Bethoven Haydn Motsart Abidesi - Wikipedia
Bethoven Haydn Motsart Abidesi - Wikipedia - Haqqında Məlumat
Bethoven-Haydn-Motsart Abidəsi (alm. Komponistendenkmal) 1904-cü ildə Lüdviq van Bethoven, Yozef Haydn və Volfqanq Amadey Motsartın şərəfinə Rudolf və onun oğlu Volfqanq Zimerinq tərəfindən hazırlanmış abidədir. Abidə 10 metr hündürlüyündə və 3 hissədən ibarətdir. Abidənin birinci üzündə Volfqanq Amadey Motsart, ikinci üzündə Lüdviq van Bethoven, üçüncü üzündə isə Yozef Haydn təsvir edilmişdir. İkinci dünya müharibəsi zamanı abidə ciddi zədə alsada sonradan bərpa edilmişdir. Abidə Berlin şəhərinin Tirqarten parkında yerləşir və II Vilhelmin tapşırığı əsasında tikilmişdir.[2]
Bethoven-Haydn-Motsart Abidəsi | |
---|---|
Komponistendenkmal | |
52°30′49″ şm. e. 13°22′13″ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Şəhər | Berlin |
Yerləşir | Tirqarten parkı |
Tikilmə tarixi | 1904 |
Hündürlüyü | 10 m[1] |
Material | mərmər[1], tunc[1], qranit[1], bənna[d][1] |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Bildhauerei in Berlin. 2004.
- ↑ "Beethoven-Haydn-Mozart statue in Berlin vandalized with anti-Semitic graffiti". Famagusta Gazette. 15 September 2014. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 June 2015.