Beynelxalq Qeyri Hokumet Teskilatlari - Wikipedia
Beynəlxalq qeyri-hökumət təşkilatları (ing. International Non-Governmental Organizations) — müxtəlif ölkələrin ictimaiyyətinin müxtəlif təbəqələrindən olan oxşar və ya ümumi sosial, siyasi, iqtisadi, ideya, peşəkar və digər maraqlı təşkilati rəsmiləşmiş birliklər. BQHT-ları ayrı-ayrı şəxslərin müxtəlif milli cəmiyyətləri və ittifaqlarını birləşdirir.
Beynəlxalq qeyri-hökumət təşkilatları xalqlar arasında ünsiyyət formalarından biridir. Bir sıra BQHT-nın fəaliyyətləri səhralaşma problemləri ilə əlaqədardır[1].
Beynəlxalq QHT-lər 1952-ci ildən Avropa Şurası yanında məsləhətçi statusuna malikdirlər. 2003-cü ilin noyabrında beynəlxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rolunu tanımasından irəli gəldi. Bu status Nazirlər Komitəsinin Qətnaməsi (2003) tərəfindən idarə olunur. Bu cür statusa malik olmaq istəyən Beynəlxalq QHT-lər xüsusilə onların sahəsində (sahələrində) təmsil olunmalıdır. Onlar Avropa Şurasının məqsədlərini izləməli və onun fəaliyyətinə öz töhfələrini verməlidirlər. Bu günə kimi təxminən 370 beynəlxalq QHT bu cür statusa malikdir. Onlar ümumi tədbirlər planı haqqında yekun qərar vermək məqsədilə ildə bir dəfə olaraq Avropa Şurası Beynəlxalq QHT-in Konfransını keçirirlər
İstinadlar
redaktə- ↑ Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.