Beynelxalq Kend Teserrufatinin Inkisafi Fondu - Wikipedia
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (ing. İFAD) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat[2], Fond yoxsul kənd sakinlərinə yardım göstərir.
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu | |
---|---|
ing. İFAD | |
Növü | Beynəlxalq |
Yaranma tarixi | 1977 |
Qeydiyyat tarixi | 1977 |
Mərkəzi | Roma, İtaliya |
Sədr | Kanayo Nunze[1] |
ifad.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaradılması
redaktəFond beynəlxalq ərzaq konfransının qərarı ilə 1977-ci ildə İtaliyanın Roma şəhərində təsis edilmişdir.
Əsas məqsədi
redaktəİnkişaf etməkdə olan ölkələrdə ərzaq məhsullarının artırılması üçün kənd təsərrüfatının inkişafı üzrə layihələrin maliyyə və texniki müdafiəsi
İFAD o ölkələrə uzunmüddətli şərtlərlə kreditlər verir ki, bu fondda onlar iştirak etsinlər.
Üzv dövlətlər
redaktəBirinci dərəcəli donor ölkələr
redaktəAvstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Finlandiya, İsveçrə, Yaponiya
İkinci dərəcəli donor ölkələr
redaktəƏlcəzair, Venesuela, Qabon, İndoneziya, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri
İFAD Azərbaycanda
redaktə2011-ci ildə Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) Azərbaycana 19,35 mln. dollar kredit ayırmışdır. Kredit Azərbaycana ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə verilmişdir. Kredit sazişini Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və IFAD-ın prezidenti Kanayo F.Nvanze fondun Romadakı mənzil-qərargahında imzalayıblar. Layihə Ağdaş, Yevlax, Şəki və Oğuzda 50 min kəndli ailəsinə yardım göstərilməsini nəzərdə tutur. Layihənin istiqamətlərindən biri irriqasiya sisteminin yaxşılaşdırılmasıdır. Bu layihə ilə İFAD Azərbaycanda 5 layihə maliyyələşdirmiş olur[3].
İstinadlar
redaktə- ↑ "İlham Əliyev BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun prezidentini qəbul etmişdir — president.az saytı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-07.
- ↑ İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011. səh.602-603.
- ↑ Nərmin Rəhimova. "Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu Azərbaycana 19, 35 milyon dollar kredit ayırıb" (az.). gun.az. 29 İyun 2011 [12:42]. İstifadə tarixi: 07-04-2014.[ölü keçid]
Xarici keçidlər
redaktə- İlham Əliyev BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun prezidentini qəbul etmişdir — president.az saytı
- "Azərbaycan Respublikası ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu (İFAD) arasında Proqram Kredit Razılaşması (Dağlıq və Yüksək Dağlıq Ərazilərdə Kənd Yerlərinin İnkişafı Proqramı) və Xüsusi Əməliyyatlar üçün Qrant Sazişinin, Azərbaycan Respublikası, Gürcüstan və İFAD arasında Əməkdaşlıq Memorandumunun Azərbaycan Respublikası hökuməti adından imzalanması səlahiyyətlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2000-ci il tarixli 501 saylı Sərəncamı" (az.). e-qanun.az. İstifadə tarixi: 2014-04-07.[ölü keçid]
- "Azərbaycan Respublikası ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) arasında Proqram Kredit Razılaşmasının (Dağlıq və Yüksək Dağlıq Ərazilərdə Kənd Yerlərinin İnkişafı Proqramı) və xüsusi Əməliyyatlar üçün Qrant Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2001-ci il tarixli 611 saylı Sərəncamı" (az.). e-qanun.az. İstifadə tarixi: 2014-04-07.[ölü keçid]