlərlə reaksiyaya girir. Qrinyar reaktivi ilə ilə benzaldehid müvafiq ikili spirtlərə çevrilir. Qələvinin təsiri altında benzaldehid Kannissaro reaksiyasına girərək benzil spirti və benzoy turşusu əmələ gətirir.
Tətbiqi
redaktəBoyaların və ətirli maddələrin sintezində,parfümeriya-kosmetik kompozisiyaların alınmasında,qida aromatizatoru kimi,həlledici kimi, amfetamin sinetzində tətbiq edilir.
Badam turçusunun sintezində istifadə olunur.
- boyaların, ətirlərin sintezi üçün
- parfümeriya və kosmetik kompozisiyalarda,
- qida aromatizatoru olaraq,
- həlledici kimi
- amfetamin sintezi üçün istifadə olunur.
Təhlükəsizliyi
redaktəÖz-özünə alışma temperaturu 2050C.Benzaldehid gözləri və yuxarı tənəffüs yollarını qıcıqlandırır. İnsan üçün ölümcül dozası 50-60 qramdır.
Ədəbiyyat
redaktə- M.Mövsümzadə, P.Qurbanov. Üzvi kimya II hissə, 198
- Бензойный альдегид // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- ↑ benzaldehyde (ing.).