Berlin Seher Sarayi - Wikipedia
Berlin Şəhər Sarayı (alm. Berliner Schloss) — 1443-cü ildə Berlində inşa edilmiş, lakin 1950-ci illərdə uçurulmuş bir tarixi barokko binadır. Bugünkü Almaniyanın paytaxtı Berlinin Mitte adlı gecəqondusunda yerləşirdi.
Berlin Şəhər Sarayı Prussiya əyalətinin kral və şahzadələrinin iqamətgahı idi, yəni Hohensollernlər sülaləsinə aid idi.
1918-ci ildə Alman imperiyası monarxiyadan respublikaya keçdikdən sonra saray muzeyə çevrildi. İkinci dünya müharibəsində saray çox zərər görmüşdü və 1945-ci ildə tarixi saray Sovet rus əsgərləri tərəfindən atəşə tutuldu. Tamamilə yanğının qurbanı oldu[1].
Şərqi Almaniyaya gələn yeni sosialist hökuməti, şəhərin ən gözəl binalarından biri olan sarayın dağıntılarını 1950-ci ildə dinamitlərlə uçurdu və yerinə müasir memarlığı ilə Respublika Sarayını tikdirdi.
Berlin Şəhər Sarayı 2013-cü ildən etibarən orijinalına uyğun olaraq yenidən quruldu. Yenə əvvəlki kimi muzey olaraq istifadə edilməkdədir[2].
İstinadlar
redaktə- ↑ "What's the point of rebuilding Germany's palaces?" (ingilis dili). apollo-magazine.com. 11 aprel 2019 tarixində arxivləşdirilib.
- ↑ "So verlief das Richtfest am Berliner Schloss" (alman dili). tagesspiegel.de. 9 may 2019 tarixində arxivləşdirilib.