Bexerovka - Wikipedia
Bexerovka[1][2][3][4][5][6] (çex. Becherovka, [ˈbɛxɛˌrofka]), ilk adı Karlsbader Becherbitter — 38 %-li möhkəm Çexiya ferneti (liköru). İçki əvvəllər mədə ağrıları üçün bir vasitə kimi istifadə edilirdi.
Bexerovka | |
---|---|
Növü | bitter |
Alkoqol | 38 % (V/V) |
İstehsalçı | Becherovka A.S. |
Mənşəsi | |
Yaradıldığı il | 1807 |
becherovka.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Likörun tarixi
redaktəBexerovka Karlovar əczaçısı, alman əsilli Yozef Vitius Bexerin (çex. Josef Vitius Becher) adı ilə bağlıdır. O, bu içkini 1807-ci ildən satmağa başlamışdı. 1841-ci ildə onun oğlu Yohann Bexer artıq sənaye miqyasında içkini istehsal etməyə başlamışdı. Biznes çiçəklənir və ailəvi "Üç torağay" (çex. U třech skřivánek) apteki artıq saysız-hesabsız insan axınını gəbul edə bilmir və buna görə də Yan Karlsbad ətrafında yerləşən Steinberky adlı yerdə yeni fabrik açmağa qərar verir. 1890-cı ildə Yoxanın oğlu Qustav Bexer atasının şərəfinə «Yohann Bexer» adlı ticarət nişanını qeydə almışdı.
Sovet ordusunun 1945-ci ildə Çexoslovakiya ərazisini alman işğalçılarından azad etməsindən sonra, milliləşdirmə kampaniyası çərçivəsində Bexerlər ailəsi ölkədən sürgün edilmişdi. Firma milliləşdirilildikdən sonra, «Yohann Bexer» adı «Yan Bexer» ilə əvəz edilmişdi[7]
Öz tarixi boyunca, Bexerovka Paris, Vyana və digər şəhərlərdə düzənlənən sərgilərdə dəfələrlə çoxsaylı mükafat və medallar qazanmışdı.
İstehsal
redaktəBecherovka A.S. şirkəti hazırda Becherovka likörunun digər növlərinin itehsalı ilə məşğuldur. Likörun fərqli çeşidləri var[8]., məsələn:
- Becherovka Original — 1807-ci ildən bəri dəyişməz resepti olan klassik çex liköru. Alkoqolu - 38 %.
- Becherovka Cordial — cökə ağac çiçəklərinin çalarları ilə hazırlanmış likör. Alkoqolu - 35 %.
- Becherovka KV 15 — qırmızı şərab əlavəli likör. Alkoqolu - 40 % (artıq istehsal edilmir).
- Becherovka Lemond — sitrus meyvələrin ətri və dadı ilə hazırlanmış likör. Alkoqolu - 20 %.
- Becherovka KV 14 — qırmızı aperitiv. Alkoqolu - 40 %.
Eyni zamanda likör toniklə də servis olunur, alınan mikstura "beton" (BEcherovka+TONic) adı ilə tanınır. Tonikın acımtıl dadı Bexerovkanın çiçək və otlardan ibarət aromatını xüsusilə vurğulayır[9]. Beton mükəmməl sərinləşdirici hesab olunur.
-
Becherovka Original
-
Becherovka Lemond
-
Yan Bexer muzeyi
Müalicəvi xassələri
redaktəİddiaya əsasən, Bexerovka həzm sistemi üzərində müsbət təsir göstərir (baxmayaraq ki, içkinin bəzi müalicəvi xüsusiyyətləri şübhə altındadır).
İçkinin qəbulu
redaktəBexerovkanı kiçik qədəhlərə tökürlər və adətən nahardan əvvəl və ya axşam saatlarında qəbul edirlər. Onu təmiz şəkildə və ya çay və qəhvəyə əlavə kimi içmək olar. Bexerovka bir çox kokteylin əsasını təşkil edir (qarağat nektarı və tonik qarışığında). Bir çox insanlar liköru pivə ilə parallel içməyi sevirlər. İçkini soyuq halda içmək məsləhət görülür.
Məşhur istehlakçılar
redaktəKarlovar spirtli içkisinin ən məşhur pərəstişkarı Çexiya prezidenti Miloş Zemandır. Onun sözlərinə görə, Bexerovka "səhər saat 10-da və axşam vaxtlarında insana əsl zövq verir"[10].
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Ударение в чешском языке". 2014-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-26.
- ↑ Чешский язык. Раздел «Фонетика» Arxivləşdirilib 2012-05-23 at the Wayback Machine // Официальный сайт Чешской Республики
- ↑ Ударение в чешском языке. Фонетика Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine // Сайт onlineczech.ru
- ↑ О. С. Широков Ударение в чешском языке Arxivləşdirilib 2011-12-20 at the Wayback Machine // «Языковедение: введение в науку о языках». Москва, «Добросвет», 2003. С. 294-301.
- ↑ Ударение в чешском языке Arxivləşdirilib 2011-12-28 at the Wayback Machine // Сайт www.lingvisto.org
- ↑ Образцы современного произношения Arxivləşdirilib 2014-01-11 at the Wayback Machine, ударение на второй слог
- ↑ Игорь Бурлаков Karlovarska Becherovka Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine // Сайт «Интернет-путеводитель ресторанов Эстонии», 2006 год.
- ↑ "Бехеровка. Секретный рецепт чешского напитка". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-26.
- ↑ "Рецепты коктейля «Бетон»". 2012-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-27.
- ↑ Игорь Бурлаков Likier Czeski Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine // Informacje o produkcie Becherovka 0.7l 38%