Bharatnatyam - Wikipedia
Bharatnatyam və yaxud Sadir[1] — klassik hind rəqs sənətinin ən qədim forması.[2]
Tarixi
redaktəBharatanatyam sənətinin nəzəri əsasları ən qədim hind mətni olan "Natyaşastra"da tapılmışdır.[3][4][5]
İlkin dassiatam adını devadasilərin (allahların kənizləri) e.ə. I minilliyin sonu – eramızın I minilliyinin əvvəllərində Hindistanın cənubunda yaranmış məbəd rəqsindən götürmüşdür. Tədricən bütün Hindistana yayılaraq (və İndoneziya, Kamboca, Yaponiyaya da keçərək), cənub rayonlarında ayin səciyyəli olmuş, şimal rayonlarında isə (təqr. XIII–XIV əsrlərdən) dünyəvi rəqs kimi populyarlıq qazanmışdır.[2]
Bharatnatyam müasir şəklini XIX əsrin əvvəlində almışdır.[2]
XX əsrin sonlarında Bharatnatyamın çoxsaylı məktəb və üslubları formalaşmışdır.[2] Bharatnatyam "Natyaşastra" sanskrit traktatında əksini tapan kanonlara uyğundur; belə ki, rəqs iki əsası: tandava (kişilər üçün Şivanın çılğın rəqsi) və lasyanı (qadınlar üçün ilahə Parvatinin incə rəqsi) simvolizə edir[2]. Klassik rəqsin əsasını üç mütləq komponent təşkil edir: natya (dramatik), nritta (ritmik rəqs hərəkətlərinin özü) və nritya (emosional vəziyyətin və müvafiq ovqatın ifadəsi). B. sənətində bilavasitə rəqs süjetli pantomim və musiqili-poetik əsasla birləşir.[2] Burada bədən hərəkətləri sistemi (angik) ətraflı işlənilmişdir. Fiqurların bir-birini əvəz etməsindən istifadə edərək, rəqqas sözsüz hekayə danışa bilər. Bharatnatyam müğənni və musiqiçilərin müşayiəti ilə bir neçə hissədən ibarət solo rəqs-tamaşadır: üç növ salamlama ilə (Allahı, həmkarları və musiqiçilərlə tamaşaçıları) başlayır, cəld, həm də asta və yüksək texnikalı lirik bölmələrlə davam edir, sakit reçitativli epizod ilə sona yetir.[2] Bharatnatyamda ifaçının cinsindən asılı olmayaraq incəliklə mərdlik, heykələbənzərliklə rəvanlıq uyuşur, obrazlı ifa dəliliyə isə poeziya (teluqu, tamil dillərində, sanskritdə) və raqaya əsaslanan musiqi səbəb olur.[2] Dini bayramlar zamanı məbədlər qarşısında oynanılan xoreoqrafik dramların əsasını Bharatnatyam təşkil edir.[2]
Ardıcıllıq
redaktəPuşpanjali
redaktəTamaşanın başlanğıcı "puspandjali" adlanır ki, bu zaman girişin bir hissəsini oynayan rəqqas "çiçəklərlə salam" verilir. Rəqs ifaçısı tanrılar, müəllim və tamaşaçıları simvolik bir çiçək təqdim edir, sonra kaotubamı təqlid edir. Hansı ki, "kaotubam" tanrı Qaneşa, Şiva və ya Karttikeyeyə dua edən bir ünvandır.
Alaripu
redaktəJatisvaram
redaktəŞabdam
redaktəVarnam
redaktəPadam
redaktəTilana
redaktəŞlokam və Manqalam
redaktəCavali
redaktəBəzən Bharatnatyam da "Javali" hekayə rəqsini özündə birləşdirir; adətən bu hekayədə bir sevgilisi ilə görüşə gedən bir qız haqqında danışılır.
Filmlər
redaktə- "Paattum Bharathamum" (Tamil)
- "Thillaanaa Mohanambal" (Tamil)
- "Salangai Oli" (Tamil)
- "Senthamarai" (Tamil; 1962)
- "Mayuri" (Telugu)
- "Manichitrathazhu" (Malayalam; 1993)
- "Kamaladalam" (Malayalam)
İstinadlar
redaktə- ↑ Meduri, Avanthi. "Bharatha Natyam-What Are You?". Asian Theatre Journal. University of Hawaii Press. 5 (1). 1988: 1–2, for context: 1-22. doi:10.2307/1124019.
- ↑ 1 2 3 4 5 6 7 8 9 BHARATNATYAM Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)
- ↑ Khokar, Mohan. Traditions of Indian Classical Dance. India: Clarion Books. 1984. 73–76.
- ↑ Eugenio Barba; Nicola Savarese. A Dictionary of Theatre Anthropology: The Secret Art of the Performer. Routledge. 2011. səh. 208. ISBN 978-1-135-17634-1. 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- ↑ Peter Fletcher; Laurence Picken. World Musics in Context: A Comprehensive Survey of the World's Major Musical Cultures. Oxford University Press. 2004. 262. ISBN 978-0-19-517507-3. 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
Biblioqrafiya
redaktə- Natarajan, Srividya. Another Stage in the Life of the Nation: Sadir, Bharatanatyam, Feminist Theory. Unpublished Ph. D Thesis, Dept of English, University of Hyderabad, 1997.
- "Revealing the Art of Natyasastra" by Narayanan Chittoor Namboodiripad ISBN 9788121512183
- Rao, Vijaya (1987), Abbild des Göttlichen. Bharata Natyam. Der klassische Indische Tanz. Freiburg (Germany)
- Ragini Devi. Dance Dialects of India. Motilal Banarsidass. 1990. ISBN 978-81-208-0674-0.
- Natalia Lidova. "Natyashastra". Oxford University Press. 2014. doi:10.1093/obo/9780195399318-0071.
- Natalia Lidova. Drama and Ritual of Early Hinduism. Motilal Banarsidass. 1994. ISBN 978-81-208-1234-5.
- Williams, Drid. "In the Shadow of Hollywood Orientalism: Authentic East Indian Dancing" (PDF). Visual Anthropology. Routledge. 17 (1). 2004: 69–98. doi:10.1080/08949460490274013. 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- Tarla Mehta. Sanskrit Play Production in Ancient India. Motilal Banarsidass. 1995. ISBN 978-81-208-1057-0.
- Fergusson, James. The Caves Temples of India. W. H. Allen. 1880. İstifadə tarixi: 2 April 2016.
- Michell, George l. Temple Architecture and Art of the Early Chalukyas: Badami, Mahakuta, Aihole, Pattadakal. Niyogi Books. 15 October 2014. ISBN 978-93-83098-33-0.
- Emmie Te Nijenhuis. Indian Music: History and Structure. BRILL Academic. 1974. ISBN 90-04-03978-3.
- Kapila Vatsyayan. Bharata, the Nāṭyaśāstra. Sahitya Akademi. 2001. ISBN 978-81-260-1220-6.
- Kapila Vatsyayan. Classical Indian dance in literature and the arts. Sangeet Natak Akademi. 1977. OCLC 233639306., Table of Contents
- Kapila Vatsyayan, Indian classical dance, Sangeet Natak Akademi, 1974, OCLC 2238067
- Kapila Vatsyayan. Aesthetic theories and forms in Indian tradition. Munshiram Manoharlal. 2008. ISBN 978-8187586357. OCLC 286469807.
- Kapila Vatsyayan. Dance In Indian Painting. Abhinav Publications. ISBN 978-81-7017-153-9.
- Wallace Dace. "The Concept of "Rasa" in Sanskrit Dramatic Theory". Educational Theatre Journal. 15 (3). 1963: 249. doi:10.2307/3204783. JSTOR 3204783.
Xarici keçidlər
redaktə- DMOZ-da Bharatnatyam