Ber Comcexulu - Wikipedia
Ber çömçəxulu (lat. Benthophilus baeri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Ber çömçəxulu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ber çömçəxulu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yayılması
redaktəƏsasən Orta və Cənubi Xəzərdə qeydə alınmış endemik növdür. Azərbaycan sahillərində Xaçmazdan Giləziyə qədər çoxsaylı, qalan hissədə isə azsaylıdır.
Morfoloji əlamətləri
redaktəD I-II, I 7-8, A I 7-dir. Birinci bel üzgəcində 1 şüa olur. Bədəni gödək, ön hissəsi xüsusən baş nahiyəsində enli və yoğundur. Ağzın küncləri arxasında dəri qırış əvəzinə dəri bığcıq vardır. Bədənin üst tərəfi, böyürləri və başı daha iri piramidaşəkilli və ulduzlu sümük tikancıqlarla örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri xal vardır. Uzunluğu 80 mm-ə qədər olur.
Çoxalması
redaktəBiologiyası hələ öyrənilməmişdir.
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.