Beynelxalq Huquq - Wikipedia
Beynəlxalq hüquq — hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Beynəlxalq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir.
Müasir Beynəlxalq hüquq
redaktəMüasir Beynəlxalq hüququn 400 il əvvəl yarandığını, formalaşmağa başladığını desək də beynəlxalq sistemin fundamental konsepsiyalarının yaranmasını min illər əvvəl dövlətlərarası siyasi münasibətlərdə görə bilərik. Təxminən e.ə 2100-cü ildə Laqaş və Umma hakimlərinin bağladıqları müqaviləni buna misal göstərmək olar. Bu müqavilə dövlətlərarasındakı sərhədləri müəyyənləşdirirdi. Başqa bir nümunə II Ramzes və Hetlər arasında bağlanmış əbədi sülh və qardaşlıq müqaviləsini göstərə bilərik. Hansı ki e.ə 1286-cı ildə bağlanmışdı. Bu müqavilə Şam şəhərinin şimalında (Kadeş şəhərində) bağlanıb və müharibənin bitməsini, ərazi bütövlüyünü və nəhayət müdafiə alyansının yaradılmasını da nəzərdə tuturdu.
Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddaratını təyin etmə prinsipi və s.
Dövlətlər, beynəlxalq hüququn subyektləri ilə öz münasibətlərini xarici siyasət əsasında qurur və bu siyasətin yerinə yetirlməsi nəticəsində beynəlxalq hüquq normaları yaradır ki, bunlar da müxtəlif formalrda olur. Bu münasibətlər iki tərəfli, regionla, universal səviyyədə qurula bilir. Bunun da əsasını müqavilə və konvensiyalar təşkil edir.
Xarici siyasət dövlətin beynəlxalq münasibətləri ilə, məqsədləri, istiqamətləri, vəzifəsini müəyyənləşdirir. Dövlətlər xarici siyasət həyata keçirərkən əsas məqsədləri onun öz vətəndaşlarının hüquq və azdlıqlarının qorunması və müdafiəsi eləcə də dövlətin irəliləyişi üçün çox əlverişli mühitin yaradılması və təhlükəsizliyini təmin etməkdən ibarətdir.
Beynəlxalq hüququn xarci siyasətlə və ümumiyyətlə siyasətlə bağlılığı, onlardan hansının daha önəmli olması və hansının digərini kölgədə saxlamsı məsələsi bu suallar və onların cavabı çox vacib olan məsələlərdir. Ancaq burada bir həqiqət də var ki, hansı daha güclüdür və bütün mübahisələrə baxmayaraq, onların arasında qırılmaz əlaqə vardır . Bu hətta beynəlxalq məhkəməninin aktlarında da öz əksini tapmışdır.
Beynəlxalq məsuliyyət
redaktəDövlətlərin məsuliyyəti beynəlxalq hüququn əsas prinsipidir və beynəlxalq sistemin təbiətindən və dövlətlərin müstəqillliyi və bərabərliyi barədə doktrinalardan irəli gəlmişdir. Beynəlxalq məsuliyyət anlayışı beynəlxalq hüquq subyekti tərəfindən həyata keçirilmiş beynəlxalq hüquqa zidd hərəkətlərin və beynəlxalq hüquqa uyğun fəaliyyət zamanı yol verdikləri hərəkətlər zamanı meydana çıxan zərərli təsirlərin nəticələrini zərər görən beynəlxalq hüquq subyektinə münasibətdə aradan qaldırmaq məqsədi daşıyan beynəlxalq hüquq institutudur.
Beynəlxalq Əmək Hüququ
redaktəBeynəlxalq Əmək Hüququ sahəsində ilk müqavilələr 19-cu əsrin başlanğıcında bağlanmışdır. Əmək hüququnun beynəlxalq sferada tənzimetmə mexanizminin yaranması İngiltərədə Robert Ouenin (Robert Owen), Fransada Blan və Vilyermin, Belçikada isə Düsepetönün (Ducepetiaux) adı ilə bağlıdır. Elzaslı sənaye sahibi David Leqranın işçilərin əmək hüquqlarının sistemli şəkildə qorunması və bu hüquqların qorunub inkişaf etdirilməsi ideyası 1840-1855-ci illər arasında əsas Avropa dövlətlərinin hökumətlərinə ünvanlanmışdır.
Mənbə
redaktə- Malcolm N. Shaw International Law Taschenbuch: 1434 Seiten Verlag: Cambridge University Press; Auflage: 5 (25. September 2003) ISBN 0521531837 ISBN 978-0521531832 (ing.)
- www.azhumanrights. Arxivləşdirilib 2012-03-03 at the Wayback Machine