Beringiya Berzexi - Wikipedia
Beringiya — Biocoğrafi bölgə olaraq Avrasiyanın şimal-şərqi və Şimali Amerikanın şimal-qərbində yerləşirdi. Hazırkı Berinq boğazı, Çukot dənizi və Berinq dənizi akvatoriyasının müəyyən hissəsini özündə birləşdirirdi. Üstəlik Çukot yarımadası və Kamçatka (Rusiya), Alyaska ştatının (ABŞ) ərazisini özündə birləşdirirdi. Berinq və ya Beringiya adanı almış tarifdə suya bataraq yenidən üzə çıxan tarixi bərzəx.[1].
Tarixi
redaktəAlimlər müəyyənləşdirmişlər ki, Berinq boğazının yerində bərzəx olmuşdur və həmin bərzəx ən azı 8 dəfə üzə çıxaraq suyun dibinə gömülmüşdür. Hər dəfə materiklərin birləşməsi baş verərkən hər iki tərəfə heyvanlar miqrasiya etmişlər.
Ümumiyyətlə götürdükdə iki materikin birləşdiyi bu ərazini heçdə bərzəx adlandırmaq olmaz. Beləki onun şimaldan cənuba eni 2000 km təşkil edirmiş. Beringiya termini bərzəx anlamında ilk dəfə 1937-ci ildə isveç botanik və coğrafiyaçı Erik Hulten tərəfindən işlədilir[2].
Sonuncu dəfə materiklər 10–11 min il öncə ayrılmışdır. Bundan öncə bərzəx 15–18 min il mövcud olmuşdur.
Müasir araşdırmaçıların dediyinə görə Amerika və Asiya arasında bərxəğin tarixi boyu əlaqələr açıq olmuşdur. İki mil il əvvəl isə şimal və cənubdan iri Aysberlər sədd yaradaraq əlaqəni mümkünsüz etmişdir.
Böyük ehtimallar vardirki asiyadan amerikaya köç edənlər əraziyə daha önçə gələnlər idilər.
Bərzəxin itməsinə qədər sibirdə yaşıyan xalqların əcdadları keçidi keçərək Amerikada yeni xalqların meydana gəlməsinə vəsilə olmuşdurlar. Hindular — Polineziyalılar.
Boğaz formalaşdıqdan sonra isə əlaqələr müəyyən müddətə kəsulmişdir. Bununla belə bir müddət sonra su yolu və buzlarla əlaqə təmin edilmişdir. (Eskimoslar, Aleutlar).
İstinadlar
redaktə- ↑ ""Bioloji ensiklopedik lüğət." Ql. Red. М. S. Qilyarov; Redkol.: А. А. Babayev, Q. Q. Vinberq, Q. А. Zarazin və b. — 2-е h., . — М.: Sov. Eskiklopediya, 1986". 2019-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
- ↑ John F. Hoffecker; Scott A. Elias. Human Ecology of Beringia. Columbia University Press. 15 June 2007. səh. 3. ISBN 978-0-231-13060-8. 9 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2015.
Ədəbiyyat
redaktə- Andrey Kamenev, Beringiya: National Geographic Rusiya, fevral 2009, s. 106–121.
- Kojevnikov Y. P., Jeleznoye-Çukotski N. K. Beringiya: Tarix və evalutsiya — М.: Elm, 1995 Arxivləşdirilib 2015-05-25 at the Wayback Machine
- Kondratov А. М. Beringiya adlı torpaq olmuşdur — Maqadan: Maqadan k. h, 1981 Arxivləşdirilib 2015-05-25 at the Wayback Machine